Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-862/2024 10.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı , iddiaçının nümayəndəsi olan vəkili Vəkil1, cavabdehin nümayəndəsi X19, üçüncü şəxs X6 nümayəndəsi olan vəkili Vəkil2 iştirakiştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsini X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X9 mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında fərdi yaşayış evinə dair X6 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının **********75-10301 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş **********75-10301 reyestr nömrəli “Çıxarış”ın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, “Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Odur ki, yuxarıda da qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarış”ın ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi qanunauyğundur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır, keçmiş əri Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X12 ilə 19 dekabr 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. X12 ilə birgə nikah müddətində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində alqı-satqı yolu ilə 0.12 ha həyətyanı torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsində birgə nikah müddətində iki mərtəbəli fərdi yaşayış evi tikmiş, 2014-cü ildə həmin evə köçmüşlər. Ona və uşağlarına aid bütün əmlaklar hazırda həmin evdədir. Gəncə Apellyasiya Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə qətnaməsindən sonra cavabdeh mübahisənin və torpağın, evin 1 /4 hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildiyi halda onun birgə nikah müddətində əldə etmiş olduğu həyətyanı torpaq sahəsinin üzərində, yerləşən fərdi yaşayış evinə görə iş üzrə 3-cü şəxs, keçmiş qayınatası X6 adına mülkiyyət hüququna dair müvafiq çıxarış tərtib edmişdir. Həmin çıxarışda həyətyanı torpaq sahəsini keçmiş əri Anar Bayraməliyevin adına qeydə alsa da, həmin torpağın üzərində yerləşən və onların birgə nikah müddətində inşa etmiş olduğları fərdi yaşayış evini keçmiş qayınatasının adına qeydə almaqda haqlı olmamışıdır. O, cavabeh orqana çıxarışın ləğvi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini X12 xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli reyestr alqı-satqı müqaviləsi əsasında X5 almışdır, alqı-satqı müqaviləsinə əsasən X4 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2013-cü il tarixli, **********17 reyestr nömrəli çıxarış verilmişdir. X2 razılıq ərizəsinə əsasən X11 torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair layihə təqdim etmiş, 0.12 ha torpaq sahəsi X9, torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi X6 adına qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, **********75-10301 reyestr nömrəli çıxarış almışdır. Daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayədəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X6 nümayəndəsi olan vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi X8 tərəfindən X1, qeyd olunan torpaq sahəsinə dair X9 mülkiyyət hüququ ******* nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi İddiaçı ilə X9 nikah dövründə alınmışdır. Həmçinin qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair mülkiyyət hüququ X6 adına qeydə alınmışdır. İddiaçı isə hazırda X6 adına olan mülkiyyət hüququna dair qeydin ləğv olunmasını xahiş edir. Cavabdeh orqana qeyd olunan tələblə müraciət etmiş,lakin iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, mübahisələndirilən qeydiyyat qanunvericiliyə uyğun işlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə tələb olunur. İş materialları ilə X6 ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə verilməsinə dair sənədlər aşkar edilməmişdir. İş materiallarında yalnız üçüncü şəxs X6 oğlu ( iddiaçının keçmiş əri) notarial qaydada 13 sentyabr 2022-ci il tarixində ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X7 tikinti işləri aparmasına etiraz etmir. Bu ərizə ilə bağlı məhkəmə qeyd edir ki, bu ərizə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd hesab edilmir və həmin ərizə üçüncü şəxs X6 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq etmir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X6 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Eyni zamanda cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarında üçüncü şəxs X6 Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanlandığı məlumatlandırma icraatı barədə ərizə mövcud olsa da həmin ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, ərizədə X3 qeyd etmişdir ki, mülkiyyətimdə( istifadəmdə) olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində tikinti inşa etmişəm. Həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində, istifadəsində, icarəsində olmaması eyni zamanda cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsində nəzərdə tutulan hallar araşdırılmamış, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi tələb edilməmişdir. Eyni zamanda həmin ərizədə ərizənin imzalandığı tarix qeyd edilməmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubu ilə bildirmişlər ki, X11 tərəfindən Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən sahəsi 382 kv.m, hündürlüyü 6,2 metr, mərtəbəliliyi 2 olan yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma icraatı qaydasında ərizə daxil olmamışdır.Həmçinin, Azərbaycan Respublikası Dövlət X21 tərəfindən məhkəmənin sorğusuna daxil olan cavab məktubunda qeyd edilmişdir ki, X11 tərəfindən evinin inşa edilməsi barədə məlumatlandırma icraatı barədə ərizə aşkar edilməmişdir. X16 Məhkəməsinin 2(104)-2184/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli Qətnaməsində qeyd edilmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə də mülkiyyət hüququ yaranmış sayılmalıdır. Cavabdeh X12( iddiaçının keçmiş əri) əmlakın DƏDRX-də mülk kimi qeydə alınmasına maneə yaradır və nəticə etibarı ilə iddiaçı əldə edə biləcəyi əmlak hüquqlarını gercəkləşdirə bilmir. Məhkəmə xüsusilə qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2184/2022 nömrəli qətnaməsi 02 sentyabr 2022-ci il tarixində qəbul edilmiş, həmin məhkəmə iclasında X9 (iddiaçının keçmiş əri) nümayəndəsi( vəkil) X13 məhkəmə iclasında iştirak etmiş və qətnamədən məlumatı olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən müəyyən edildiyini bildiyi halda X9 (iddiaçının keçmiş əri) qısa müddət ərzində 13 sentyabr 2022-ci il tarixində ( məhkəmə qətnaməsindən məlumatlı olduğu halda 11 gün sonra) notarial qaydada ərizə təqdim edərək qeyd etmişdir ki, ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X6 tikinti işləri aparmasına etiraz etmir. Daha sonra isə qısa müddət ərzində 23 sentyabr 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının keçmiş əri X9 atası X6 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilən bütün hallar iddiaçının keçmiş əri X9 13 sentyabr 2022-ci il tarixində notarial qaydada tikintiyə icazə verməsi barədə razılığ ərizəsindən 10 gün sonra 23 sentyabr 2022-ci il tarixində iddiaçının keçmiş əri X9 atası X6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən müəyyən edildiyini bildikləri halda, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinin tələblərinə əməl olunmaması sübut edir ki, cavabdeh orqan tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə X6 mülkiyyət hüququnu qeydə alarkən qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2184/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hesab olunur ki, həmin sənədlərdən notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi qeyd edilən bütün hallardan üçüncü şəxs X11 xəbərdar olduğu halda öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında ünvan 2 ünvanına dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanına dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-862/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-862/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver