Məhkəmə qərarları › İş №2-1(114)-865/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-865/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-865/2020 26.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək günlərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2020-ci il tarixdə əmək günlərinin sosial sığorta stajına daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, Cavabdehndə 1993-cü ildən 2006-cı ilədək işləmişdir. Lakin ona bu yaxınlarda məlum olmuşdur ki, həmin işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün işlədiyi müddət sosial sığorta stajına daxil edilməmişdir. Odur ki, hazırda əsas məqsədi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsidir. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinlədikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki hüquqi marağı ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl tələbə cavab verməli olan inzibati orqana – hazırkı mübahisə üzrə Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda öhdəliyin icrası haqqında iddia üzrə mümkünlük şərtləri mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2 maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) baxılır. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticə h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdehnə qarşı əmək günlərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar