Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-883/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, Üçüncü şəxslər X9 və X10 iştirakları ilə İddiaçı cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə (üçüncü şəxslər X18 və X19) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 10 nömrəli iclas protokolunun, həmin protokoldan çıxarışın və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə Rayon Məhkəməsinə 2019cu il tarixdə keçmiş həyat yoldaşı X12 qarşı Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində olan özbaşına tikilmiş fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, ərizəsinəxx xxxx 2019-cu il tarixdə baxılaraq iddiası təmin edilmiş, onun Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində olan özbaşına tikilmiş olan fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsinə dair qətnamə qəbul olunmuşdur. Belə ki, ilkin iddiada müəyyən olunmuşdur ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində olan özbaşına tikilmiş evin bələdiyyənin torpağı olduğu, X10 isə orada qanunsuz özbaşına tikili tikdiyi aşkar olunmuşdur. Hətta kənd icra nümayəndəliyi, Daşınmaz Əmlak və ustalar da bildirmişlər ki, həmin ev özbaşına qanunsuz tikilmişdir. Qətnamədən narazı qalan keçmiş həyat yoldaşı X7 Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, şikayət təmin edilmişdir. Qətnamədə bildirilmişdir ki, iddiaçı evə köçürülmə tələbinə dair ərizəsində cavabdeh kimi X13 yox, evi tikən şəxs Tahirin atası X14 cavabdeh kimi qeyd etməli idi. Bundan sonra yenidən Bərdə Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə qanunsuz inşa edilmiş evə köçmə və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə iclasında maraqlı şəxs kimi qeyd etdiyi X18 xx xxxxxxx 2019-cu il tarixli, 10 saylı iclas protokolunu və həmin protokoldan olan çıxarışı göstərərək Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən özbaşına tikili olan fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu bildirmişdir. Lakin X5 yolla həmin alğı-satqı müqaviləsini bağlamışdır. Belə ki, Bərdə rayon Mirzalıbəyli kənd bələdiyyəsi məhkəmədə iş gedərkən qanunsuz yolla Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən 0,06 ha torpaq sahəsini qanunsuz yolla X1. Odur ki, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 10 saylı qərarının ləğv edilməsini xahş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X21 və vəkili X24 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin nümayəndəsi X25 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X17 qərarı ilə X15 verilmiş, o isə həmin torpaq sahəsində ev tikdirmişdir. Bələdiyyələr yarandıqdan sonra isə torpaq sahəsini ilk olaraq X15 təklif etmişlər. Sonuncu dövlət rüsumunu ödəyərək, həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxs Q.Əzimova satılmışdır. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi illərdir, yəni 1990-cı ildən onun istifadəsindədir və bununla bağlı işdə kifayət qədər sübutlar vardır. 2019-cu ildə bələdiyyə müraciət edərək illərdir istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş etiş və dövlət rüsumu ödəyərək həmin torpaq sahəni bələdiyyədən satın almışdır. Torpaq sahəsində ona məxsus, tərəfindən tikilmiş ev var və iddiaçı həmin evin digər üçüncü şəxs olan qaynatası X19 tərəfindən tikildiyini iddia edir. Lakin həmin ev tərəfindən tikilmiş və iddiaçı orada kirayə yaşamışdır. Həmin ev iddiaçının qaynatasına məxsus deyildir. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş edir. Üçüncü şəxs X19 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı, yəni keçmiş gəlini üçüncü şəxs Q.Əzimova məxsus və hazırda mübahisələndirilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə gəlin köçməklə kirayədə yaşamışdır. İddiaçının köçüb kirayədə yaşadığı fərdi yaşayış evi Q.Əzimovundur və onun həmin evlə heç bir əlaqəsi yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə Q.Əzimova satılmışdır. Onun istər fərdi yaşayış evi, istərsə də torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Ona görə də iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan; -Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli. 2(021)-1219/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Qənbərova Gövhər Valeh qızının cavabdeh X12 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Qənbərova Gövhər Valeh qızının, uşağı X22 ilə birlikdə Bərdə rayonu, Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən X19 tərəfindən tikilmiş evə köçürülməsi qət edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-2679/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli. 2(021)-1219/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-2679/2019 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-2679/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A 419600 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətlərindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 10 nömrəli iclas protokolunun və həmin protokoldan çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Mirzalıbəyli kənd sakini X15 fərdi yaşayış evinin tikintisi məqsədilə normativ qiyməti 114,6 manat olan 0,06 ha torpaq sahəsinin bilavasitə satılması, X6 torpaq müsahibəsində satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə aldığı torpağın 948 manat dəyərinin 60 gündən gec olmayaraq Mirzalıbəyli bələdiyyəsinin “xxxxxxx” Bank ASC-nin Bərdə filialında olan hesabına ödəməsi və ödəmə barədə qəbzin surətinin bələdiyyəyə təqdim etməsi, X18 ilə Mirzalıbəyli bələdiyyəsi arasında torpağın alğı-satqısına dair müqavilənin bağlanması, yuxarıda qeyd olunan müddət ərzində torpağın dəyəri ödənilməsə, alğı-satqı müqaviləsi bağlanılmasa, qərarın ləğv olunması qərara alınmışdır. -xx xxxxxxx 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsi mülkiyyətində olan və Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsini alıcı – X3. -xx xxxxxxx 2019-cu il tarixli, 21888 inventar nömrəli texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır -Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(021)-336/2020 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı cavabdehlər X16, X11, X12, X15 və Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və evə köçmə tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. -Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından məlum olur ki, Mirzalıbəyli kənd sakini X9 1990-ci ildən istifadəsində olan 0,06 ha bələdiyyə torpağını xx.xx.2019-cu ildə 102,9 kv.m ev olmaqla reyestr xidmətində sənəd alınmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğve dilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, iddiaçı torpaq sahəsi üzərində yerləşən və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışaəsasən X9 xüsusimülkiyyətindəolanfərdi yaşayış evinin üçüncü şəxs olan (qayınatası) X16 məxsus olduğunu iddia edərək, həmin evin yerləşdiyi torpaq sahəsinin X2 dair bələdiyyəqərarını mübahisələndirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyənin xx xxxxxxx 2019-cu il tarixli, 10 nömrəli iclas protokoluna və xx xxxxxxx 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti məhz bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (bənd 1); Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (bənd 2); Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (bənd 3). - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər( bənd 2); Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (bənd 4); Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar (bənd 5). - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir (bənd 1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bənd 2). “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir. Eyni norma Torpaq Məcəlləsinin 47-ci maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların üzərindəhüquqi və fiziki şəxslərin hüquqlarının ümumi şərtlərini, o cümlədən mülkiyyət hüququnun yaranmasının ümumi əsaslarını və qaydalarını dəqiq müəyyənləşdirmişdir. İşdəolanmateriallardanməlumolduğukimi“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışaəsasənBərdərayonuMirzəbəylikəndindəyerləşən 0,06 hatorpaqsahəsiBərdərayonuMirzalıbəylibələdiyyəsininmülkiyyətikimidövlətreyestrindəqeyd əalınmış və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Yəni, mübahisəli torpaq sahəsi vaxtilə əvvəllər (bələdiyyələr yaranana qədər) dövlət mülkiyyətində olsa da, fiziki şəxslərin istifadəsində olan torpaq sahəsi kimi bələdiyyə mülkiyyətinə aid edilmiş, cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinə əsasən, ...Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlər, Əsasnamənin 17, 18, 19, 21, 22-ci bəndlərində nəzərdə tutulmuş ―müvafıq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (mübahisəli qərarın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan normalara uyğun olaraq cavabdeh bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bərdə rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin, daha sonra ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə rayon şöbəsinin rəyləri alınmış, bundan sonra bələdiyyə tərəfindən torpaq sahəsinin üçüncü şəxs Qurban Əzimovun 5 ildən artıq daimi qeydiyyatda olması nəzərə alınaraq sonuncuya satılmasına dair xx.xx.2019-cu il tarixli, 10 saylı qərarı qəbul olunmuşdur. Göründüyü kimi bələdiyyə orqanı tərəfindən üçüncü şəxs Q.Əzimova torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri pozulmamış, ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla həmin torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına dair qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun; 2.0.2. maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10. maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 57.1. maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Bərdə rayonu Mirzalı bələdiyyəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 10 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddia tələbinin təmin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə (üçüncü şəxslər X18 və X19) qarşı xx xxxxxxx 2019-cu il tarixli, 10 saylıiclasprotokolu qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-883/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-883/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver