Məhkəmə qərarları › İş №2-1(114)-857/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-857/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-857/2021 21.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1rşı “xəstəlik şəhadətnaməsində düzəliş edilməsi tələbinə” dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1rşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi – X2 Hərbi-həkim komissiyasında iddiaçı barəsində verilmiş xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli 13-1/256 nömrəli etirazında bildirmişdir ki, iddiaçının xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilib qərar verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Belə ki, bu qərarın ona şamil olunmasına əsas ola biləcək fakt olmadığını, xəstəliyin başlanğıcının və ya kəskinləşməsinin onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlərin olmadığını nəzərə alıb qərar verilməsi mümkünsüz hesab edilməlidir. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) yerinə yetirərkən alınmışdır” qərarında göstəyilən xəstəliklər siyahısında olmadığını nəzərə alıb verilmiş qərar əhəmiyyətsiz hesab olunmalıdır və iddiaçının xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi hesab olunmalıdır. Həmçinin, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Çünki, iddiaçı tərəfindən verilmiş iddia mübahisələndirmə iddiasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hərbi həkim komissiyasının xx.xx.1994-cü il tarixli 282 nömrəli qərarında düzəliş olunaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” xəstəliyinin səbəb əlaqəsinin” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsinə” dəyişdirilməsi ilə bağlı məqsəd güdür. İddiaçı iddiasını xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da mübahisələndirmə haqqında iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. O, həmin müddətin üzrlü hesab edilərək bərpası üçün ərizəni məhkəməyə verməli idi. Bununla yanaşı, hazırkı mübahisə üzrə hərbi həkim komissiyasının qərarı mübahisələndirildiyindən tələbə cavab verməli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi-Həkim Komissiyası cavabdeh qismində qeyd olunmalı idi. Bu məsələlər məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçının diqqətinə çatdırılmaqla ona ağlabatan vaxt təyin olunsa da, göstərilən hallar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1rşı “xəstəlik şəhadətnaməsində düzəliş edilməsi tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar