Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-871/2020 31.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, üçüncü şəxs X5 və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X26 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X29) qarşı (üçüncü şəxs X15) çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X18rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə onun və X5 ½ paylarla ümumi mülkiyyət hüququna dair Seriya MA ******* nömrəli çıxarışın verilməsinin və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə edilmiş qeydiyyatın qanunsuz hesab edilməsi, Seriya MA ******* nömrəli çıxarışın və daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə edilmiş qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən iddiaçıya indiki ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN-1600F KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə almışdır. Şəhadətnamə hazırda qüvvədədir. Cavabdeh orqan ona məxsus qeyd edilən torpaq sahəsinə onun və qardaşı X5 hər birinin ½ paylarla ümumi mülkiyyət hüququna dair Seriya MA ******* nömrəli çıxarış vermiş, hüquq daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İddiaçı cavabdehə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qüvvədə olduğu halda ona məxsus olan torpaq sahəsinin iki şəxs arasında bölünərək qeydiyyata alınmasının səbəbləri və hüquqi əsası barədə ona bildirməsi, qanunsuz qeydiyyatın və çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda bunu etiraf etsə də, yol verilmiş qanun pozuntusunu aradan qaldırmaqdan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda həmin sahədə 2 ev var, birində o, əri və övladları, digərində isə Nizami ailəsi ilə birlikdə yaşayır. Üçüncü şəxs X15 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin torpaq sahəsi onların valideynlərinin olub, onlar da sahəni Xanlarla onun arasında vərəsəlik qaydasında bölüblər. Üçüncü şəxsin vəkili X13 məhkəmə iclasında iddia tələbini qəbul etməmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X26 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X29 tərəfindən iddia tələbinə dair məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********75 nömrəli etiraz ərizəsində bildirilmişdir ki,3 saylı X24 arxiv sənədlərinə əsasən, Göygöl şəhəri, A.Hacıyev küçəsi 114 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X14 adına qeyd edilmiş və evin yerləşdiyi 987.0 kv.m torpaq sahəsinə dair İzzət Hüseynovun adına 1962-ci il tarixdə torpaq qeydi sənədiverilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx xxxxxxxx 1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, X17, X15, X8, İddiaçıvə X16 mərhum İddiaçı Əsəd oğlunup vərəsələri tanınmış və onların miras əmlakın ¼ hissəsinə payları müəyyən edilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx xxxxxxxx 1993-cü il tarixli “Ər-arvadın ümumi birgə əmlakındakı paya görə sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsinə X9 payı müəyyən edilmişdir. Göygöl Dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, İddiaçı və X15 mərhum anaları X6 miras qalmış əmlaka vərəsə tanınmışlar. Göygöl şəhəri, A.Hacıyev küçəsi, 114 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin 4/10 hissəsi üzərində İddiaçı, 4/10 hissəsi üzərində X5, 1/10 hissəsi üzərində X2, 1/10 hissəsi üzərində isə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, **********80-10301 reyestr nömrəli çıxarış verilmişdir. Göygöl rayon Dövlət notariat kontorunun xx xxxxxx 2011 -ci il tarixli müqaviləsinə əsasən X10 öz payını (1/10 hissəni) İddiaçı, X11 isə öz payını (1/10 hissəni) X12 bağışlamışlar. Həmin müqavilə əsasında Göygöl şəhəri, A.Hacıyev küçəsi, 114 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq xx.xx.2012ci il tarixli, **********80-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışların tərtib olunduğu və ondan əvvəlki tarixlərdə fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1600F saylı şəhadətnamə 3 saylı X26 təqdim edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci il tarixində ləğv edildikdən sonra islahat zamanı torpaq sahəslərinə dair tərtib edilmiş torpaq şəhadətnamələrinin arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təhvil verilmişdir. Yalnız ondan sonra İddiaçı mürciəti əsasənda onun adına Torpağın mülkiyyətə verilməsinə dair” JN-1600F saylı şəhadətnamənin işlənildiyi məlum olmuşdur. Odur ki, qeyd olunan əmlakla bağlı qeydiyyat qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır və qeydiyyatın ləğvi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X24 xx.xx.2020-ci il tarixli, **********97nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -JN-1600F KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən Xanlar şəhər sakini İddiaçı şəhər ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. - Seriya MA ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.06 ha həyətyanı torpaq sahəsinə İddiaçı və X5 ½ paylarla ümumi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən qeydiyyat ilkin sənədlərə uyğun işlənməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarına əsasən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verildiyi halda cavabdeh orqan həmin sahəni ½ paylarla iddiaçının və üçüncü şəxsin ümumi mülkiyyəti kimi qeydə almışdır. Bununla yanaşı sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin vərəsəlik və yaxud digər əsaslarla özgəninkiləşdirilməsi ilə bağlı iş materiallarında olan bütün sənədlərdə yalnız evin mülkiyyətçiləri dəyişmiş, torpaq sahəsi ilə həmin münasibətlərin predmeti olmamışdır. Buna baxmayaraq cavabdeh orqan qeyd olunan sahəni də yaşayış evi ilə birlikdə bölgüyə məruz qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrində aparılmış xx.xx.2012-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X26 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-871/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-871/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver