Məhkəmə qərarları › İş №2-1(114)-856/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-856/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-856/2022 19.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Elburus oğlu, Əsgərova (Eyvazova) Türkan Elburus qızının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Körpüsındıran Bələdiyyəsi) qarşı çıxarışın və Plan ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 Elburus oğlu, Əsgərova (Eyvazova) Türkan Elburus qızı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Qasımbəyli kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Dövlət reyestrində çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdə torpaq islahatları gedən vaxt Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarına əsasən Qasımbəyli kəndində Böyük yer adlanan ərazidən iddiaçılara 0.66 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaqdan hal-hazırda istifadə edirlər. Lakin torpağa aid arxiv sənədləri olsa da çıxarış və plan ölçü sənədi yoxdur. Bu səbəbdən onlar sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verlməsi üçün cavabdehə müraciət etsələr də, sonuncu isə bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-856/2022 saylı qərardadı ilə Bərdə rayonu Körpüsındıran Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X6 bildirmişdir ki, 0.66 ha sahə iddiaçıya pay torpağı kimi verildiyinə görə sonradan Aqrar İslahat Komissiyasının qərarı ilə tənzimlənmişdir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********957 saylı məktubundan görünür ki, hüquqmüəyyənedici sənədlər, eləcə də Dövlət aktı olmadan sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. -surəti işə əlavə edilmiş Vİİ-ЖГ № 251626 saylı, xx.xx.1995-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X7 və X1 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış, qadına Əsgərova soyadı verilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Bərdə Rayon Torpaq Şöbəsinin xx.xx.2001-ci il tarixli, 154 saylı arayışdan görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızının adı torpaq islahatı aparılan zaman ümumi siyahıda qaldığı üçün ona 3 nəfər ailə üzvləri ilə birlikə Kələntərli aqro islahat müəssisəsinin yerli islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı iclasının qərarına əsasən ərazidə « böyük yer » adlanan sahədən qəbul olunmuş norma üzrə 0.66 ha pay torpaq verilmişdir. -surəti işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2000-ci il tarixli, 376 saylı arayışından görünür ki, İbrahimova (Əsgərova) Gülbəniz Nəriman qızına “Böyük Yer” adlanan ərazidən 0.66 ha torpaq sahəsi verilmişdir. -Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bərdə rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 86 saylı məktubuna əlavə edilmiş Kələntərli kolxozunun xx.xx.1999cu il tarixli, 03 saylı protokolundan görünür ki, Qasımbəyli kəndi üzrə, “Böyük Yer” adlanan sahədə İbrahimov (Əsgərova) Gülbəniz Nəriman qızına 0.66 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli qərarı ilə Qasımbəyli kəndində yerləşən Böyük Yer adlanan ərazidən 0.66 ha torpaq sahəsi verilmişdir. İddiaçı1 qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunan torpaq sahəsi səlahiyyətli komissiyanın müvafiq qərarı ilə iddiaçılara verilmişdir və bu hal arxiv sənədləri ilədə öz əksini tapır. Cavabdehin imtinasının əsası kimi iddiaçının müraciəti ilə əlaqədər aparılan arxiv araşdırması zamanı onun adına torpağa mülkiyyət hüququna dair dövlət aktının arxiv nüsxəsinin olmaması qeyd olunmuşdur. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçılara qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçılar da təyinatı üzrə həmin torpaq sahəsindən istifadə edirlər. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə dair dövlət aktının verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X12 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan X10 Komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı sözügedən torpağı müvafiq komissiyanın qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin qərar hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 və Əsgərova (Eyvazova) Türkan Elbrus qızına verilmiş Bərdə rayon, Qasımbəyli kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyitanlı torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar