Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-868/2024 25.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə baxış keçirilməsi və texniki baxış aktının tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri İcra hakimiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati məhkəməsinə müraciət edərək, ona məxsus Gəncə şəhəri Şəddadilər küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin məişət əşualarına dəymiş ziyana görə 6000 manat pulun və iki nəfər ailə üzvünün şəxsi əşyalarına dıymiş ziyana görə, hər birinə 1500 manat olmaqla, cəmi 3000 manat pulun, ümumilikdə 9500 manat dəymiş ziyanın əvəzinin cavabdehlərdən alnaraq ona ödənilməsi və yaşayış evinə baxış keçirilməklə dəymiş ziyanın müəyyən edilməsi və təmir edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasını cəlb edilməsi və Gəncə şəhəri Şəddadilər küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə baxış keçirilməsi və texniki baxış aktının tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-868/2024 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Şəddadilər küçəsi 42 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. 17 oktyabr 2020-ci il tarixdə gecə saat 00:55 radələrində düşmən tərəfin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində raket onun evinin yaxınlığına düşmüşdür. Nəticədə onun evi yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Müxtəlif orqanlara müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Gəncə şəhəri İcra Hakimiyyəti onun evini Komissiyaya göndərilmiş ziyan dəymiş evlərin siyahısına salmamış, nəticədə evə dair texniki baxış aktı tərtib edilməmişdir. Hazırda evi dağılmış vəziyyətdədir. Qeyd edilənləri əsas gətirən iddiaçı Gəncə şəhəri Şəddadilər küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə baxış keçirilməsi və texniki baxış aktının tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi) X4 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işçi qrupu tərəfindən Gəncə şəhəri İcra hakimiyyətinin nümayəndələri ilə birlikdə raket zərbələri nəticəsində zərər görmüş evlərə baxış keçirilmiş və müvafiq siyahılar tərtib edilmiş, lakin iddiaçıya məxsus Gəncə şəhəri Şəddadilər küçəsi 42 saylı fərdi yaşayış evi həmin siyahıya daxil edilməmişdir.İddiçının adının siyahıda olmaması onun əmlakına ziyan dəyməsi faktını istisna edir. Qeyd edilənləri əsas gətirən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 25 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi) X4 məhkəmə iclasında iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli ********** dövlət qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. - Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli M-349-169 nömrəli vətəndaş X3 ünvanlanmış məktubdan müəyyən olunur ki, işçi qrupun fəaliyyəti zamanı şəhər icra Hakimiyyətininn məsul əməkdaşları tərəfindən raket zırbələrinin radiusa düşən ərazilərdə sakinlərə müntəzəm görüşlər keçirilməsinə və müvafiq izahat verilməsinə baxmayaraq onun müraciəti daxil olmadığından ünvana işçi qrup tərəfindən baxış keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılmışdır. Komissiyanın tərkibinə isə Azərbaycan Respublikasının Baş naziri, onun müavini, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin köməkçiləri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəAzərbaycan Respublikasının Baş prokuroru daxil edilmişdir. Sözügedən komissiyaya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmış və 4-cü bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2020-ci il sentyabrın 27-dən başlayaraq “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etməsi, 3-cü bəndində isə aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16\2-10\1611nömrəli ekspert rəyindən görünür ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyü azbest materialdan olan şifer materiaının bir hissəsinin çatlamış və sınmış vəziyyətdə olduğu, yaşayış evinin yaşayış otaqlarının və dəhliz-mətbəx tikililərinin divarları və tavanı üzərində qüsurların(qabarma və ləkələr) olduğu, döşəmənin dir hissəsi bürümüş vəziyyətdə olduğunu nəzərə alaraq yaşayış evinin vəziyyəti bərpa kateqoriyasına aid olduğu müəyyən edilir. X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyü, yaşayış evinin yaşayış otaqlarının və dəhliz-mətbəx tikililərinin divarları və tavanı və döşəməsi üzərində təmirbərpa işləri aparılmalıdır. X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aparılmalı yenidənqurma və təmir-bərpa işlərinin təqribi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq 15146,0 manat məbləğində müəyyən olunur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 42 saylı evin vəziyyəti barədə aktın tərtib edilməsi Cavabdeh həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə baxış keçirilməsi və texniki baxış aktının aktın tərtib edilməsi Cavabdeh həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-868/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-868/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver