Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-876/2020 08.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı pensiyanın yenidən hesablanaraq, yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı xx.xx.2020ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanaraq, yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşı ilə əlaqədar pensiyaya çıxmışdır. Lakin pensiyaya çıxarkən onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci ildən xx.xx.2007-ci ilədək «xxxx» ASC-nin Azəraqrartikinti Tərtər filialında, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək X2 diyarı «xxxx» MMC-də işlədiyi iş illəri sığorta stajı kimi nəzərə alınmış, lakin əmək kitabçasında qeyd olunmayan və hərbi biletində qeyd olunmuş xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək keçmiş Sovet ordusunda xidmət etdiyi həqiqi hərbi xidmət müddəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv arayışına əsasən xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işlədiyi iş müddəti, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək işlədiyi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4 nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi iş müddəti və xx.xx.1976-cı ildən xx.xx.1981-ci ilədək işlədiyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən X3 işlədiyi iş illəri ona yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sığorta stajı) kimi nəzərə alınmamış və bununla da onun pensiya təminatı hüququ pozulmuşdur. Pozulmuş pensiya hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edib və pozulmuş hüquqlarını qismən bərpa edə bilmişdir. Belə ki, Tərtər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(061)-1040/2018 nömrəli qətnaməsi ilə onun maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Tərtər rayon şöbəsinə qarşı «hüquqi faktın müəyyən olunması» barədə ərizəsi təmin edilmiş və onun xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda və xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4 nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi iş illərinin ona yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sıgorta stajı) hesab edilməsi faktının müəyyən edilməsi » qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(104)- 3908/2019№-li qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(061)-1040/2018 saylı qətnaməsi qismən onun xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işləməsi faktının təsdiq olunması hissəsində ləğv edilmiş, onun xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işləməyi faktının təsdiq olunması hissəsinə ayrıca qərardadla xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-3978/19№-li qərarı ilə maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Tərtər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3908/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yekun olaraq Ali Məhkəmənin qərarı ilə onun xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi iş illəri ona yaşa görə əmək pensiyası hüququ verən iş stajı (sıgorta stajı) müəyyən edilmiş, eləcə də xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işlədiyi iş illərinin ona iş (sosial sığorta) stajı kimi müəyyən edilməsi məhkəmə qətnaməsi ilə deyil, iş materiallarında olan Dövlət arxiv arayışları ilə müəyyən edildiyi birbaşa qərara alınmışdır. Belə olan halda onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında xx.xx.1975ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4 nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi iş illəri, Dövlət arxiv arayışı əsasında (bu arxiv arayışı qətnamələrdə və qərarda öz əksini tapmışdır) xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işlədiyi iş illəri və hərbi biletində yazılmış qeydlər əsasında xx.xx.1971 -ci ildən xx.xx.1973-cü ilədək keçmiş Sovet ordusunda xidmət etdiyi həqiqi hərbi xidmət müddəti, eləcə də ona məxsus 15763400№-İi partiya biletində 1976-1981-ci illər üzrə partiya üzvlük haqqları ödədiyini bildirən qeydlər əsasında onun xx.xx.1976-cı ildən xx.xx.1981-ci ilədək Bakı şəhəri, Nəsimi rayonunda yerləşən X3 işlədiyi bildirən iş illəri ona pensiya hüququ verən ümumi iş (sığorta) stajına daxil edilməli və bu əsasla da pensiyası yenidən hesablanmalı və yaşa görə əçək pensiyası hüququnun yarandığı tarixdən inidiyədək yaranmış pensiya fərqi birdəfəyə ona ödənilməlidir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə dair xx.xx.2020-ci il tarixli teleqram göndərmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialı isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus 15763400 nömrəli partiya biletinin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-3908/2018 nömrəli qətnaməsinin surəti ; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarxili, 622 nömrəli cavab məktubu ; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarxili, 5/1461 nömrəli cavab məktubu ; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 26.2-ci maddə və qeyd əlavə edilmişdir. 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Qanununun
8. bəndinə əsasən 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmış, Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçı Tərtər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(061)-1040/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müəyyən edilən onun xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4 nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi iş illərinin, əmək kitabçasında qeyd olunmayan, lakin ona məxsus 15763400 nömrəli partiya biletində 1976-1981 -ci illər üzrə partiya üzvlük haqqlarının ödədiyini bildirən qeydlər əsasında xx.xx.1976-cı ildən xx.xx.1981-ci ilədək Bakı şəhəri, Nəsimi rayonunda yerləşən X3 işlədiyi iş illərinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv arayışına əsasən xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işlədiyi iş illərinin və hərbi biletində yazılmış qeydlər əsasında xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək keçmiş Sovet ordusunda xidmət etdiyi həqiqi hərbi xidmət müddətinin ona pensiya hüququ verən ümumi iş (sığorta) stajı kimi hesablanmaqla pensiyasının yenidən hesablanması və pensiyası hüququmun yarandığı tarixdən indiyədək yaranmış pensiya fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşdəki sənədləri məhkəmə araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyi 4 nömrəli Trestinin 43 nömrəli Tikinti İdarəsində işlədiyi illər və hərbi biletində yazılmış qeydlər əsasında xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək keçmiş Sovet ordusunda xidmət etdiyi həqiqi hərbi xidmət müddəti cavabdeh tərəfindən nəzərə alınaraq sosial siğorta stajına hesablanmışdır. İddiaçıya məxsus 15763400 nömrəli partiya biletində 1976-1981 -ci illər üzrə partiya üzvlük haqqlarının ödədiyini bildirən qeydlər onun xx.xx.1976-cı ildən xx.xx.1981-ci ilədək Bakı şəhəri, Nəsimi rayonunda yerləşən X3 işlədiyi iş illərinin sosial siğorta stajına daxil edilməsinə əsas deyildir. Bundan əlavə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 2(104)-3908/2018 nömrəli qətnamə ilə Tərtər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1040 nömrəli qətnaməsinin İddiaçı xx.xx.1974cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işləməsi faktının təsdiq olunması hissəsində ləğv edilmiş və İddiaçı oğıunu xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Bakı Mexaniki Təmir sınaq zavodunda işləməsi faktının təsdiq olunması hissəsinə ayrıca qərardadla xitam verilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı pensiyanın yenidən hesablanaraq, yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kolegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov