Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-854/2022 21.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, (Atayeva) X2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, Atayeva (Piriyeva) Mehriban Bayram qızı və İddiaçı3 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 31.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 07.01.2022-ci il tarixli, **********24 nömrəli məktubunun qanunsuz hesab edilməsi və JN-0089 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” onların ad və soyadlarında olan yanlışlığın düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 10 mart 2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1966-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. Onlara məxsus olan bütün hüquqi sənədlərdə onun adı, soyadı, atasının adı İddiaçı1 kimi qeyd edilmişdir. Lakin Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.08.1999-cu il tarixli, 68 saylı qərarı ilə onların ailə üzvlərinə 1.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0089 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadı və adı “İddiaçı1“ əvəzinə “X15” kimi qeyd edilmişdir. X4 xx.xx.1991-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Onlara məxsus olan bütün hüquqi sənədlərdə onun soyadı, adı və ata adı X1 qeyd edilmişdir. Lakin Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.08.1999-cu il tarixli, 68 saylı qərarı ilə onların ailə üzvlərinə 1.09 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0089 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadı və adı “X4 “ əvəzinə “X3 qeyd edilmişdir. İddiaçı3 xx.xx.1996-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. Onlara məxsus olan bütün hüquqi sənədlərdə onun soyadı, adı və ata adı İddiaçı3 kimi qeyd edilmişdir. Lakin Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.08.1999-cu il tarixli, 68 saylı qərarı ilə onların ailə üzvlərinə 1.09 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0089 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadı və adı “İddiaçı3“ əvəzinə “X16” kimi qeyd edilmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.08.1999-cu il tarixli, 68 saylı qərarı ilə ailə üzvlərinə həmin qeyd olunan torpaq sahəsinə dair JN-0089 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yanlışlıq olduğuna görə onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. Onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinə müraciət etsələr də onlara 07.01.2022-ci il tarixli, **********24 nömrəli məktubla imtina edilmişdir. Qeyd olunan imtinanı qanunsuz hesab edirlər. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə iddia tələbinə münasibətə dair məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı1 “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında düzəliş edilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya izah olunmuşdur ki, soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də vətəndaşa aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və 19.01.2022-ci il tarixli, AZ-T 186663 nömrəli « Doğum haqqında » şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı3 xx.xx.1996-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin və 25.06.1991-ci il tarixli, XVİ-JQ nömrəli « Doğum haqqında » şəhadətnamənin surətlərindən görünür ki, Atayeva (Piriyeva) Mehriban Bayram qızı xx.xx.1991-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və 30.11.1966-cı il tarixli, AZ ******* nömrəli « Doğum haqqında » şəhadətnamənin surətlərindən görünür ki, Piriyeva (Həsənova) İradə Dəmir qızı xx.xx.1966-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Şəmkir rayonu üzrə pay torpaq sahəsi almaq hüququ olan vətəndaşlarının siyahısının təsdiqlənmiş surətindən görünür ki, X5, X11, X7 və X12 1,09 ha torpaq sahəsi ayrılmışdır. “Torpağa mülkiyyət hüququna dair” 05.06.2000-ci il tarixli, JN-0089 KOD 50401004 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 nömrəli qərarı ilə X5, X11, X7 və X12 1,09 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 07.01.2022-ci il tarixli **********024 nömrəli məktubunda iddiaçılara və ailə üzvlərinə məxsus Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0089 saylı dövlət aktında səhv yazılmış soyada və ada düzəliş edilməsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 05.06.2000-ci il tarixli, JN-0089 nömrəli, 50401004 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27.08.1999-cu il tarixli, 68 saylı qərarı əsasında verilmiş 1.09 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında X8, X6 və X9 adları qeyd edilsə də, iddiaçılar “X15”, “X13” və “X16” kimi adlarının səhv göstərilməsini qeyd etmiş və cavabdehə müraciət edərək adlarının “İddiaçı1”, “X4” və “İddiaçı3” kimi yazılmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Şəmkir rayonu üzrə pay torpaq sahəsi almaq hüququ olan vətəndaşlarının siyahısının təsdiqlənmiş surətindən görünür ki, X5, X11, X7 və X12 1,09 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə, iddiaçılar 05.06.2000-ci il tarixli, JN-0089 nömrəli, 50401004 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adlarının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı X5, X11, X7 və X12 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1, (Atayeva) X2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-854/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-854/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver