Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-852/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahibinin adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə dair X8 verilmiş xx.xx.2022ci il tarixli **********2010301 reyestr nömrəli çıxarışda səhvən qeyd edilmiş “Rza” ata adının “İrza” kimi qeyd edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi, yəni X2nun anası X8 məxsus Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda yerləşən mülk vardır. İmmi Ələskərova xx.xx.1963-cü ildə vəfat etmişdir. X2 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. O, anadan olandan hazırki vaxta qədər həmin ünvanda yaşayır. Nənəsinin yeganə vərəsəsi kimi, həmin fərdi yaşayış evini hazırda öz adına qeyd etdirmək istəmiş, bunun üçün notariat ofisindən vərəsəlik məktubu alaraq Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciət etmişdir. Sonuncu tərəfindən X7 adına çıxarış verilmiş, lakin onun ata adı “İrza” əvəzinə səhvən “Rza” kimi qeyd edilmişdir. Bu səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə ilə çıxarış arasında uyğunsuzluq yaranmış və notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Beləliklə, o hüquqlarından istifadə edə bilməmişdir. Mərhum nənəsi X7 ata adının həqiqətən də “Rza” deyil, “İrza” olduğu doğum haqqında şəhadətnamədən, ölüm haqqında şəhadətnamədən, evlənmə haqqında şəhadətnamədən aydın olur. İddiaçı cavabdehə müraciət edərək çıxarışda müvafiq düzəlişin edilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən evə dair X8 verilmiş xx.xx.2022-ci il tarixli **********2010301 reyestr nömrəli çıxarışda səhvən qeyd edilmiş “Rza” ata adının “İrza” kimi düzəliş edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatlarında mülkiyyətçinin ata adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin mübahisə predmeti olan Gəncə şəhəri, Məhəmməd ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X10 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhəmməd Füzuli küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evi X10 tam payı müəyyən edilməklə xüsusi mülkiyyətindədir. -işə əlavə edilmiş 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin 27 sentyabr 2022-ci il tarixli 2365 nömrəli məktubundan görünür ki, miras qoyan xx.xx.1963-cü ildə vəfat etmiş X16 olmasına baxmayaraq ona məxsus olduğu bildirilən ünvan 1 ünvanında yerləşən əmlakın hüquq müəyyənedici sənədində hüququ rəsmiləşdirilən şəxs X25 kimi göstərilmişdir. Bu səbəbdən, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə ilə çıxarış arasında uyğunsuzluq yaranmışdır. Belə olan halda, iddiaçıya notariat qaydasında verəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -işə əlavə edilmiş xx.xx.1980-cı il tarixli «doğum haqqında» şəhadətnamədən görünür ki, X12 xx.xx.1980-cı il tarxidə anadan olmuş və ata qrafasında X11 qeyd edilmişdir. -işə əlavə edilmiş xx.xx.1950-ci il tarixli «evlənmə haqqında» şəhadətnamədən görünür ki, X13 ilə X16 evlənmişlər. -işə əlavə edilmiş «ölüm haqqında» şəhadətnamədən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə ölmüşdür. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 274425 nömrəli «ölüm haqqında» şəhadətnamədən görünür ki, X16 xx.xx.1963-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-898/2023 nörməli məktubuna əlavə edilmiş Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin təsdiq edilmiş surətindən görünür ki, hüquq sahibinin adı X5 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********39 nörməli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Gəncə şəhəri, Kəpəz rayonu, Məhəmməd Füzuli küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə X14 məxsus olması qeyd edilmişdir. İddiaçı çıxarışda vərəsəsi olduğu hüquq sahibinin ata adının «İrza» əvəzinə səhvən «Rza» kimi göstərildiyini bildirmiş və həmin tələblə cavabeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydində qeyd olunan “X17”nın “X24” qızı olması hər hansı sübutla öz təsdiqini tapmır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahibinin adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-852/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-852/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver