Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-852/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evinin hüquq subyektləri kimi X12 və X9 göstərilərək, onların adına xx.xx.1988-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
2. Ölüm haqqında xx.xx.1994-cü il tarixli İİ-ЖГ 421204 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.
3. Torpağın mülkiyyətə verilməsinə dair JN-1608A Kod 50200028 saylı şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə X12, X13, X14, X20, X18 və X10 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – İddiaçı müəyyən edilmiş və sonuncuya Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(015)-1157/2019 saylı qətnaməsinə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 verilmiş **********63- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin X5 məxsus olan ½ hissəsi miras keçərək, onun vərəsəlik hüququ rəsmiləşdirilmişdir.
5. Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən, 1968-ci ildə tikilmiş, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə texniki pasport hüquq subyektləri kimi İddiaçı və X6 adına tərtib edilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2ində yerləşən 0.1208 ha torpaq sahəsi üzərində hər birinin 1/6 hissə olmaqla X15, X13, X14, X20, X18 və X4, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi üzərində isə hər birinin ½ hissə olmaqla X12 və İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. İddiaçı Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-162A nömrəli şəhadətnamədə düzəlişlərin aparılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-B-0063- 8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının ləğv edilməsi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1608A nömrəli şəhadətnamədə hər hansı düzəlişlərin aparılması 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd eilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində saxlanılan ünvan 2i üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında X3 adı aşkar edilməmişdir.
9. Həmin məktuba əlavə edilmiş: a) həyətyanı torpaq sahələrinə aid cədvəllə müəyyən olunur ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli iclas protokolu (qərarı) ilə X12, X13, X14, X20, X18 və X10 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir (xəritə nömrəsi 1608). b) Ağstafa rayonun Dağkəsəmən kənd icra nümayəndəliyində yaşayan və pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan AR vətəndaşlarının siyahısında da X12, X13, X14, X20, X18 və X7 adları qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 97 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağstafa rayonu Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1991-1995-ci illər üzrə təsərrüfatbaşına kitablarına baxış zamanı məlum olmuşdur ki, X12 və X9 ayrı-ayrılıqda olan təsərrüfatlarda yerləşir. Təsərrüfatdan çıxan şəxslərin təsərrüfat üzvləri haqqında qeyd hissəsində vətəndaş X3 1994-cü il akt №68 öldüyü yazılıb. II. Məhkəmədə icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində paylı mülk olaraq sahəsi 139.8 kv.m olan yaşayış evi mövcuddur. Bu yaşayış evinin 1/4 hissəsi xx.xx.1994-cü ildə vəfat etmiş atası X3 adına, digər 1/2 hissəsi isə atasının bacısı X6 adınadır. Bu paylı mülk hər iki payçıların ümumi istifadəsində olan sahəsi 0.12 ha təşkil edən həyətyanı torpaq sahəsinin üzərində inşa edilmişdir. Yəni bu həyətyanı torpaq sahəsi də paylı mülk kimi eyni qaydada 1/4 paydan ibarət olaraq hər bir pay 0.06 ha torpaq sahəsi olmaqla Abdulla Budaqov və Raya Budaqovanın mülkiyyəti kimi sənədləşdirilməli idi. xx.xx.2023-cü il tarixdə o, atası Abdulla Budaqovdan miras qalmış əmlakları qəbul etmək üçün Ağstafa rayon notariatına müraciət edib vərəsəlik şəhadətnaməsi alarkən ona məlum olmuşdur ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə vəfat etmiş Abdulla Budaqovun vərəsəsinin xəbər vermədən Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən Abdulla Budaqov və Raya Budaqovaya aid 1/2 paydan ibarət paylı mülkün yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini bütövlükdə mülkiyyətçilərdən birinin yəni X6, həmçinin sözü gedən paylı mülkiyyətə dair heç bir mülkiyyətçilik hüququ olmayan Raya Budaqovanın 1/2 ev payında qeydiyyatda olan digər qardaşının ailə üzvləri arasında 1/6 paydan sənədləşdirilmiş və ikinci mülkiyyətçiyə, yəni vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə heç bir torpaq sahəsi saxlamamışdır. Hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində yaradılmış Ağstafa rayon Aqrar İslahat Komissiyası xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərar qəbul etmiş və qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq vəfat etmiş Abdulla Budaqovun vərəsəsini 1/4 paydan ibarət paylı mülkün yerləşdiyi həyətyanı 0.12 ha torpaq sahəsinin 1/2 hissəsində mülkiyyətçi olmaq hüququndan məhrum etmiş və qanunsuz olaraq paylı mülkün həyətyanı torpaq sahəsini 1/6 paydan paylı mülkiyyətə dair mülkiyyətçi hüququ olmayan şəxslərin adına sənədləşdirmişdir. Belə ki, həyətyanı torpaq sahəsi 1/2 paydan ibarət olaraq 0.06 ha həcmində hər iki mülkiyyətçinin adına sənədləşdirilməli idi. Hazırda o, vərəsəliyi qəbul etmişdir. Ağstafa rayon DağKəsəmən kəndində paylı mülkə dair mülkiyyətçi olaraq 1/2 pay sahibidir və hüquqlarının bərpasını xahiş edir. 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qanunsuz qərarının ləğvinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinə də müraciət etmiş, ona cavab verilmişdir ki, sözü gedən qərar məhkəmə qaydasında ləğv edilməlidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
14. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının Ağstafa rayonu, Dağkəsəmən kəndində İddiaçı 1/2 paydan və X6 1/2 paydan mülkiyyətçisi olduqları mülkün (evin) yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinin X6 və onun yanında qeydiyyatda olan, lakin paylı mülkdə mülkiyyətçi hüququ olmayan X11, X14, X20, X18 və X7 mülkiyyətlərinə verilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı etirazda məsələyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən Cavabdehnə təqdim olunmuş Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000- ci il tarixli 05 nömrəli qərarında vətəndaşlara pay torpaq sahələrinin verilməsi barədə Dağ Kəsəmən kənd AİK-nin qərarı müzakirə edilərək təsdiq olunmuşdur. Belə ki, rayon AİK-nın sözü gedən qərarının 2-ci bəndində torpaq payı alanlar siyahısında adları qeyd edilməmiş 5 nəfər Dağ Kəsəmən kənd sakinlərinə ailə üzvləri ilə birlikdə pay torpaq sahələri verilmişdir. Qərarın 3-cü bəndində iki nəfər Dağ Kəsəmən kənd sakinlərinin ailə üzvlərinə püşkə daxil edilmədən bir yerdən verilməsi nəzərdə tutulmuşdur. 4-cü bəndində ictimai tikintilərdə yaşayan sakinlərin pay torpaqlarının həmin tikililərə yaxın ərazidən, 4-cü bəndin ikinci abzasında çoxillik əkmələri olan vətəndaşlara pay torpaqlarının istifadə etdikləri ərazidən verilməsi nəzərdə tutulmuşdur. 5-ci bəndində isə kəndin perspektiv inkişafı və bələdiyyənin ehtiyat fond torpağı üçün nəzərdə tutulmuş torpaq sahələrindən istifadə edən kənd sakinlərinin həmin ərazilərdən çıxarılması və torpaq sahələrinin bələdiyyə mülkiyyətində saxlanılması nəzərdə tutulmuşdur. Göründüyü kimi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarında həyətyanı sahələrlə bağlı, həyətyanı sahələrin birinin adından digərinin adına keçirilməsi və yaxud konkret olaraq vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə xəbər verilmədən Dağ Kəsəmən kəndində yerləşən Abdulla Budaqov və Raya Budaqovaya aid ikidə bir paydan ibarət paylı mülkün yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinin bütövlükdə mülkiyyətçilərdən birinin, yəni X6, həmçinin sözü gedən paylı mülkiyyətə aid heç bir mülkiyyətçilik hüququ olmayan Raya Budaqovanın ikidə bir ev payında qeydiyyatda olan digər qardaşının ailə üzvləri arasında altıda bir paydan sənədləşdirilməsi və ikinci mülkiyyətçiyə, yəni vəfat etmiş Abdulla Budaqovun vərəsəsinə heç bir torpaq sahəsi saxlanılması, yaxud saxlanılmaması barədə heç bir bənd yoxdur və ya qərarın ayrı-ayrı bəndlərində bu məsələ hallanmamışdır.
19. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdiyini bildirmişdir.
20. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hesab edir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarını mübahisələndirməyə subyektiv hüququ vardır, ona görə ki, atası Abdulla Budaqov 1994-cü ildə vəfat etsə də, aqrar islahat keçirilən vaxt Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evi atasının adına olduğundan həmin evin altında yerləşən torpaq sahəsi atasının vərəsəsi kimi onun adına ayrılmalı idi. O, 2000-ci ildə Bakı şəhərində yaşamış və onun öz adına da Dağkəsəmən kəndində torpaq payı verilməmişdir.
Əsaslandırma hissəsi:
21. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
23. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə X12, X13, X14, X20, X18 və X7 ümumi birgə mülkiyyətlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
24. Hazırda iddiaçı həmin 0.12 ha torpaq sahəsinin üzərindəki evin xx.xx.1988-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən atası X9 və bibisi X6 adlarına olmasını əsas gətirərək, sözügedən 0.12 ha torpaq sahəsinin X12, X13, X14, X20, X18 və X7 ümumi birgə mülkiyyətlərinə verilməsinə dair Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarını (qərar ümumi olduğundan həmin hissədə) mübahisələndirir.
25. Halbuki, işin müəyyən olunmuş halları və iş materialları ilə müəyyən edilir ki, iddiaçının atası X2 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı qəbul edilməzdən bir neçə il əvvəl, xx.xx.1994-cü il tarixdə vəfat etmişdir.
26. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahat haqqında” AR Qanununa görə: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
27. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinə görə (01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixdən qüvvədən düşmüş): Maddə 9. Vətəndaşların hüquq qabiliyyəti Mülki hüquq və vəzifələrə malik olma qabiliyyəti (mülki hüquq qabiliyyəti) Azərbaycan SSR-in və digər müttəfiq respublikaların bütün vətəndaşları üçün bir bərabərdə tanınır. Vətəndaşın hüquq qabiliyyəti, onun anadan olması ilə əmələ gəlir və ölümü ilə xitam edilir. Maddə 10. Vətəndaşların hüquq qabiliyyətinin məzmunu Qanuna uyğun olaraq vətəndaşlar şəxsi mülkiyyətdə əmlaka, yaşayış binasından və sair əmlakdan istifadə etmək hüququna, əmlakı miras almaq və əmlakı vəsiyyət etmək, sənət və yaşayış yeri seçmək hüququna, elm, ədəbiyyat və incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin sənaye nümunələrinin müəllifi olmaq hüququna, habelə sair əmlak və şəxsi qeyri-əmlak hüquqlarına malik ola bilərlər.
28. Sadalanan normalardan göründüyü kimi, X3 xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə onun hüquq qabiliyyəti də xətm olunmuşdur və aqrar islahat zamanı vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi həyata keçirilərkən (Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı qəbul olunarkən) onun mülkiyyətinə torpaq sahəsi verilməmişdir (verilə də bilməzdi).
29. Ona görə də, iddiaçının atası X9 və bibisi X6 adına olan fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin digər şəxslərin (X12, X13, X14, X20, X18 və X7) mülkiyyətinə verilməsinə dair Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir.
30. İddiaçının atası Abdulla Budaqov 1994-cü ildə vəfat etsə də, aqrar islahat keçirilən vaxt Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 138.5 kv.m olan fərdi yaşayış evi atasının adına olduğundan həmin evin altında yerləşən torpaq sahəsinin atasının vərəsəsi kimi onun adına ayrılmalı olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, islahat zamanı vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altındakı torpaq sahələri və həyətyanı sahələr məhz həmin kənddə, qəsəbədə (müvafiq ərazidə) yaşamaqla, qeydiyyatda olan şəxslərə ayrılırdı (həmin şəxslərin pay torpaq sahələri almaq hüquqları var idi).
31. Ona görə də, həmin vaxt aqrar islahat komissiyası Ağstafa rayonun Dağkəsəmən kənd icra nümayəndəliyində yaşayan və pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan AR vətəndaşlarının siyahısına uyğun olaraq 0.12 ha torpaq sahəsini X12, X13, X14, X20, X18 və X7 mülkiyyətinə ayırmışdır.
32. Sözügedən torpaq sahəsi iddiaçının atasının mülkiyyətinə verilmədiyindən onun həmin sahə üzərində hər hansı vərəsəlik hüququ yaranmamışdır və bu səbəbdən də atası ölmüş olsa da, torpaq sahəsinin onun adına ayrılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır.
33. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
34. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
35. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
36. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
37. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Məhkəmə qeyd edir ki, X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
40. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarının mübahisələndirmək üçün buraxılmış müddətin bərpası barədə ərizə versə də, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olması müəyyən edilmədiyindən məhkəmə həmin ərizənin müzakirəsinə ehtiyac duymamışdır.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva