Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-870/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının rəhbəri X1 iştirakı ilə, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş 50 ha əkin sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, A 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə müvafiq olaraq 270,0 ha torpaq sahəsi – 50,0 ha əkin sahəsi və 220,0 ha örüş sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasına, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Samux rayonunun keçmiş “Qırmızı Samux” sovxozunun fəhlə və qulluqçularının ümumi yığıncağının 15 sentyabr 1994-cü il tarixli, 02 nömrəli iclas potokoluna əsasən, “Qırmızı Samux” sovxozunun balansında olan torpaq sahəsindən 50,0 ha, eyni zamanda bir ədəd yataq və 220,0 ha otlaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi qərara alınmış və həmin qərarın təsdiq edilməsi Samux rayon XDS İcraiyyə Komitəsindən xahiş edilmişdir. Samux rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarı ilə 50.0 ha torpaq sahəsinin daimi istifadə üçün İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi, “Qırmızı Samux” sovxozunun istifadəsində olan 26 nömrəli qış otlağı sahəsindən 20,0 ha, 500 başlıq Qoyunçuluq Kompleksinin ərazisindən 200,0 ha məqsədi dəyişmədən istifadə üçün İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsinə icazə verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur. Samux rayon X11 tərəfindən 21 sentyabr 1994-cü il tarixli 50/2 saylı qərarına əsasən, X5ş otlağından və 5000 başlıq ana qoyunçuluq kompleksinin ərazisindən 270 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Samux rayonu İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilmişdir. Bununla bağlı verilən B004158 saylı dövlət aktı 21 noyabr 1994-cü il tarixdə 07 saylı qeydiyyatdan keçirilmişdir. A 377851 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, X12 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin kadastr göstəriciləri hissəsində torpaq sahəsinin ******* kvm olduğu göstərilmişdir. İddiaçı bir neçə dəfə subsidiya almış, hazırda qeyd edilən torpaq sahəsi yenə də onun istifadəsindədir. İddiaçı hazırda torpaq sahəsində istifadə ilə əlaqədar hüquqlarının dövlət qeydiyyatına alınmasını və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyeystrindən çıxarış verilməsini xahiş etsə də, cavabdeh orqan “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı (B004158) və **********0015 (A377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin elektron bazada aşkar edilməməsi səbəbindən ərizənin icrasının mümkün olmamasını bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2991/2024 nömrəli qərardadı ilə iddiaçı əsl İddiaçı Kəndli (Fermer) Təsərrüfatı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-870/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-870/2025 nömrəli qərardadı ilə iddia tələbi “Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş 50 ha əkin sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı “Torpağa mülkiyyət, sahiblik və daimi” istifadə hüququna dair Dövlət Aktı (B № 004158) və **********0015 (AN №377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron bazada aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Bu səbəbdən Ərazi İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli, **********07 nömrəli cavab məktubu ünvanlanmışdır. Həmçinin, Ərazi İdarəsi hesab edir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının rəhbəri X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 08 fevral 1992-ci il tarixli 67 nömrəli sərəncamı ilə Nofəl” kənd təsərrüfatı kooperativinə verilmiş 50 hektar torpaq sahəsinin daimi istifadə üçün İddiaçı Fermer Təsərrüfatına verilməsi, Azərbaycan Respublikası Torpaq Komitəsindən “Qırmızı Samux” sovxozunun istifadəsində olan 26 nömrəli qış otlaq sahəsindən 20 hektar 5000 başlıq qoyunçuluq kompleksinin ərazisindən 200 hektar məqsədi dəyişmədən müvəqqəti istifadə üçün İddiaçı Fermer Təsərrüfatına verilməsinə razılıq verilməsinin xahiş edilməsi qərara alınmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları kitabında xx.xx.1994-cü il tarixdə 07 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktından görünür ki, Samux rayon X6 xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının daimi istifadəsinə 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi verilmişdir. X12 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmış A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, həmin sənəd Samux rayon XDS İK-nın xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən ******* kv.m kənd təsərrüfatı məqsədli torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaş X3 ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Samux rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarında İddiaçı kəndli (fermer) təsərrüfatına müvəqqəti istifadə üçün qış otlağı sahəsindən 220,0 ha torpaq sahəsi ayrıldığı qeyd olunur. Belə olan halda məlum olur ki, ayrılan torpaq sahəsinin istifadə müddəti 2 ildən çoxdur ki, o da başa çatmışdır. Lakin ayrılan torpaq sahəsinin istifadə müddətinin başa çatmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Samux rayon XDS İcraiyyə Komitəsinin həmin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı əsas götürülərək torpaq sahəsinin yerləşdiyi ərazi Qırmızı Samux kəndi göstərilməklə, İddiaçı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məqsədi üçün 270,0 ha torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Ayrılan 270,0 ha qış otlağı sahəsinin yerləşdiyi yer Qırmızı Samux kəndi ərazisinə deyil, “Ceyrançöl massivi” dövlət fondu qış otlağı ərazisinə aiddir. Eyni zamanda ayrılan torpaq sahəsinin Mingəçevir gölünə paralel yerləşən hissəsi gölün mühafizə zolağına düşür. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 35 nömrəli İddiaçı fermer təsərrüfatına əlavə olaraq qış otlaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamından çıxarışa əsasən, Samux rayonu “Ceyrançöl” massivində İddiaçı fermer təsərrüfatının istifadəsində olan 563 hektar qış otlaq sahəsinə, 26 saylı qış otlaq sahəsindən 284 hektar qış otlaq sahəsi əlavə edilərək cəmi 847 hektar orta ot örtüyünə malik, qismən suvarılan, 1700 baş tutumu olan qış otlaq sahəsi qoyunçuluqla məşğul olmaq üçün "Nofəl” fermer təsərrüfatına 15 il müddətinə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli “torpağın icarəyə verilməsi” haqqında müqavilədən görünür ki, Samux rayon İcra Hakimiyyətinin başçısı ilə İddiaçı Kəndli (Fermer) Təsərrüfatı arasında Samux rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 35 saylı sərəncamı (qərarı) əsasında müqavilə bağlanmış, Samux rayonu ərazisində, Ceyrançöl massivi adlanan yerdə 26 №li sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 847 (səkkiz yüz qırx yeddi) hektar qış otlaq sahəsi qoyunçuluqla məşğul olmaq məqsədilə 15 (on beş ) il müddətində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı Kəndli (Fermer) Təsərrüfatına ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılan araşdırma zamanı, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə” hüququna dair Dövlət Aktı (B № 004158) və **********0015 (A№ 377851) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron bazada aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və araşdırılması məqsədilə sorğu verildiyi, sorğuya cavab daxil olacağı təqdirdə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Samux rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Samux rayon XDS İK-nin 21 sentyabr 1994-cü il tarixli, 50/2 nömrəli qərarı ilə X8 balansında olan torpaq sahəsindən 50,0 ha, bir ədəd yataq və 220,0 ha otlaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatına verilməsi barədə Samux rayon İcra Hakimiyyətinin (Samux Rayon X9) 1994-cü ilin sərəncamları daimi saxlama müddətli sənədlər olduğu üçün mühafizə olunmaq üçün Dövlət X10na təhvil verilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına verilmiş Б 004158 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın və A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin arxiv nüsxələri aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, Samux Rayon Xalq X4 Heyətinin xx.xx.2024-cü il tarixli, 50/2 saylı qərarının təsdiqlənmiş kserosurəti məhkəməyə təqdim edilmiş, qərara başqa sənədlər, həmçinin, B 004158 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququ verilməsi barədə Dövlət Aktının əlavə edilmədiyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən İddiaçı Kəndli (Fermer) Təsərrüfatının Samux rayonu XDS İK-nİn xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı, xx.xx.2011-ci il tarixli, 1181 uçot nömrəli, A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki 2700000kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki 2700000kv.m. 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha) torpaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 204.3582 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı "NOFƏL" Kəndli (Fermer) Təsərrüfatının təsisçisi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 250.90 ha təşkil edir. A-377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara va sərhəd uzunluğu məsafəsinə əsasən, 204.35 torpaq sahəsi və İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi Musayev İbrahim oğlunun naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCAD məlumatlarına istinadən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasına aid olduğu müəyyən olunmuşdur. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 2.7795 ha hissəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına istinadən Mingəçevir gölünün mühafizə zolağına (dəniz və göllər) düşdüyü müəyyən olunmuşdur. İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına olan B-004158 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında, torpaq sahəsinin məkan göstəriciləri (döngə nöqtələrinin koordinatları (X və Y) və naturada hansı ərazidə dəqiq yerləşmə mövqeyi barədə məlumat əks olunmadığından, sualın cavablandırılması mümkün olmamışdır. Vizual olaraq B-004158 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsi ilə A-377851 (**********0015) nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin konfiqurasiya baxımından eynilik təşkil etmədiyi müşahidə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2-1(114)-2991/2024 nömrəli inzibati işin rəyinə əlavə olaraq bildirilmişdir ki, A- 377851 (**********0015) nömrəli plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha (sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən, 204.3582 ha) torpaq sahəsi və İddiaçı Kəndli (Fermer) Təsərrüfatının təsisçisi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi
3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları
Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-335/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2-1(102)-2060/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2- 1(102)-2372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş 50 ha əkin sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsidir. İş materialları ilə müəyyən olunur ki, Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarına əsasən, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 hektar, həmçinin 220 hektar torpaq sahəsi istifadə edilməsi üçün İddiaçı Fermer Təsərrüfatına verilmişdir. Həmin qərar əsasında 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi üzərində İddiaçı Kəndli (Fermer) Təsərrüfatının daimi istifadə hüququna dair torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları kitabında xx.xx.1994-cü il tarixdə 07 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktı verilmişdir. Həmçinin Samux rayon XDS İK-nın qeyd olunan qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən ******* kv.m kənd təsərrüfatı məqsədli torpaq sahəsi ilə bağlı X12 kitabında xx.xx.2011-ci il tarixdə 1181 nömrə ilə uçota alınmış A № 377851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmə qərardadına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair plan və ölçü sənədindəki 270.0 ha - sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyü, plan və ölçü sənədindəki 2700000kv.m. 270.0 ha - sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən 204.3582 ha torpaq sahəsinin iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 204.3582 ha hissəsi ilə üst-üstə düşdüyü, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 250.90 ha təşkil etdiyi, plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha - sənəddə qeyd olunan koordinatlara va sərhəd uzunluğu məsafəsinə əsasən, 204.35 torpaq sahəsi və iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCAD məlumatlarına istinadən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasına aid olduğu, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsinin 2.7795 ha hissəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına istinadən Mingəçevir gölünün mühafizə zolağına (dəniz və göllər) düşdüyü müəyyən olunmuşdur. İddiaçı mütəxəssis rəyi ilə razılaşaraq rəydə qeyd olunan torpaq sahəsinə dair plan və ölçü sənədindəki 270.0 ha hissənin naturada üst-üstə düşən 204.3582 ha hissəsi, həmçinin həmin ölçüdən Mingəçevir gölünün mühafizə zolağına düşən 2.7795 ha hissənin çıxılmaqla 201.5787 ha hissəsi üzərində istifadə hüququnun qeydə alınması ilə bağlı iddia tələbini dəqiqləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. Məhkəmə qeyd edir ki, Samux rayonu, Qırmızı Samux kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilməsinə dair Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı və həmin qərara əsasən, verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktı İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Həmçinin mütəxəssis rəyindən müəyyən olunur ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 201.5787 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydə alınmasını istisna edən hal mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmçinin Samux rayonu, Qırmızı Samux kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilməsinə dair Samux rayon Xalq X4 Heyətinin xx.xx.1994-cü il tarixli, 50/2 saylı qərarı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б №004158 nömrəli Dövlət Aktından görünür ki, Nofəl” Kəndli (Fermer) Təsərrüfatının daimi istifadəsinə 50 ha əkin sahəsi, 220 ha örüş sahəsi olmaqla ümumilikdə 270 ha torpaq sahəsi verilmişdir. Odur ki, iddia olunan 201.5787 ha torpaq sahəsinin 50 ha hissəsi əkin sahəsi kimi, 151.5787 ha hissəsi isə örüş sahəsi kimi qeydiyyata alınmalıdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iş üzrə rəyinə əlavə olaraq bildirilir ki, torpaq sahəsinə dair plan və ölçü sənədindəki ******* kv.m 270.0 ha - sənəddə qeyd olunan koordinatlara və sərhəd uzunluğu məsafəsinə əsasən, 204.3582 ha torpaq sahəsi və iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 250.90 ha torpaq sahəsi üzərindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik normalarında torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-335/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2- 1(102)-2060/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-2372/2023 nömrəli, xx.xx.2023cü il tarixli və digər qərarlarında göstərilən mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.2 və 3.1.16-cı bəndlərində, publik hüquqi şəxsin dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək kimi vəzifələri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 ha əkin sahəsi, 151.5787 ha örüş sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Kəndli (Fermer) Təsərrüfatı tərəfindən verilmiş iddia təmin edilsin. Samux Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 50/2 nömrəli qərarına əsasən, İddiaçı Kəndli (Fermer) Təsərrüfatının istifadəsinə verilmiş Samux rayonu, Qırmızı Samux kəndində yerləşən 50 ha əkin sahəsi, 151.5787 ha örüş sahəsi olmaqla, ümumilikdə 201.5787 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun İddiaçı Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva