Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-866/2024 10.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkilq qızı və cavabdehin nümayəndəsi X1 iştirakları iştirakları ilə, İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin adına tərtib edilmiş çıxarışın onların qanuni istifadəsində olan torpaq sahəsinin 0,075 ha və 0,1283 ha hissəsinə münasibətdə ləğv edilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli qeydin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkilq qızı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkilq qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərar ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 nömrəli qərarının ləğv edilməsi, iddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı hazırkı tələbi ilə üçüncü şəxsin adına tərtib edilmiş olan qeydin ləğv edilməsini tələb edir. Qeyd olunan tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasına baxmayaraq, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının olması iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə onu da qeyd edir ki, iddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın əsasının dəyişdirilməsi iddia tələbini təsdiq edən yeni hallara istinad edilməsində və ya ilkin əsasların bəzilərinin aradan qaldırılmasında ifadə oluna bilər. İddiaçının əvvəl irəli sürdüyü hüquqi faktların məzmununu dəqiqləşdirməsi və ya onları konkretləşdirməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə bilməz. İddianın predmeti isə iddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdir. İddianın predmetinin dəyişdirilməsi zamanı iddia tələbinin mahiyyəti də dəyişdirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2-ci bənd); Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd); Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (8.4-cü bənd); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd); Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Beləliklə, hazırkı işlə 2-1(104)-135/2023 nömrəli inzibati işlər müqayisə edildikdə məlum olur ki, hər iki iddianın predmeti, yəni iddia tələbi eynidir və iddiaçının dəlilləri iddia tələbinə baxılması üçün yeni əsas kimi qəbul edilə bilməz. İddiaçı həmin inzibati işdə də, hazırkı iş üzrə də tələb etdiyi üçüncü şəxsin adına tərtib edilmiş olan çıxarışın ləğv edilməsini tələb etmişdir. İPM-in 78-ci maddəsinə əsasən isə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün məcburi olan məhkəmə qərarı olduğu halda, habelə eyni mübahisəyə dair əvvəlki iş üzrə faktiki halların əhəmiyyətli dərəcədə dəyişdiyinə dair hər hansı yeni sübutlar təqdim olunmadığı halda, əvvəlki iş üzrə məhkəmə qərarının qüvvəsi həmin mübahisəyə yenidən baxılmasını qadağan edir. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə və mütəxəsiss rəyinə əsasən Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömiəli çıxarışına əsasən "X3" MMC-nin adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarına əsasən "Həbibli" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin, "X3" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha forpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir Bələdiyyəsi tərəfindən "Həbibli" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür, 0.16564 ha torpaq sahəsi,1.2954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil. İddiaçıya məhkəmə tərəfindən məhkəmə iclası zamanı hüquqi yardım göstərilərək bildirilmişdir ki, "X3" MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha forpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir Bələdiyyəsi tərəfindən "Həbibli" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür. Yəni ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsində qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyil. X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsində qeydə alınmış torpaq sahələrinin üst-üstə düşməməsinin mütəxəssis rəyi ilə və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən olunduğunun, artıq bu tələblə bağlı Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-135/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadının mövcud olduğu iddiaçının diqqətinə çatdırılaraq onun hüquqi marağına uyğun olaraq izah edilmişdir ki, X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsində qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmə mövcud deyil, torpaq sahələrinin üst-üstə düşmə halı “X3” MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli , 3823 saylı icarə müqaviləsi ilə icarəyə götürdüyü 1.2954 ha torpaq sahəsi üst-üstə düşür. “X3” MMC-nin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli , 3823 saylı icarə müqaviləsinin bağlanması barədə Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq sahəsinin icarəyə verilməsi qərarının mübahisələndirilməsi iddiaçıya izah edilsədə iddiaçı Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkilq qızı məhkəmə iclası zamanı məhkəmənin göstərdiyi hüquqi yardıma qəti olaraq etiraz etmiş, bildirmişdir ki, torpaq sahələri üst-üstə düşür, mütəxəssis tərəfindən düzgün müəyyən edilməyib. İşə baxılaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı «Həbibli-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı üçüncü şəxs X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmış ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il tarixli qeydin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-866/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-866/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver