Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-856/2021 09.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bərdə mənzil istismar idarəsinə) qarşı 20 may 1994-cü il tarixli sərəncamın ləğv edilməsi və onun əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon İcra Hakimiyyəti başçısının 20.05.1994-cü il tarixli 218 nömrəli sərəncamının ləğv edilməsi və sərəncam əsasında verilmiş orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının arvadı X2 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iş üzrə iddiaçı olmuş əri İddiaçı 17 may 2021-ci ildə ölmüş, hazırki iş üzrə tələbləri məhkəmədən kənar həll olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına çıxarış verilmişdir. Odur ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. İş materiallarında olan 24.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 17.05.2021-ci il tarixli AZ-İİ 152565 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 10.05.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının hüquqi varisinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının hüquqi varisinin ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisəyə onun iradə ifadəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının hüquqi varisinin belə ərizəsi faktiki olaraq onların mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Bərdə rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bərdə mənzil istismar idarəsinə) qarşı Bərdə rayon İcra Hakimiyyəti başçısının 20.05.1994-cü il tarixli 218 nömrəli sərəncamının ləğv edilməsi və sərəncam əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-856/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-856/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver