Məhkəmə qərarları › İş №2-1(114)-874/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-874/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-874/2025 18.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonun, Arıqıran kəndində anadan olmuşdur. İ Qarabağ müharibəsi zamanı o, N-ci il tarixdə Gədəbəy Rayonu Hərbi Komissarlığı tərəfindən torpaqların müdafiəsi üçün müddətdən artıq hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Goranboy rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində əsgər kimi xidmət etmişdir. Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ilin avqustsentyabr aylarında vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərində yerləşən Papanin adlanan hərbi hospitala yerləşdirilmişdir. Hərbi hospitalda bir ay müayinə və müalicə olmuş, daha sonra iki ay müddətinə ev şəraitində müalicənin davam etdirilməsi üçün məzuniyyətə göndərilmişdir. Məzuniyyətdə olduğu dövürdə öz vasaiti hesabına ev şəraitində müalicələr almışdır. Məzuniyyət müddəti bitdikdən sonra xidmət etdiyi hərbi hissəyə geri dönmüşdür. 1994-cü ilin iyun-avqust aylarında həmin hərbi hissəni Ağcabədi rayonunun Boyat kəndində xidmət etmiş, daha sonra Gədəbəy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. İddiaçı qeyd edir ki, 1995-ci ilin may ayında ona bu hərbi hissədə əmrdə olmadığı barədə məlumat vermişlər. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtinanın qanunsuz və əsassız olduğunu hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirakını təmin etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh orqan iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-3773/2024 nömrəli etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, İddiaçı 12 avqust N-ci il tarixdən 24 dekabr 1994-cü il tarixədək xidmət yerində olmadığından Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən 07 fevral 2023-cü il tarixli qərar ilə əsaslı olaraq iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus № 130179 nömrəli vəsiqənin surəti; - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçının xidmət dövründə xx.xx.N-xx.xx.1994cü illərdə xidmət yerində olmağını tam təsdiqlənmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - iş materiallarına əlavə edilmiş Qazáx Hərbi Prokurorluğunun xx.xx.2011-ci il tarixli, 12/HP2831 nömrəli məktubundan görünür ki, Qazax hərbi prokurorluğunda 1971-ci il təvəllüdlü, N №-li hərbi hissedexidmətdə olmuş əsgər İddiaçı barəsində cinayət işi vəya araşdırma materialı yoxdur. - iş materiallarına əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 252 nömrəli qərarından görünür ki, Gədəbəy RHK tərəfindan N-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etmiş, Qazax horbi prokurorumun xx.xx.2011-ci il tarixli 12/HP-2674 saylı məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-сü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Keçirilmiş kəskin virus hepatiti «A»-dan sonraki vəziyyət. Aşağı ətrafların venalarının İ birinci dərəcəli varikoz genişlənməsi» «Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır». - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 07 sentyabr N-ci il tarixdən ümumi ərzaq təminatından çıxarılmış və 3 (üç) günlük quru ərzaq payı ilə təmin edilmişdir. - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, Az.R.Müdafiə Nazirinin N №-li xx.xx.1994-cü il tarixli əmrinə əsasən hissəni özbaşına tərk edərək fərarilik etmiş, buraxıldığı qısamüddətli məzuniyyətdən vaxtında geri qayıtmamış, göndərildiyi müalicə ocaqlarından müalicə müddətləri bitməsinə baxmayaraq geri qayıtmamış İddiaçı hissənin ş/h-nin siyahısından çıxarılmış və onun hərbi qeydiyyat X6 məntəqəsinin sərəncamına göndərilmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-4790/2024 nömrəli məktubuna əlavə edilmiş Müdafiə nazirliyi Mərkəzi Arxivinin 25 iyun 2024-cü il tarixli 1885 nömrəli arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 219 №-li əmrilə (əsas: səh.-118, $6, sıra-11; qeyd: əmrdə adı "Xaliq", atasının adı "Hidayət" yazılmış, hərbi rütbəsi və vəzifəsi qeyd edilməmişdir) X1-istehkam bölüyünün şəxsi heyətinin siyahısından azad edilərək, V tabor komandirinin sərəncamına göndərilmişdir. Qeyd edirik ki, N () №-li hərbi hissə komandirinin avqust N-dekabr N-ci il, yanvar-dekabr 1993-cü il, yanvarsentyabr, noyabr-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin N-1994-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, N №-li hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3171 nömrəli məktubunun surəti; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3171 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 11 №-li əmrində (əsas: §-1, səh-9, sıra-10, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) çağırışçıların qəbulu məntəqəsindən xidmətlərini davam etdirmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, Gədəbəy RHK-nın çağırışçısı, «Гумватов Халыг Хидаят» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 7 №-li əmrində (əsas: §-1, sıra-20, əmrdə atasının adı "Hidayət" yazılmışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissədən Qubadlı döyüş rayonuna ezamiyyətə göndərilərək xx.xx.N-ci il tarixdən ümumi ərzaq təminatından çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 143 №-li əmrində (əsas: §-2, səh-39, sıra-2, əmrdə atasının adı "Hidayət" yazılmışdır) Zəngilan döyüş bölgəsində olan, 1-ci batareyanın 2-ci dəstəsinin dəstə nömrəsi, sıravi X2 döyüş mövqeyni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur.. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 152 №-li əmrində (əsas: §-21, səh-10, sıra-2, əmrdə atasının adı "Hidayət" yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X2 döyüş mövqeyni özbaşına tərk edib geri qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən bütün növ təminatlarla təmin olunması qeyd olunmuşdur. N N№-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 317 Ne-li əmrilə (əsas: §-10, səh-16, əmrdə atasının adı "Hidayət" yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X4 xəstəliyi ilə əlaqədar olaraq Zəngilan döyüş mövqeyindən Mərkəzi Hərbi Hospitala göndərildiyindən xx.xx.1993-cü il tarixdən hərbi hissənin ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 4 №-li əmrilə (əsas: §-10, sıra-7, əmrdə atasının adı "Hidayət" yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 hospitaldan qayıtmış hesab edilərək xx.xx.1994-cü tarixdən hərbi hissədə ümumi ərzaq təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 5 №li əmrilə (əsas: §-3, sıra-4, əmrdə atasının adı "Hidayət" yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 batareyanın yerləşdiyi Goranboy döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 192 N№-li əmrilə (əsas: §-5, səh-12, sıra-4, əmrdə atasının adı "Hidayət yazılmışdır) sıravi X4 2-ci dəstənin dəstə nömrəsi vəzifəsindən azad edilərək 13-cü batareyanın 4-cü dəstəsində dəstə nömrəsi vəzifəsinə təyin olunmuşdur. N N№-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 196 №-li əmrilə (əsas: §-2.4, səh-25, sıra-1, əmrdə atasının adı "Hidayət" yazılmışdır) 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, sıravi X4 diviziyonun yerləşdiyi Ağdam döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, 4-cü dəstəsinin dəstə nömrəsi, sıravi X4 hərbi hissəni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 273 N№-li əmrilə (əsas: §-10, səh-26, sıra-3, əmrdə atasının adı "Hidayət" yazılmışdır) fərari hesab edilərək bütün təminat növlərindən çıxarılmış və ştatdan kənar sayılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 358 №-li əmrində (əsas: §-2, səh-2, sıra-533, əmrdə atasının adı "Hidayət" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissəni özbaşına tərk etdiklərinə və geri qayıtmadığına görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li amrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri X6 məntəqəsinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında, 4-cü ADN-nın əsgəri, sıravi İddiaçı Hidayət oğlunun adı qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb iddiaçının xidmət yerini özbaşına tərk etmə faktının olmasıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. İşin sadalanan halları ilə iddiaçının N nömrəli hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi bilet, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Çünki baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar