Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-864/2021 05.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) satılmış torpaq sahəsinin sərhədlərinin tanıdılması və torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən yeni sənədlərin verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 30.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli, 07 saylı qərarına əsasən KOD 610050** JN ***5 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.20 ha pay torpaq sahəsinin 13.11.2013-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 1.5 ha torpaq sahəsinin sərhədlərinin tanıdılması və ona verilmiş torpaq sahəsinə yeni mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli, 07 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinə 3.20 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə KOD 610050** JN ***5 saylı dövlət aktı verilmişdir. Ailənin ehtiyacı üçün 13.11.2013-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 1.5 ha hissəsini üçüncü şəxs X1. Qeyd olunan alqı-satqı müqaviləsinin olmasına baxmayaraq üçüncü şəxs həmin torpaq sahəsini sənədləşdirmir. Buna görə də iddiaçı və ailə üzvləri onlarda qalmış 1.7 ha torpaq sahəsinə mülkiyyət sənədləri ala bilmir. İddiaçı özündə qalan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 3.20 ha pay torpaq sahəsinin 1.50 ha hissəsini Əmirov Əliyə, 1.70 ha hissəsini isə Hüseynov Talehə satmışdır. Sahə hissəvi satılarkən bölgü planı tərtib edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağa mülkiyyət hüququna dair” JN-0015 KOD 61005038 nömrəli dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli, 07 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 3.20 ha torpaq sahəsi verilmişdir. -13.11.2013-cü il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri JN-0015 KOD 61005038 nömrəli dövlət aktına əsasən onlara məxsus 3.2 ha torpaq sahəsinin 1.5 ha hissəsini X2. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli **********32 nömrəli imtina aktının məzmunundan görünür ki, satılmış sahə ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü planı təqdim edilmədiyinə görə iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli, 07 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinə 3.2 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair KOD 610050** JN ***5 saylı dövlət aktı tərtib edilmişdir. 13.11.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı və onun ailə üzvləri həmin torpaq sahəsinin 1.5 ha hissəsini üçüncü şəxs X1. İddiaçı qalan 1.7 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan torpaq sahəsinə dair bölgü planı təqdim edilmədiyindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi hissəvi satılsa da müvafiq bölgü planı tərtib edilməmişdir ki, bu hal satılması iddia olunan sahənin koordinatları baxımından həmin sahənin reyestrdə qeydə alınmasından imtina üçün əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün şərtlərdən biri torpaq sahəsinin planı və ölçüsünün qeydiyyat orqanına təqdim edilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı satılmış torpaq sahəsinin sərhədlərinin tanıdılması və torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən yeni sənədlərin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-864/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-864/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver