Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-859/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarının ləğvi və pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1959-cu il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X7 ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən inventar zamanı vəfat edən şəxsin güzəştli şərtlərlə əmək pensiyasını almaq üçün tələb olunan sığorta stajı olmadığı üçün pensiya ləğv edilərək xx.xx.2014-cü ildə (3 yaşdan) yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edildi.Vəfat edən şəxsin pensiyasının sığorta hissəsi dəyişdiyi üçün 26040,48 manat artıq ödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X7 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-25365/2024 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq yenidən hesablanmış pensiya məbləği 654,36 manat məbləğində müəyyən edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum əriniz X3 güzəştli şərtləriə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtlərlə tələb olunan sığorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay sığorta stajı olduğundan), sizə 01,05.2022-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən 01,05.2022-ci il tarixindən 31,08.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Qeyd olunanlara əsasən mərhum F.Ələkbərovun 34 il 4 ay 2 gün sığorta stajı əsasında sizə xx.xx.2022-ci il tarixindən 496,37 manat məbləğində (F.Ələkbərovun ümumi əsaslarla yaşa görə əmək pensiyasının sığorta hissəsi məbləğində) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əınək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna 01.01,2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 513,03 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 588,45 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiyanızda artıqödəmənin yaranmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün Fondun Gəncə-Daşkəsən regional filialına gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyiniz barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-212308/2023 nömrəli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixində Fondun Gəncə-Daşkəsən regional filialına gəlmiş və inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada pensiyanızda artıqödəmənin yaranması ilə əlaqədar mülahizələri dinlənilmiş və bu barədə akt tərtib edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum həyat yoldaşı X5 2009-cu ilin fevral ayında təyin edilmiş və o, rəhmətə getdiyi günədək - xx.xx.2022-ci il tarixinədək ona ödənilmiş, həyat yoldaşı rəhmətə getdikdən sonra isə xx.xx.2022-ci il tarixindən etibarən ailə başçısını itirməyə görə İddiaçı verilmiş və xx.xx.2023-cü il tarixində ödənişi cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2023-cü il tarixindən bu günədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X6 xx.xx.1951 -ci il tarixində anadan olmuş, xx.xx.1967-ci ildən xx.xx.1972-ci ilədək M.Əzizbəyov adına X10 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) “istilik elektrik stansiyaları” fakültəsinin əyani şöbəsində ali təhsil almışdır. İddiaçının mərhum həyat yoldaşı X6 ali təhsilini başa vurduqdan sonra xx.xx.1972-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2018-ci il tarixinədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. X1 ümumi əmək stajı əyani ali təhsil aldığı müddət də daxil olmaqla 50 il 06 ay 05 gün təşkil etmişdir. İddiaçının mərhum həyat yoldaşı X4 (güzəştli şərtlərlə pensiya hiiquqıı 2006-cı ildən yaranmış) 2009-cu ilin fevral ayında güzəştli şərtlərlə yaşa görə müddətsiz pensiya təyin edilmiş və o, rəhmətə getdiyi günə - xx.xx.2022-ci il tarixinədək güzəştli şərtlərlə əmək pensiyası almışdır. İddiaçının həyat yoldaşı X6 vəfat etdikdən sonra - xx.xx.2022-ci ildən onun mərhum həyat yoldaşının aldığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “ailə başçısını itirməyə” görə İddiaçı ödənilməyə başlanmış və o, həmin pensiyanı xx.xx.2023-cü il tarixinədək almışdır. Daha sonra “ailə başçısını itirməyə” görə iddiaçıya ödənilən pensiyanın ödənişi hər hansı bir inzibati akt qəbul edilmədən və iddiaçıya məlumat verilmədən dayandırılmış və AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 14 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-212308/23 saylı məktubla bildirilmişdir ki: “Hazırda əmək pensiyanızın ödənişi aydınlaşma statusu ilə dayandırılıb. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 əsasən Mərkəzi Filialı tərəfindən miitmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum əri X3 güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda (güzəştli şərtlərlə tələb olunan siğorta stajı 12 il 6 ay olduğu halda, faktiki 11 il 7 ay siğorta stajı olduğundan), sizə xx.xx.2022-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Nəticədə F.Ələkbərovun əmək pensiyası ləğv edilmiş və 34 il 4 ay 2 gün siğorta stajı əsasında pensiya yaşının tamam olduğu xx.xx.2014-cii il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir”. AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 06 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-232334/2023 saylı məktubda da yuxarıda qeyd edilənlər eyni ilə təkrarlanmış, onun tərəfindən təqdim edilmiş heç bir sübut araşdırılmamış və aparılmalı olan inzibati icraat aparılmamışdır. Son olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli Ərizə ilə cavabdeh orqana müraciət edilmiş, həmin Ərizədə inzibati icraat zamanı yoxlanılmalı olan, lakin inzibati icraat aparılmadığı və iddiaçının mərhum ərinə təyin edilmiş pensiyanın ləgv edilməsi haqqında hər hansı bir inzibati akt qəbul edilmədiyi, təyin edilmiş pensiya formal və qanunsuz olaraq ləgv edildiyi üçün yoxlanılmayan halların yoxlanılması, pensiya ödənişinin bərpa edilməsi və ödənilməyən məbləğlərin hesablanaraq ödənilməsi xahiş edilmişdir (ərizənin surəti əlavə edilir). AR ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ona ünvanladığı 17 aprel 2024-cü il tarixli, 3-17-1/2-Ə- 86463/2024 saylı məktubda da yuxarıda qeyd edilənlər eyni ilə təkrarlanmış, onun tərəfindən təqdim edilmiş heç bir sübut yenə də araşdırılmamış və aparılmalı olan inzibati icraat aparılmamışdır. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı X1 vəfatı ilə əlaqədar Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022- ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma ilə əlaqədar, mərhum F.Ələkbərovun güzəştli şərtlərlə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 3-17-1/3-1-11611/2024 nömrəli məktubla Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq mərhum F.Ələkbərovun Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Bildiririk ki, İddiaçı mərhum həyat yoldaşı X3 Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialda mövcud olan sənədlərində qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 38 il 1 ay 11 gün (xx.xx.1967-xx.xx.1972-ci il, xx.xx.1972-xx.xx.1982-ci, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 il 2 av 29 gün (xx.xx.1972-xx.xx.1975-ci il, xx.xx.1976-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, mərhum F.Ələkbərovun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmadığı halda, iddiaçıya xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2022-ci il tarixdən xx.xx.2023- cü il tarixədək artıq ödənilmiş vəsait aşkar edilmişdir. Eyni zamanda mərhum F.Ələkbərovun xx.xx.2006-cı il tarixədək 33 il 4 ay 2 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış xx.xx.2006-cı il tarixdən xx.xx.2011 -ci il tarixədək 15588,68 manat (2011 -ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, həmçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 149,76 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçıya xx.xx.2022-ci il tarixindən ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında’Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş sosial yardım məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbuledilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-ci il tarixli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə- 25365/2024 nömrəli qərarlarının ləğv edilməsi və pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Belə ki, qərarların iddiaçıya çatdırılması müəyyən olunmadığından, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır.
1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
2. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.
3. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən iddiaçının barəsində qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin əmək pensiyasının inzibati orqan tərəfindən təyin olunduğu hallara şamil olunduğu nəzərə alınmalıdır. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdankənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
4. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasınındayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
5. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışlarla iddiaçının həyat yoldaşı (X6) güzəştli iş stajının olması müəyyən olunur.
6. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.
7. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. xx.xx.2023-ci il tarixli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-25365/2024 nömrəli qərarlar ləğv edilsin. Pensiya ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva