Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-877/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştitakı ilə, İddiaçı Cavabdehnə(üçüncü şəxs X2) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 152 saylı sərəncamı ilə Ağstafa rayon ərazisindəki X4 torpaqlarından 200 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı müvafiq icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 saylı sərəncamı ilə həmin torpaq sahəsinin üzərində olan istifadə hüququna xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-1398/2023 saylı qərarı ilə iddia təmin edilərək Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 saylı sərəncamı ləğv edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh orqan ona icarəyə verilmiş torpaq sahəsinin 50 ha hissəsini başqa şəxsə icarəyə vermişdir. Cavabdeh orqan ona xx.xx.2024-cü il tarixdə məktub göndərərək bildirmişdir ki, icarəsində olan 200 ha torpaq sahəsinin 50 ha hissəsini xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ilə X1 icarəsinə verilmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh orqanın məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-33/2-676/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamı 50 ha torpaq sahəsi 5 il müddətinə X1 icarəsinə verilmiş və həmi sərəncam barəsində məlumat İddiaçı təqdim edilməmişdir. Bundan əlavə iddiaçı da öz iddia ərizəsində sərəncamın mövcudluğu barədə 16 may 2024-cü il tarixdə məlumatlandırılmış və iddia ilə 27 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti buraxmamışdır. İş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi(vəkili) gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Nümayəndə İnqilab oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1398/2023 saylı qərarından müəyyən edilir ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 152 nömrəli sərəncamından görünür ki, İddiaçı Ağstafa rayonu ərazisindəki X4 torpaqlarından 200 ha örüş torpaq sahəsi 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1398/2023 saylı qərarından müəyyən edilir ki, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 nömrəli sərəncamından görünür ki, taxılçılığı inkişaf etdirmək məqsədilə Ağstafa rayonu Köçəsgər kənd sakini İddiaçı Ağstafa RİH başçısının xx.xx.2008-ci il tarixli 152 saylı sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından icarəyə verilmiş 200 ha örüş otlaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1398/2023 saylı qərarından müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli, 29/08 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı 200 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. -işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 1398/2023 saylı qərarı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 nömrəli sərəncamı ləğv edilmişdir. - işə əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamı ilə X2 Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aad 50,0 hektar örüş torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. -işə əlavə edilmiş cavabdeh orqanın məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-33/2-675/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1398/2023 saylı qərarı icra olunaraq, Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 223 nömrəli sərəncamı ilə Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 nömrəli sərəncam ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 152 nömrəli sərəncamına əsasən İddiaçı Ağstafa rayonu ərazisindəki X4 torpaqlarından 200 ha örüş torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Daha sonra həmin sərəncam cavabdehin xx.xx.2016-cı il tarixli 100 nömrəli sərəncamı ilə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi əsası ilə ləğv edilmişdir. İddiaçı qeyd olunan sərəncamın onun hüquqlarına toxunduğunu hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1398/2023 saylı qərarı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 100 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamı ilə X2 Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aad 50,0 hektar örüş torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilmə halları nəzərdə tutulmuşdur və qanunverici yalnız həmin əsaslarla qanuni inzibati aktların ləğv olunma dairəsini məhdudlaşdırmışdır: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İş materiallarından görünür ki, mübahisəndirilən xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncam qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, iddiaçının məsələyə münasibəti öyrənilməmişdir. Beləliklə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-877/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-877/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver