Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-88/2020 19.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12rşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19) xx.xx.2019-cu il tarixli, **********46 nömrəli məktubu ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1400A saylı X3 elektron baza məlumatlarında öz əksini tapmadığından ərizənin icrasının mümkün olmadığı bildirilmiş və bu əsasla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12rşı hazırkı tələblə məhkəməyə müraciət edərək Xanlar rayon X6 xx xxxxxx 2001-ci il tarixli, 14 saylı qərarı əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1400A seriyalı şəhadətnamə ilə ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon, X6 xx xxxxxx 2001-ci il tarixli, 14 saylı qərarı ilə həyətyanı sahə olaraq iddiaçıya 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair ona Dövlət X8 və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiqlənmiş JN-1400A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmiş və qeydiyyat kitabında 7421k nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı həmin şəhadətnamə əsasında ona verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 3 saylı X18 müraciət etmişdir. Müraciəti əsasında ona xx xxxxxx 2019-cu il tarixli, **********46 saylı məktubla bildirilmişdir ki, ona ayrılmış JN-1400A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” X3 elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı üçün ərizənin icrası mümkün deyildir. İddiaçının vəkili X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Aparılan araşdırma zamanı iddiaçının ərizəsinə əlavə edilmiş JN-1400A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X3 elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 3 saylı X19 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: -Xanlar rayonu Üçtəpə kəndində torpaq islahatının aparılması ilə əlaqədar olaraq yaradılmış komissiyanın xx xxxx 2001-ci il tarixli, 01 nömrəli iclasının protokolunun çıxarışından görünür ki, Xanlar rayonu Üçtəpə kənd ərazisinin sərhədi daxilində 511 hektar torpaq sahəsindən 4 hektar dövlət mülkiyyətində, 106,85 hektar torpaq sahəsindən bələdiyyə mülkiyyətində, o cümlədən “Torpaq İslahatı haqqında” Qanunun 7-ci, 11-ci maddəsinin 3-cü abzasına əsasən bələdiyyə ehtiyat fonduna özəlləşən torpaq sahəsinin 5%-dən çox olmayan hissəsi, cəmi 5 hektar əkin, perspektiv inkişaf planı üçün 10 hektar əkin, ümumi istifadədə 68 hektar örüş, 23,85 hektar sair saxlanılmaqla 393,6 hektarın, o cümlədən 134,8 hektar əkin, 76,4 hektar üzüm bağının kənddə yaşayan 1880 nəfər əhali arasında bərabər şəkildə torpaq pay norması kimi verilməsi qərara alınmışdır. -Xanlar rayon X6 xx xxxxxx 2001-ci il tarixli, 14 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət X6 xx xxxx 1999-cu il tarixli, 10/AK-5 nömrəli qərarını əldə rəhbər tutaraq Xanlar X16 Üçtəpə kəndində torpaqların özəlləşdirilməsi ilə əlaqədar olaraq dövlət, bələdiyyə, xüsusi bələdiyyə ehtiyat fondu və yaşayış məntəqələrinin perspektiv inkişaf planı üçün saxlanılan torpaq sahələrinə dair komissiyanın xx xxxx 2001-ci il tarixli, 01 nömrəli qərarı təsdiq edilmiş, X16 Üçtəpə kəndinin sərhədi daxilində 511,45 hektar torpaq sahəsindən 4 hektar dövlət mülkiyyətində, 106,85 hektar bələdiyyə mülkiyyətində, o cümlədən “Torpaq İslahatı haqqında” Qanunun 7-ci, 11-ci maddəsinin 3-cü abzasına əsasən ehtiyat fonduna özəlləşəcək torpaq sahəsinin 5%-dən çox olmayan hissəsi qədər, cəmi 5,0 hektar əkin, kəndin perspektiv inkişaf planı üçün 10,0 hektar əkin, 68 hektar örüş, 23,85 hektar sair torpaqlar saxlanılmaqla 393,6 hektar özəlləşən torpaq sahəsinin, o cümlədən 134,8 hektar əkin, 76,4 hektar çoxillik bağların Üçtəpə kəndində yaşayan X10 işləyən, torpaq payı alacaq 1880 nəfər subyekt arasında bərabər şəkildə torpaq pay norması kimi verilməsi qərara alınmışdır. -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-1400A seriyalı KOD 50806028 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayon X6 xx xxxxxx 2001-ci il tarixli, 14 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Xanlar rayonu, Üçtəpə kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. -Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 75/19 nömrəli məktubundan görünür ki, İddiaçı adına X11 tərəfindən Üçtəpə bələdiyyəsinə təqdim olunmuş həyətyanı torpaq sahələrinin siyahısında Üçtəpə kəndində JN-1400A seriyalı şəhadətnamə ilə ayrılmış torpaq sahəsi qeydə alınmamışdır. Həmçinin, İddiaçı adına aqrar islahat zamanı Üçtəpə kəndində pay torpaq sahəsi verilməmişdir. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd X17 üzrə Nümayəndəsinin xx xxxxxxx 2019-cu il tarixli, 104 nömrəli məktubundan görünür ki, Göygöl rayonu Üçtəpə kəndi üzrə aqrar islahat aparılan zaman Babayeva X2 yaşamamış və ona pay torpaq sahəsi ayrılmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********63 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan “xxxx” MMC-nin arxivlərində Göygöl rayonu Üçtəpə kəndi üzrə mülkiyyətinə həyətyanı torpaq sahəsi verilmiş subyektlərin siyahısında vətəndaş İddiaçı adı, həmçinin ona pay torpaq sahəsinin ayrılması barədə məlumatlara dair sənədlər aşkar edilməmişdir. Qeyd olunan sənədlərdən göründüyü kimi, Xanlar rayon X6 xx xxxxxx 2001-ci il tarixli, 14 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0.08 ha torpaq sahəsinin verilməsi ilə əlaqədar tərtib edilmiş -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-1400A seriyalı KOD 50806028 nömrəli şəhadətnamə elektron kadastr baza məlumatlarında öz əksini tapmamış, ümumiyyətlə Göygöl rayonu Üçtəpə kəndi üzrə aqrar islahat aparılan zaman Babayeva X2 yaşamamış və ona hər hansı pay torpaq sahəsi ayrılmamışdır. Beləliklə, iddiaçının adına olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-1400A seriyalı KOD 50806028 nömrəli şəhadətnamənin baza məlumatları olmadığından məhkəmə hesab edir ki, həmin sənəd əsasında iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istisna edilir. Ona görə də cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12rşı çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-88/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-88/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver