Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-869/2024 28.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyadan tutulmuş məbləğin qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X4 (İddiaçı hüquqi varisi) və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixdə etdiyi müraciəti üzrə xx.xx.2023-cü il tarixli 3-17-1/1-B-217069/2023 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı 450.80 manat məbləğində pensiyası 424.68 manata endirilmişdir.
3. Həmin Qərarın “Qeyd” hissəsində qeyd edilir ki, yenidən hesablama (6 illik) pensiyanın illik təyinatından sonra ardıcıl tam aktiv 6 il əmək müqaviləsi olduqdan sonra hesablanır. Onun əmək pensiyasında xx.xx.2017-ci il tarixdə yenidən hesablama aparıldığından, növbəti dəfə hesablama aktiv əmək müqaviləsi davam edərsə xx.xx.2023cü ilin noyabr ayından sonra olacaqdır. xx.xx.2023-cü il etdiyi müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2009-cu il tarixində pensiyasın ilkin təyinatı zamanı sığorta stajı 27 il 4 ayla nəzərə alınmalı olduğu halda, 34 il 4 ay stajla nəzərə alınaraq hesablanmışdır. Nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya artıq ödənilmişdir.
4. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-215904 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işində olan sənədlərə əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 27 il 4 ay 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 431.12 manat pensiya kapitalı, eyni zamanda ona pensiya təyin edilən tarixdən sonra 6 il və ya daha çox işlədiyi üçün xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək 4128.89 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarıxlı müraciətindən 3 il əvvələ) 306.97 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindər müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 341.97 manata, xx.xx.2022-ci il tarixindən 353.59 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 370.25 mənat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 424.68 manata çatdırılıb. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixində ona yaşa görə əmək pensiyası təyin edilərkən pensiyasının məbləği xx.xx.2006-cı il tarixinə kimi 27 il 4 ay 25 gün sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 34 il 4 ay nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) alınan xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, əmək pensiyasının əvvəlki yenidən hesablanması xx.xx.2017-ci il tarixində olduğundan, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyasının növbəti dəfə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında hesablanması xx.xx.2017-ci il tarixindən nəzərə alınaraq 6 il davamlı işlədiyi halda xx.xx.2023-cü il tarixində və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdə qanunvericiliyə uyğun olaraq aparılacaqdır.
5. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-223362 nömrəli məktub ünvanlanaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətinin araşdırılması zamanı ona təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə halı aşkar edilmişdir. Belə ki, ona xx.xx.2009-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən pensiyasının məbləği xx.xx.2006-cı il tarixinə kimi 27 il 4 ay 25 gün sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 34 il 4 ay nəzərə alınaraq hesablanmışdır. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mərkəżi Filial tərəfindən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş məbləğ 825.60 (səkkiz yüz iyirmi beş manat 60 qəpik) manat təşkil etmişdir. Bu baxımdan 825.60 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST" Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş edilir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.
6. Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-274490/2023 nömrəli cavab məktubundan məlum olur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın xx.xx.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə yenidən baxılarkən Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə artıq ödənilmiş əmək pensiyası müəyyən edilmiş və həmin tarixdən cari tarixədək hər ay aylıq pensiya məbləğinin 20 faizi (82,56 manat) məbləğində tutulma aparılmışdır.
7. Nikahın bağlanması haqqında xx.xx.1977-ci il tarixli İ-ЖГ 381339 nömrəli şəhadətnaməyə əsasən X4 ilə İddiaçı xx.xx.1977-ci il tarixdə nikah bağlamışlar, nikahdan sonra ərə “Hüseynov”, arvada “Bayramova” soyadı verilmişdir.
8. Ölüm haqqında 01.02..2024-cü il tarixli AZ-İİ 396071 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
9. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.02.224-cü il tarixli 74 nömrəli arayışına əsasən X4 həqiqətən mərhum arvadı İddiaçı vəfat edərkən dəfn xərcini o çəkmişdir.
10. Məhkəmənin soğrusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-111606/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, mərhum İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında qərar nəticəsində onun əmək pensiyasından xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayda 82.56 manat olmaqla ümumilikdə 412.80 manat məbləğində vəsat tutularaq Fondun hesabına bərpa edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının guya ona artıq ödənilmiş 825,60 manat məbləğin geri qaytarılması haqqında iddiasını rədd edərək, pensiyasının aylıq məbləğinin xx.xx.2023-cü il tarixədək olan 452 manat məbləğinin bərpa edilməsi və həmin tarixdən hər ay pensiyasından tutulan vəsaitlərin geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixdən həmin vaxt qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun 8.1-ci maddəsinə əsasən tələb olunan sənədləri təqdim edərək əmək pensiyası alır. Həmin vaxtdan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən illik artım tempinə uyğun olaraq aparılan indeksləşdirmə və maddi yardımlar nəzərə alınaraq pensiyasının aylıq məbləği xx.xx.2023-cü il tarixdə 452 manat hesablanmışdır və həmin məbləği sentyabr ayınadək stabil qaydada almışdır. Səhhətində olan ciddi problemləri həll etmək üçün maaddi imkanının kifayət etmədiyini və 4000 manatadək borcunun olmasını nəzərə alaraq, avqust ayında 2017-ci ildən 2023-cü ilədək sosial sığorta fondunda toplanan kapitalının müvafiq qaydada bölüşdürülərək aylıq pensiyasının məbləğinə əlavə edilməsi üçün ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətindən dərhal sonra sentyabr ayında Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinin tələbini pozaraq onun nəinki razılığı, hətta xəbəri olmadan və rəsmi qərar verilmədən aylıq əmək pensiyasının məbləği 452 manatdan 342 manatadək azaldılmışdır. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz sayılmalıdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi X4 ilə əvəz edilmişdir.
15. X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, mərhum həyat yoldaşı X2 pensiyasından xx.xx.20023-cü il tarixdən artıq ödəmə kimi müəyyən olunmuş və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
18. İPM-ə görə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
24. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Qanunun 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə tayin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği otən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə gazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Belə ki, xx.xx.2006-cı il tarixinədək 27 il 4 ay 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 431.12 manat pensiya kapitalı, eyni zamanda ona pensiya təyin edilən tarixdən sonra 6 il və ya daha çox işlədiyi üçün xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək 4128.89 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) 306.97 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 341.97 manata, xx.xx.2022-ci il tarixindən 353.59 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 370.25 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 424.68 manata çatdırılıb. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçı müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixində ona yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın məbləği xx.xx.2006-cı il tarixinə kimi 27 il 4 ay 25 gün sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 34 il 4 ay nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (iddiaçının xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək 825.60 manat (səkkiz yüz iyirmi beş manat altmış qəpik) artıqödəmə müəyyən olunmuşdur. Bu baxımdan İddiaçı ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli məktubla 825.60 (səkkiz yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq iddiaçının razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST" Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməyi və yaxud həmin vəsaiti Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.
26. İddiaçı X4 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusu əsasında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından əldə edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-215904 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-223362 nömrəli cavab məktubları; - Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-274490/2023 nömrəli cavab məktubu; - Nikahın bağlanması haqqında xx.xx.1977-ci il tarixli İ-ЖГ 381339 nömrəli şəhadətnamə; - Ölüm haqqında 01.02..2024-cü il tarixli AZ-İİ 396071 nömrəli şəhadətnamə; - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.02.224-cü il tarixli 74 nömrəli arayışı; - Məhkəmənin soğrusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-111606/2024 nömrəli cavab məktubu;
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənişi 2023-cü lin sentyabr ayınadək davam etdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 6 il işləyərək fərdi şəxsi hesabında topladığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması barədə cavabdeh quruma müraciət etmiş və onun müraciəti üzrə xx.xx.2023-cü il tarixli 3- 17-1/1-B-217069/2023 nömrəli Ümumi əsaslara görə əmə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı 450.80 manat məbləğində pensiyası 424.68 manata endirilmişdir. Həmin Qərarın “Qeyd” hissəsində onun əmək pensiyasında xx.xx.2017-ci il tarixdə yenidən hesablama aparıldığından, növbəti dəfə hesablama aktiv əmək müqaviləsi davam edərsə xx.xx.2023-cü ilin noyabr ayından sonra olacağı, xx.xx.2009-cu il tarixində pensiyasının ilkin təyinatı zamanı sığorta stajının 27 il 4 ayla nəzərə alınmalı olduğu halda, 34 il 4 ay stajla nəzərə alınaraq hesablandığı, nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya artıq ödənildiyi qeyd edilmişdir.
31. Bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə İddiaçı xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-223362 nömrəli məktub ünvanlanaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətinin araşdırılması zamanı ona təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə halı aşkar edilmişdir. Belə ki, ona xx.xx.2009-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən pensiyasının məbləği xx.xx.2006-cı il tarixinə kimi 27 il 4 ay 25 gün sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 34 il 4 ay nəzərə alınaraq hesablanmışdır. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mərkəżi Filial tərəfindən Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş məbləğ 825.60 (səkkiz yüz iyirmi beş manat 60 qəpik) manat təşkil etmişdir. Bu baxımdan 825.60 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST" Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş edilir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.
32. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarından sonra xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək İddiaçı hər ay aylıq pensiya məbləğinin 20 faizi (82,56 manat) məbləğində tutulma aparılması barədə X7 Sistemində qeydiyyat aparılmış, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfatı ilə əlaqədar yalnız xx.xx.2024-cü il tarixədək ayda 82,56 manat olmaqla ümumilikdə 412,80 manat məbləğində vəsait tutularaq Fondun hesabına bərpa edilmişdir.
33. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
34. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür.
35. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
36. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi.
37. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
38. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
39. Hazırkı iş üzrə də cavabdeh orqan tərəfindən iddiaçının yaşa görə əmək pensiyasında artıq ödəmə halları müəyyən edərkən, inzibati icraat aparmamış, bununla bağlı hər hansı inzibati akt (qərar) qəbul etməmiş və iddiaçının pensiyasından tutulma apararkən onun yazılı razılığını almamışdır.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
41. Sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
42. Beləliklə, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan, yalnız iddiaçının 6 il işləyərək fərdi şəxsi hesabında topladığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması barədə cavabdehə etdiyi müraciəti üzrə araşdırma nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutma aparmışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Mərhum İddiaçı əmək pensiyasından xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmuş 412.80 (dörd yüz on iki manat səksən qəpik) manat məbləğin onun hüquqi varisi X3 ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva