Məhkəmə qərarları › İş №2-1(114)-881/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-881/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-881/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat

1. İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X8, X6, X3, X9, X5, X7, X10, X1 və X4 ona məxsus olan ünvan 1i ünvanından pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(114)-1782/2024 nömrəli qərardadı ilə X8, X6, X3, X9, X5, X7, X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:

7. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öldüyünə görə icraata xitam verilməlidir.

8. Belə ki, üçüncü şəxs olan iddiaçının oğlu X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlandığı ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ 412655 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

9. Hazırkı vəziyyətdə isə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir.

10. Belə ki, iddiaçının ölümündən onun əmlakına vərəsəlik açılmalı və vərəsəsi (vərəsələri), bundan sonra isə yeni mülkiyyətçi(lər) müəyyən edilməli və müvafiq iddia o(nlar) tərəfindən qaldırılmalıdır.

11. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

12. Azərbaycan Respublikası MPM-yə görə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.

13. Beləliklə, iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar