Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-852/2025 06.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X6 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2247/2024 nömrəli qərarın ləğv edilməklə, ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2006-cı il tarixdən təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1935-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. X5 ilə X3 nikahı xx.xx.1957-ci il tarixdə qeydə alınmışdır.
3. X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.
4. İddiaçı müraciəti əsasında Mərkəzi Filial tərəfindən ona xx.xx.2024-cü il tarixli qərarla "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X1 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi-605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği xx.xx.2023-cü il tarixdən yenidən hesablanmış, ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanaraq hissə-hissə olmaqla müvafiq kart hesabına köçürülmüşdür.
5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-92046/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən sizə xx.xx.2024-cü il tarixinədək (aylıq pensiya məbləği 327,21 manat) yaşa görə əmək pensiyası ödənilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qanunun 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Mərkəzi Filial tərəfindən sizə 13 fevral 2024-cü il tarixində Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum X2 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi- 605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib və Mərkəzi Filiala müraciət etdiyiniz 28 sentyabr 2023-cü il tarixindən yenidən hesablanıb. Bununla əlaqədar olaraq, sizə ötən dövr üzrə ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanıb. Həmin 1207,04 manat fərq məbləği cari ilin mart ayından etibarən hiss-hissə (hər ay 301,76 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyanız 672,85 manat məbləğində müəyyən edilib.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-48271/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 13 fevral 2024cü il tarixində (Mərkəzi Filiala müraciət etdiyi 28 sentyabr 2023-cü il tarixindən hesablanmaqla) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən, mərhum X2 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi-605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanıb. Həmin 1207,04 manat fərq məbləği xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində (hər ay 301,76 manat) İddiaçı pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası məbləği 1 yanvar 2025-ci il tarixindən 727,35 manat məbləğində təşkil edir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona mərhum əri X1 pensiyasının 2006-cı ildən bugünə kimi hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X5 uzun müddət polis serjantı vəzifəsində çalışmışdır. 2004 cü ildə vəfat etmişdir. Yoldaşının vəfatından iki il sonra yəni 2006-cı ildə onun həyat yoldaşının pensiyasını almaq hüququ yaransa da, o, bu hüquqdan yararlana bilməmişdir.Odur ki, onun 2006-cı ildən bəri pensiya hüququnu tanınmasına və 2006-cı ildən bugünə kimi olan pensiya məbləğinin hesablanıb ona ödənilməsinə dair qərar verilməsini xahiş edir. Kimlərinsə səhlənkarlığı ucbatından onun hüquqları pozulmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2247/2024 nömrəli qərarın ləğv edilməklə, ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2006-cı il tarixdən təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixdən həyat yoldaşı vəfat etdiyindən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaransa da həmin pensiya növündən yararlana bilməmişdir, Buna görə də xx.xx.2006-cı il tarixdən qeyd olunan pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bildiririk ki, iddiaçı eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş. cavabdeh tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-02046/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Mərkəzi Filial tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X1 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi -605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin iddiaçının müraciəti əsasında pensiya məbləği xx.xx.2023-cü il tarixdən yenidən hesablanmış, ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanaraq hissə-hissə olmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildiririk ki, iddiaçının pensiyası xx.xx.2024-cü il tarixdən indeksasiya edilərək 672,85 manata çatırırlmışdır. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçı G.Mövsumova məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1935-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, hazırda Şəmkir rayonu yuxarı Seyfəli kəndində yaşayır. İş üzrə icraat materiallarına əlavə edilmiş Pensiya işinin surətindən müəyyən edilir ki. iddiaçıya xx.xx.1985-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixədək Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyası ödənilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin arayışına əsasən X5 ilə X3 nikahı xx.xx.1957-ci il tarixdə qeydə alınmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Şəmkir rayon qeydiyyat şöbəsinin arayışına əsasən X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, iddiaçıya Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdən ailə başçısını itiriməyə görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Nəzərinizə çatdırırıq ki, İddiaçı Azərbaycan SSR-nin İctimai Təminat Nazirliyinin Şəmkir (keçmiş Şamxor) rayon şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə 12557 nömrəli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir. Maddə 5. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə oz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddənin məzmunundan da göründüyü kimi vətəndaşın iki və ya daha çox müxtəlif pensiya hüququ olsa da yalnız birindən istifadə etmək hüququ vardır. İddiaçı yaşa görə əmək pensiyaçısı olduğu təqdirdə eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğundan cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdən ailə başçısını itiriməyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə gorə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya). 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir (xx.xx.2024-cü il tarixdən qüvvədən olan redaksiya). Məhz iddiaçının cavabdehə müraciəti əsasında ona qanunvericliyin müraciətin edildiyi vaxtda qüvvədə olan redaksiyasının tələbləri əsasında ailə başçısını itirməyə əmək pensiyası təyin edilmiş və hazırda da ödəniş davam etdirilməkdədir. 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq otən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Qeyd olunan maddədə tənzimlənmiş müddət alınmamış pensiya məbləğini özündə ehtiva edir. Araşdırma zamanı məlum olur ki, iddiaçı xx.xx.1985-ci il tarixdən yaşa görə əmək pensiyası almışdır. Daha sonra isə onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Hansı ki, qanunvericilik iddiaçıya müxtəlif pensiya hüququ olduğu təqdirdə seçim hüququ tanımışdır ki, həmin seçim hüququndan istifadə iddiaçının müvafiq ərizə və zəruri sənədləri cavabdehə təqdim etməsi ilə şərtləndirilmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdehə təqdim etdikdən sonra ona pensiyanın növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlili ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən hər hansı qanunsuz hətəkət və ya hərəkətsizlik mövcud olmamışdır.
20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-92046/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-48271/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.1935-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, X5 ilə xx.xx.1957-ci il tarixdə rəsmi nikah bağlamış və sonuncu xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İddiaçı müraciəti əsasında Mərkəzi Filial tərəfindən ona xx.xx.2024-cü il tarixli qərarla "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X1 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi-605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği xx.xx.2023-cü il tarixdən yenidən hesablanmış, ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanaraq hissə-hissə olmaqla müvafiq kart hesabına köçürülmüşdür.
25. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-92046/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən sizə xx.xx.2024-cü il tarixinədək (aylıq pensiya məbləği 327,21 manat) yaşa görə əmək pensiyası ödənilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qanunun 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Mərkəzi Filial tərəfindən sizə 13 fevral 2024-cü il tarixində Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum X2 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi- 605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib və Mərkəzi Filiala müraciət etdiyiniz 28 sentyabr 2023-cü il tarixindən yenidən hesablanıb. Bununla əlaqədar olaraq, sizə ötən dövr üzrə ödənilməli olan 1207,04 manat fərq məbləği hesablanıb. Həmin 1207,04 manat fərq məbləği cari ilin mart ayından etibarən hiss-hissə (hər ay 301,76 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildiririk ki, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyanız 672,85 manat məbləğində müəyyən edilib.
26. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.
27. Belə ki, iddiaçının hüquqi marağı ona ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən təyin edilərək ödənilməsindən ibarətdir.
28. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir.
29. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
30. Hazırki işdə İddiaçı Azərbaycan SSR-nin İctimai təminat nazirliyinin Şəmkir (keçmiş Şamxor) rayon şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə 12557 nömrəli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir.
31. “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsinə əsasən pensiya seçmək hüququ Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə oz arzulan ilə yalnız bir pensiya təyin edilir.
32. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi vətəndaşın iki və ya daha çox müxtəlif pensiya hüququ olsa da yalnız birindən istifadə etmək hüququ vardır.
33. İddiaçı yaşa görə əmək pensiyaçısı olduğu təqdirdə eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğundan cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən ona xx.xx.2024-cü il tarixli qərarla "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X1 müvafiq təminat xərcliyinin (756,35 manat) 80 faizi- 605,08 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği xx.xx.2023-cü il tarixdən yenidən hesablanmış, ödənilməli olan 1207,04 manat fərq məbləği müəyyən edilmişdir.
34. “Əmək pensiyaları haqqında” Qanuna görə:
35. Maddə 34.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə gorə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya).
36. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
37. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir (xx.xx.2024-cü il tarixdən qüvvədən olan redaksiya).
38. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı tarixdə, əmək pensiyasının bir növdən digər növə keçirilməsi pensiyaçının ərizəsi əsasında həyata keçirilirdi. Hazırki işdə də məhz iddiaçının cavabdehə müraciəti əsasında ona qanunvericiliyin müraciətin edildiyi vaxtda qüvvədə olan redaksiyasının tələbləri əsasında ailə başçısını itirməyə əmək pensiyası təyin edilmiş və hazırda da ödəniş davam etdirilməkdədir.
39. 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir.
40. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq otən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
41. Göründüyü kimi xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
42. Qeyd olunan maddədə tənzimlənmiş müddət alınmamış pensiya məbləğini özündə ehtiva edir. Araşdırma zamanı məlum olur ki, iddiaçı xx.xx.1985-ci il tarixdən yaşa görə əmək pensiyası almışdır. Daha sonra isə onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır.
43. Hansı ki, qanunvericilik iddiaçıya müxtəlif pensiya hüququ olduğu təqdirdə seçim hüququ tanımışdır ki, həmin seçim hüququndan istifadə iddiaçının müvafiq ərizə və zəruri sənədləri cavabdehə təqdim etməsi ilə şərtləndirilmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdehə təqdim etdikdən sonra ona pensiyanın növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
44. Beləliklə, məhkəmə hesab edir ki, bu halda cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
45. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva