Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-866/2025 10.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “cavabdehin əmrinin ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 018əç nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunmağı və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.N0N0-ci il tarixdə hərbi kursları müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 31 iyul N0N0-ci il - N avqust N0N1-ci il tarixləri ərzində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, N avqust N0N1-ci il - 14 may N-cü il tarixləri ərzində isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Müharibə veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Onun himayəsində iki azyaşlı övladı var, ailədə yeganə qazanc gətirən şəxsdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən (həqiqi hərbi xidmətdən) ehtiyyata buraxılmışdır. Həmin əmr qanunsuz və əsassız olmaqla onun konstision hüquqlarını pozmuşdur. İddiaçıya hələ də, nə üçün hərbi xidmətdən ehtiyata buraxıldığı məlum deyil. Ona ehtiyata buraxılmağının səbəbi, xidmətə uyğunsuzluğunun nədən ibarət olması izah edilməmiş, ümumiyyətlə barəsində xidmətdən buraxılmağı barədə təqdimat (raport) olmasından və araşdırma aparıldığdan heç bir məlumatı olmamışdır. Cavabdeh buna əsaslar olmasını heç bir sübutla əsaslandırmamışdır. İddiaçı inzibati icraatın, araşdırmanın aparılmasında iştirak etməmiş və bu barədə məlumatı olmamışdır. Yalnız ona təqdim olunmuş təyinat vərəqəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı məlum olmuş, lakin bu barədə əmr nə ona təqdim edilmiş, nə də elan olunmuşdur. Nəticədə qəbul olunmuş inzibati akt onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. 44 günlük Vətən Müharibəsi iştirakçısı və ölkə başçısı tərəfindən medallarla təltif olunmuş bir hərbiçi olaraq iddiaçı barəsində qəbul olunmuş belə bir qanunsuz inzibati akt onda təəccüb və təəssüf hissi doğurur. Bu səbəbdən də o, ədalətin və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N-cü il tarixli N-1(114)-N978/N nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N-cü il tarixli N-1(114)-866/N0N5 nömrəli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018 əç nömrəli əmrinin ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi, əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi boş dayanmaya görə əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və Cavabdeh komandirinin N may N-cü il tarixli 018əç nömrəli əmrinin ləğv edilmədən qanuni qüvvədə saxlanılması xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, xx.xx.N010-ci il tarixdə SHXÇDX-nin Yevlax şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N0N1-ci il tarixdən xx.xx.N-cü il tarixədək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyün 1-ci taqımının 8-ci döyüş maşınının tuşlayıcıoperatoru vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün komandiri baş leytenant Rüfət Qasımov xx.xx.N-cü il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək MAHHXHQ əsgər İddiaçı hərbi qulluqçuların şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilməsini xahiş etmişdir. MAHHXHQ əsgər İddiaçı özünün deməsinə görə Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət edərkən N oktyabr N0N0-ci il tarixdə Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olmuş əsgər X3 anası vətəndaş X5 ilə N0N3-cü ilin may ayında “Azar-video chat” canlı internet video söhbət proqramı vasitəsilə tanış olmuş, bir müddət sonra aralarında qeyri-rəsmi münasibətlər yaranmışdır. Bundan sonra MAHHXHQ Əsgər İddiaçı məzuniyyətdə, buraxılışda olarkən mütəmadi olaraq Bakı şəhərinə S.O.Həsənovanın yaşadığı ünvana gedib-gəlmiş, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. Həmin müddət ərzində şəxsi münasibətlər zəminində aralarında yaranmış etibardan suiistifadə edərək N0N3-cü ilin təxminən avqust-sentyabr aylarında S.O.Həsənova onun xahişi ilə öz adına sənədləşdirilməklə dəyəri 3000 manat təşkil edən Vaz N1093 markalı avtomobil almış, 1300 manat məbləğində 1 ədəd “Redmi Not 1N pro” markalı mobil telefon almış, N0N3-cü ilin iyul ayında onun hesabına 400 manat pul köçürmüşdür. Daha sonra S.O.Həsənova MAHHXHQ əsgər İddiaçı təkidi ilə xx.xx.N0N3-cü il tarixdə ona “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamə vermişdir. MAHHXHQ Əsgər T.İ. Nəbiyev xx.xx.N-cü il tarixdə hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilmiş və onun hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi üçün Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair qərar qəbul olunmuşdur. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən MAHHXHQ əsgər İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə məsuliyyətlə yanaşmır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacarmır, işinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Hərbi nəzakət və davranış qaydalarını bilmir. MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi qulluqçuya yaraşmayan və hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə onun, N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N may N-cü il tarixli 018 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı tərəf məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. İşin halları İ-11701 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N5 dekabr tarixli N36N nömrəli Sərəncamı ilə İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-6668 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N5 dekabr tarixli N364 nömrəli Sərəncamı ilə İddiaçı “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-4505 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli N37N nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-54351 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 10N9N6 nömrəli “Müharibə veteranı” vəsiqəsi İddiaçı xx.xx.N0NN-ci il tarixdə verilmişdir. xx.xx.N019-cu il tarixdə verilmiş AZ-İİ 343610 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı və X4 nikahları bağlanılmış, ərə Nəbiyev, arvada Nəbiyeva soyadları verilmişdır. xx.xx.N0N0-ci il tarixdə verilmiş AZ-İV 456308 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X7 06 may N0N0-ci ildə doğulmuşdur, atası qrafasında İddiaçı, anası qrafasında X6 qeyd edilmişdir. xx.xx.N0N3-cü il tarixdə verilmiş AZ-İV 914N70 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X8 N9 avqust N0N3-cü ildə doğulmuşdur, atası qrafasında İddiaçı, anası qrafasında X6 qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N48 nömrəli Əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 098əç nömrəli əmri ilə, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımın 4-cü döyüş maşınının sürücü vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kəlbəcər rayonu) gəlmiş hesab edilmiş, xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, həmçinin bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Xidməti xasiyyətnaməyə əsasən, “MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar bir hərbi qulluqçu kimi göstərməyə çalışır. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirməyə çalışır. Hərbi nəzakət və davranış qaydalarını bilir və gündəlik fəaliyyətində rəhbər tuturmağa çalışır. Tutduğu vəzifənin məsuliyyətini dərk edir, xidmətə vicdanla yanaşmağa çalışır. Bölmədə sənədləşmə işinə diqqətlə yanaşır. Təşkilatçılıq və qərar qəbul etmə qabilliyəti normaldır. Tabeliyində olan hərbi qulluqçulara qarşı münasibətdə tələbkardır. Hərbi nəzakət və davranış qaydalarını bilir və gündəlik fəaliyyətində rəhbər tutumağa çalışır. Tutduğu vəzifənin məsuliyyətini dərk edir, xidmətə vicdanla yanaşmağa çalışır. Komandirlərin verdiyi əmr və tapşırıqları vaxtında, yerinə yetirməyə çalışır. Göstərilən qüsur və nöqsanlara münasibət bəsləyir və onları vaxtında aradan qaldırır. Kollektivdə və yoldaşları arasında hörmətə malikdir, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi normal səviyyədədir. Qanunları, rəhbər sənədləri və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini bilir, gündəlik xidmətində onlardan istifadə etməyi bacarır. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.” N nömrəli hərbi hissənin tuşlayıcı-operator əsgər İddiaçı ilə apardığı 1-ci və N-ci söhbət vərəqələrinə əsasən, İddiaçı Əli oğlu ordu sıralarından tərxis edilməməsini xahiş etmişdir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli protokolundan görünür ki, həmin məhkəmədə iştirak edən hərbi qulluqçular təklif üzrə çıxış etmiş, İddiaçı Əli oğlu xahişi üzrə dinlənilmişdir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli qərarına əsasən, mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımının 4-cü döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Cavabdeh komandirinin xx.xx.N-cü il tarixli, 018əç nömrəli əmrindən çıxarışa əsasən 191-ci əməliyyat (komando) briqadasının (N nömrəli hərbi hissə) mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş taqımının tuşlayıcı-operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 139 nömrəli Əmrindən çıxarışdan görünür ki, mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımın 8-ci döyüş maşınının tuşlayıcı - operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 14 may N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli 176 nömrəli təyinat vərəqəsinə əsasən MAHHXHQ əsgər İddiaçı xx.xx.N-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qeydiyyatda durmaq məqsədilə getməsi əmr edilmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə N. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa;
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. 16N. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.
Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları
48. Əsgərlərə və matroslara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. İntizam cəzalarının verilmə qaydası
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə N. İnzibati mübahisələrin məhkəmə aidiyyəti N.N. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 3N. Mübahisələndirmə haqqında iddia 3N.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018 əç nömrəli əmrinin onun xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilməsi, əvvəlki vəzifəsində xidmətə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ona ödənilməsidir. İşin hallarından müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 098əç nömrəli əmri ilə, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımın 4-cü döyüş maşınının sürücü vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli N48 nömrəli əmrinə əsasən, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, həmçinin bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. MAHHXHQ əsgər İddiaçı xidmətdən kənar səhv hərəkətə yol verdiyinə görə, N nömrəli hərbi hissə tərəfindən onunla N dəfə söhbət aparılmış, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi keçirilmiş, xx.xx.N-cü il tarixli qərara əsasən, iddiaçının Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış və hərbi hissə tərəfindən Cavabdeh komandanlığına təqdimat verilmişdir. Cavabdeh komandirinin xx.xx.N-cü il tarixli, 018əç nömrəli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılması hallarından biri xidməti uyğunsuzluğa görədir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). 156-cı bəndin e yarımbəndinə görə, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması hallarından biri xidməti uyğunsuzluğa görədir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 48-ci bəndində əsgərlərə və matroslara verilən a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə intizam cəzaları nəzərdə tutulmuşdur. 85-ci bəndinə əsasən, hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı hərbi xidmətdən kənar etdiyi hərəkətə görə, birbaşa hərbi hissənin təqdimatına əsasən cavabdeh orqan tərəfindən müvafiq əmrlə xidmətdən ehtiyata buraxılmışdır. Halbuki iddiaçının qulluq etdiyi hərbi hissə tərəfindən ona etdiyi hərəkətin ağırlığına və təqsirin dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulan intizam cəzalarından biri tətbiq edilə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçının etdiyi hərəkətə görə sonuncunun birbaşa xidmətdən ehtiyata buraxılması qanuna uyğun olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, MAHHXHQ əsgər İddiaçı İİ Qarabağ Müharibəsində iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif edilmişdir. Həmçinin N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən iddiaçı müsbət xarakterizə olunur. Digər tərəfdən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsinin xx.xx.N-cü il tarixli protokolundan görünür ki, məhkəmədə iştirak edən hərbi qulluqçuların bəziləri iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını təklif etsələr də, bəziləri isə iddiaçının qulluqda nizam-intizamlı olmasını qeyd edərək “ictimai töhmət” verməyi təklif etmişlər. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hərbi hissə tərəfindən iddiaçı ilə N dəfə söhbət aparılsa da, qanunvericilikdə nəzərdə tutulan söhbət zamanı edilməli olan hərəkətlər söhbət vərəqələrində öz əksini tapmamışdır. Həmçinin söhbət vərəqələri və təqdimatda tarix dəqiq qeyd edilməmişdir. Buna görə də həmin hərəkətlərin qanunvericlikdə nəzərdə tutulan ardıllıqla aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018 əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilməli, iddiaçının əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 3N.1, 70.1, 70.3 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 018 əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilsin. İddiaçı əvvəlki vəzifədə xidmətə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva