Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-870/2020 02.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X29 (üçüncü şəxslər X24 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X35) qarşı çıxarışda düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X26 xx xxxxxx 2020-ci il tarixli məktubu ilə çıxarışda düzəliş edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 ünvanında yerləşən tikinti “B”-də 29.0 kv.m yaşayış sahəsinə dair İddiaçı1, İddiaçı2 və X5 adına verilmiş çıxarışda səhvə yol verilməmişdir. Belə ki, həmin fərdi yaşayış evi ilə bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 1994-cü il tarixdə qəbul etdiyi qətnamədə qeyd olunan “Q” literli tikili ilə iddiaçılara verilmiş çıxarışda qeyd olunan “B” literli tikili eyni tikilidir. Həmin fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı zamanı məhkəmə qətnaməsinə uyğun şəkildə qeydiyyat aparılmış yalnız “Q” literli tikili “B” literli tikili kimi işarələnmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçılar məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X26 xx.xx.2020-ci il tarixli, **********94 nömrəli imtina cavabı əsassız və qanunsuz olduğundan xx.xx.2016-cı il tarixli ******* saylı çıxarışa düzəliş edilməsi yəni, həmin çıxarışda onlara məxsus olan ünvan 2 nömrəli ünvanda yerləşən 29 kv.m sahəli otaqdan ibarət yaşayış binasının səhvən “B” tikilisi kimi qeyd edildiyindən həmin çıxarışa düzəliş edilərək Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29 kv.m sahəsli yaşayış otağının “Q” binası kimi qeyd edilməsini, çıxarışın məcburi qaydada hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixli, 2-50/94 saylı qətnaməsinə əsasən Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29 kv.m sahəli otaqdan ibarət “Q” binasının mülkiyyət hüququ X19 verilmişdir. X23 İddiaçı1 həyat yoldaşıdır və o, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra həyat yoldaşından qalan miras əmlakı yəni, Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29 kv.m sahəli otaqdan ibarət “Q” binasını iddiaçılar mirası faktiki qəbul etmişlər. Mirası qəbul etdikdən sonra onlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı barədə çıxarış almaq üçün müraciət etmişlər və onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X35 tərəfindən xx.xx.2016-cı il tarixdə ******* saylı çıxarış verilmişdir. Həmin çıxarışda onlara məxsus olan ünvan, yəni, Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29 kv.m sahəli otaqdan ibarət “Q” binası səhvən “B” tikilisi kimi qeydə alınmışdır. İddiaçı1 və vəkili X21 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və X16 əvvəlki məhkəmə iclasında İddiaçı1 izahatı ilə tam razı olduqlarını bildirmiş və əlavə olaraq qeyd etmişlər ki, “B” kimi qeyd edilmiş tikili əvvəllər “Q” binası olmuşdur. Həmin binada iddiaçılar yaşayır. “B” tikilisi isə babası Vəli Talıbova məxsus olmuşdur. Hazırda “Q” binası səhvən “B” kimi qeyd edilmişdir. Babası isə bu vəziyyətdən istifadə edərək onları öz yaşayış yerlərindən çıxarmaq istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X26 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 ünvanında yerləşən tikinti “B”-də 29.0 kv.m yaşayış sahəsinə dair İddiaçı1, İddiaçı2 və X5 adına verilmiş çıxarışda səhvə yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, həmin fərdi yaşayış evi ilə bağlı Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixdə qəbul etdiyi qətnamədə qeyd olunan “Q” literli tikili ilə iddiaçılara verilmiş çıxarışda qeyd olunan “B” literli tikili eyni tikilidir. Həmin fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı zamanı məhkəmə qətnaməsinə uyğun şəkildə qeydiyyat aparılmış yalnız “Q” literli tikili “B” literli tikili kimi işarələnmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İş üzrə tərəflərə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. İş üzrə tərəflərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan; Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 57 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, mərhum A.H.Talıbovun adına olan Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən mülkdə sahəsi liter “B”-də 24,2 kv.m yaşayış otağının, 21,8 kv.m örtülü eyvanın, liter “B”-də 29,6 kv.m, 24,4 kv.m yaşayış otaqlarının, 20,7 kv.m açıq eyvanın, liter “Q”-də 29.0 kv.m yaşayış otağının, liter “D”-də 21,2 kv.m əl damının qanunlaşdırılması və həmin tikililərin vərəsələrin istifadəsində saxlanılması, X4 Bürosuna 143,0 kv.m yaşayış sahəsindən 37,2 kv.m qeyri-yaşayış sahəsindən, 61,7 kv.m köməkçi sahədən ibarət olan Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən mülkə dair qəbul edilmiş sərəncama əsasən vərəsələrin yeni hüquqverici sənədlərlə təmin edilməsinin və artıq qalan 2301,0 kv.m torpaq sahəsi haqqında şəhər İcra Hakimiyyətinə məlumatın verilməsinin tapşırılması qərara alınmışdır. - Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixli, 2-50/94 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, X3, X1 və X7 X8 mülk bölgüsünə dair X9 və X13 mülkdən köçürməyə dair iddiaları köçürülmə tələbinə dair iddiasının əsassız olduğu üçün rədd edilməsi, X11 Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli mülkə köçürülməsi, X12 və X17 X2 və qeyrilərindən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, evlərə mülkiyyət hüququnun verilməsi və ümumi mülkdən ayrılmasına dair iddialarının qismən təmin edilməsi, Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 24,2 kv.m sahəli 1 yaşayış otağı, 21,6 kv.m sahəli örtülü eyvan, 21,6 kv.m sahəli əl damından ibarət “B” və “D” tikintilərinin mülkiyyət hüququnun X14 və X15, 29,0 kv.m sahəli otaqdan ibarət “Q” binasının mülkiyyət hüququnun X19 verilməsi, 20,4 kv.m sahəli yaşayış otağından, 15,4 kv.m sahəli örtülü eyvandan və 19,3 kv.m sahəli çardaqdan ibarət olan “A” literli binanın X10 buraxdığı mirasın kütləsi hesab edilməsi və onun vərəsələrinə verilmiş, xx xxxxx 1993-cü il tarixli, 4N-1-37 nömrəli və xx xxxxxx 1993-cü il tarixli 4N-1-7 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri həmin hissə ilə etibarlı, qalan hissə etibarsız hesab olunması, X17 iddiasının “Q” literli binanın icazəsiz tikilmiş və qanunlaşdırılmamış sahələrinə mülkiyyət hüququnun verilməsinə dair hissəsinin icraatına xitam verilməsi qət edilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli, 2-263/07 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X11 Gəncə şəhəri, Təbriz küçəsi, 270 saylı ünvanda yerləşən “B” literli tikiliyə köçürülməsi, iddia tələbinin qalan hissədə əsassız olduğu üçün rədd olunması qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli, 2(104)-222(03- 37)2007 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 8(044)- 233/12 nömrəli qərardadının təsdiqlənmiş surətindən görünür ki, ərizə təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixli, 2-50/94 nömrəli qətnaməsinin icraya yönəldilməsi qərara alınmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 ünvanında yerləşən fərdi yaşayış evində tikili “B”-də 29.0 kv.m yaşayış sahəsi X17 adına qeydiyyata alınmışdır. - xx xxxx 2016-cı il tarixli, 2V-1-152 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı1 oğlu, İddiaçı2 və X16 xx xxxxxx 2000-ci il tarixdə vəfat etmiş X17 qanun üzrə vərəsələridir. - xx xxxx 2016-cı il tarixli, 56489 inventar nömrəli texniki pasportun və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 ünvanında yerləşən fərdi yaşayış evində tikili “B”-də 29.0 kv.m yaşayış sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları ilə yerində müayinə keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 270 ünvanında yerləşən fərdi yaşayış evi geniş həyətdən ibarətdir və iki həyət olmaqla hasarla ayrılmışdır. Birinci həyətə daxil olduqda iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 adına qeydiyyata alınmış və istifadələrində olan 29.0 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsinə bitişik əlavə tikililər mövcuddur. Həyətdə başqa tikili yoxdur. Bununla yanaşı həyət evinin yuxarı hissəsində ayrıca hasarla bağlanmış digər sahə (həyət) vardır. Həmin sahədə texniki pasportda A tikilisi kimi qeyd olunan yaşayış otağı, C tikilisi kimi qeyd olunmuş əl damı və yarımçıq tikli vardır. Göründüyü kimi, Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixli, 2-50/94 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29,0 kv.m sahəli otaqdan ibarət “Q” binasının mülkiyyət hüququnun X19 verilmiş və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın əsasən mülkiyyət hüququ ilə onun adına «B» kimi qeydiyyata alınmışdır. xx xxxx 2016-cı il tarixli, 2V-1-152 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı1 oğlu, İddiaçı2 və X16 xx xxxxxx 2000-ci il tarixdə vəfat etmiş X17 qanun üzrə vərəsələri hesab edilmişlər və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla yuxarıda qeyd olunan fərdi yaşayış evində tikili “B”-də 29.0 kv.m yaşayış sahəsi iddiaçıların adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırki tələblərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X35 tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışda onlara məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29,0 kv.m sahəli otaqdan ibarət yaşayış binasının səhvən “B” tikilisi kimi qeyd edildiyini əsas gətirərək, həmin çıxarışa düzəliş edilməsini və Gəncə şəhəri, Təbriz küçəsi, 270 nömrəli ünvanda yerləşən 29 kv.m sahəsli yaşayış otağının “Q” binası kimi qeyd olunmasını xahiş etsələr də, məhkəmə araşdırması zamanı “Q” literli tikili ilə “B” literli tikilinin eyni tikili olduqları müəyyən edilmişdir. Belə ki, Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx xxxx 1994-cü il tarixli, 2- 50/94 nömrəli qətnaməsindən, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli və xx xxxx 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışlardan da görünür ki, qətnamədə qeyd olunan tikili ilə çıxarışlarda qeyd olunan tikili (29 kv.m) eyni tikilidir və fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı zamanı məhkəmə qətnaməsinə uyğun şəkildə qeydiyyat aparılmış, sadəcə tikililərin faktiki göstəricilərinə və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın tələblərinə əsasən əlifba sırası üzrə literlənməklə qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
2. maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 9. maddəsinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23.2. maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.23. maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 1.3. bəndinə əsasən daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini və tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Həmin təlimatın 1.4. bəndinə əsasən daşanımaz əmlakın kadastrı və texniki inventarlaşdırma işləri nəticəsində əldə edilmiş məlumatlar əsasında torpaq sahəsinin planı və ölçüsü (kadastr planı), onun üzərində yerləşən daşınmaz əmlak obyektinin texniki pasportu tərtib edilir. Həmin təlimatın 2.25. bəndinə əsasən eskizdə tikilinin mərtəbəliliyi və təyinatı (otaqların təyinatı), divarların materialları, sahədəki tikilinin, qurğunun və örtüklərin ardıcıl literlənməklə nömrəsi qısa göstərilir. Hər bir tikili abrisdə literlənməlidir (əlifba sırası üzrə). Birinci hərf sahənin fasadı üzrə ilk əsas tikiliyə verilir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən fərdi yaşayış evi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı zamanı yuxarıda qeyd olunan təlimatın tələblərinə uyğun olaraq, fərdi yaşayış evində yerləşən 29 kv.m ibarət olan “Q” literli tikili əmlakın faktiki göstəricilərinə uyğun olaraq əlifba sırası üzrə “B” literli tikili kimi işarələnmiş, qeydiyyat aparılarkən hər hansı səhvə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X29 (üçüncü şəxslər X24 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X35) qarşı çıxarışda düzəliş edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova