Məhkəmə qərarları › İş №2-1(114)-851/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-851/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-851/2021 07.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X15, X41, X24, X25, X16, X17, X31, X42, X35, X36, X37, X18, X11, X19, X43, X26, X27, X20, X44, X12, X28, X21, X22) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İş materialları ilə müəyyən edilmişdir ki, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7 ünvanında yerləşən daşınmaz əmlakı X28, X21, X22 və X13 Bərdə regional “ASAN xidmət” mərkəzində bağlanan 07.11.2017-ci il tarixli AN-İ seriyalı 654924 nömrəli müqavilə əsasında İddiaçı (bundan sonra mətndə iddiaçı) satmışlar. İddiaçı həmin əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaqla, sonuncuya RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı 05.02.2021-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus evdə qeydiyyatda olan kənar şəxslərin - X15, X41, X24, X25, X16, X17, X31, X42, X35, X36, X37, X18, X11, X19, X43, X26, X27, X20, X44, X12, X28, X21 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh 15.02.2021-ci il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 9-cu maddəsinin 5-ci bəndinə istinad edərək bundan imtina etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X15, X41, X24, X25, X16, X17, X31, X42, X35, X36, X37, X18, X11, X19, X43, X26, X27, X20, X44, X12, X28, X21 və X5 ona məxsus ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı üçüncü şəxsləri tanımır və onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Həmin şəxslərin qeydiyyatı yalnız formal xarakter daşıyır. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisindən iddiaçıya verilən sənəddə üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olması öz əksini tapmışdır. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və 06.05.2021-ci il tarixli, 13439 nömrəli məktubla məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərdən X41 06.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının 3-cü şəxslərin siyahısında qeyd etdiyi X15, X24 və özü faktiki olaraq Bərdə şəhəri, Həzi Aslanov küçəsi, 3/7 ünvanında daimi qeydiyyatda olmaqla yaşayırlar. İddia ərizəsində göstərilən ünvan 2 ünvanında onların qeydiyyatının olması səhv göstərildiyindən iddia tələbinin onlara münasibətdə rədd olunmasını xahiş etmişdir. Digər üçüncü şəxslər iddiaya münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının əsasını RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surəti, AN-İ seriyalı ******* nömrəli, 07.11.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surəti, cavabdehin 15.02.2021-ci il tarixli ***-**** nömrəli imtinası, “Elektron notariat” X1 çıxarış, cavabdehin 06.05.2021-ci il tarixli, 13439 nömrəli məktubu, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surəti, “Məhkəmə elektron sorğu sistemi”ndən çıxarışlar təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla, qismən əsaslıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra hazırkı tələblə iddianı qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin, Cavabdeh məhkəməyə təqdim etdiyi məlumata əsasən hazırda Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7 ünvanında X27, X20, X44, X12, X28, X21, X22 və X43 qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7 ünvanda yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin ünvanda mənzilə dair əmlak hüquqları sahibi olmayan X27, X20, X44, X12, X28, X21 və X5 faktiki olaraq həmin mənzildə yaşamadıqları müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, yuxarıda adları qeyd olunan X27, X20, X44, X12, X28, X21 və X2 mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada yaşamadıqları, iddiaçı ilə aralarında əvvəllər və hazırda hər hansı ailə bağlarının yaranmadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı həmin şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Digər tərəfdən, X32 münasibətdə isə qeyd olunmalıdır ki, məhkəmənin elektron sorğu sistemindən çıxarışa əsasən X43 25.04.2021-ci il tarixdə ölmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X15, X41 və X7 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın hüquqi ünvanı ünvan 3 Məhkəmənin elektron sorğu sistemindən çıxarışlara əsasən X14 13.05.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Kətəlparaq ərazi dairəsi, Piyadalar kəndi, X8 13.05.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Kətəlparaq ərazi dairəsi, Piyadalar kəndi, X9 22.04.2019cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7/7 ünvanı, X23 22.04.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7/7 ünvanı, X33 12.09.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 6 ünvanı, X29 12.09.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 6 ünvanı, X30 12.09.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 6 ünvanı, X10 17.02.2020-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 11, mənzil 7 ünvanı, X6 01.08.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Ağcabədi rayonu, Qaravəlli ərazi dairəsi, Qaravəlli kəndidir. Göründüyü kimi, yuxarıda qeyd olunan şəxslərin qeydiyyat ünvanı dəyişmişdir. Üçüncü şəxslərdən X37 (sonuncu qeydiyyat yeri Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 6 olmuş) 31.03.2021-ci il tarixdə, X19 (sonuncu qeydiyyat yeri Bərdə şəhəri, H.Aslanov küçəsi, 24, 7 olmuş) 21.03.2017-ci il tarixdə ölmüşdür. Beləliklə, yuxarıda qeyd olunan şəxslərin faktiki qeydiyyat yerlərinin dəyişdirildiyi və öldükləri müəyyən edildiyindən artıq həmin şəxslərlə bağlı mübahisə aradan qalxmış olur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X27, X20, X44, X12, X28, X21 və X5 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bərdə şəhər Polis şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar