Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-884/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və X1, Cavabdeh nümayəndələri X4 və X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdehnə qarşı (üçüncü şəxs X8) sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 17 sentyabr 2015-ci il tarixli 80 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılara Samux rayon AİK-nın qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün müəyyən ölçülərdə torpaq sahələri ayrılmış və onların hər birinə müvafiq olaraq torpağın mülkiyyət hüququna dair dövlət aktları verilmişdir. Lakin iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə dair cavabdeh tərəfindən üçüncü şəxsin istifadəsinə 17 sentyabr 2015-ci il tarixli 80 nömrəli sərəncam verilmişdir. Belə ki, həmin sərəncamla X6 Samux rayonu “Ceyrançöl” massivində yerləşən qış otlaq sahələrindən 600 ha torpaq sahəsi ayrılmış və üçüncü şəxs iddiaçıların həmin torpaq sahələrindən çıxmalarını tələb etmişdir. Buna görə də iddiaçılar hesab edir ki, adı çəkilən sərəncam onların mülkiyyət hüququnu pozduğu üçün ləğv olunmalıdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında iddianı qəbul etməmiş, həmçinin X9 əlavə olaraq bildirmişdir ki, mübahisləndirilən sərəncamla üçüncü şəxsin icarəsinə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur, iddiaçıların sahələrinin üçüncü şəxsə verilməsi barədə heç bir göstəriş yoxdur, ona görə də sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Üçüncü şəxs X8 məhkəmənin hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ona icarəyə verilmiş torpaq sahəsi ilə iddiaçılara məxsus sahələr koordinatlar baxımından üst-üstə düşmür, ona görə Samux Rayon Məhkəməsində iddiaçıların ona məxsus torpaq sahəsindən çıxarılması barədə qərar çıxarılmışdır, hazırda iş Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağa mülkiyyət hüququna dair” JN-0056 KOD 50710028 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahatı Komissiyasının 19.01.1998-ci il tarixli, 01 saylı qərarı ilə 4.82 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-102 KOD 50710028 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahatı Komissiyasının 19.01.1998-ci il tarixli, 01 saylı qərarı ilə 3.92 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-115 KOD 50710028 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahatı Komissiyasının 19.01.1998-ci il tarixli, 01 saylı qərarı ilə 4.35 ha torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -“Torpağa mülkiyyət hüququna dair” JN-101 KOD 50710028 nömrəli Dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahatı Komissiyasının 19.01.1998-ci il tarixli, 01 saylı qərarı ilə 4.98 ha torpaq sahəsi İddiaçı3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Cavabdeh başçısının 17.09.2015-ci il tarixli, 10 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, “Ceyrançöl” massivində 7 və 8 saylı qış otlaq sahələrindən orta ot örtüyünə malik suvarılmayan 1200 baş tutumu olan 600 ha örüş sahəsinin ayrılaraq qoyunçuluğu inkişaf etdirmək üçün X6 icarəyə verilməsi qərara alınmışdır. -17.09.2015-ci il tarixli, 10 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh başçısının 17.09.2015-ci il tarixli, 10 nömrəli sərəncamına əsasən 600 ha örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 10 il müddətinə X6 icarəyə verilmişdir. -06.11.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, Cavabdeh 17.09.2015-ci il tarixli 80 nömrəli sərəncamı və 10 nömrəli icarə müqaviləsi əsasında Samux rayonu, Poylu kəndi, “Ceyrançöl” massivində yerləşən 600 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Samux rayon Aqrar İslahatı Komissiyasının 19.01.1998-ci il tarixli, 01 saylı qərarı ilə 4.82 ha torpaq sahəsi X1, 3.92 ha torpaq sahəsi İddiaçı1, 4.35 ha torpaq sahəsi İddiaçı2, 4.98 ha torpaq sahəsi isə İddiaçı3 və onların ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 17.09.2015-ci il tarixli 80 nömrəli sərəncamı və 10 nömrəli icarə müqaviləsi əsasında Samux rayonu, Poylu kəndi, “Ceyrançöl” massivində yerləşən 600 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 icarəsinə verilmiş və sonuncunun həmin torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçılar hesab edir ki, Cavabdeh 17.09.2015-ci il tarixli 80 nömrəli sərəncamı ilə üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsi Samux rayon Aqrar İslahatı Komissiyasının müvafiq qərarı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsini əhatə etmişdir, bu səbəbdən də həmin sərəncam onların mülkiyyət hüquqlarını pozduğuna görə qeyd olunan sərəncamı hazırda mübahisələndirirlər. Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, X3 icarəsinə verilmiş torpaq sahəsi Samux rayonu, Poylu kəndi, “Ceyrançöl” massivində 7 və 8 saylı qış otlaq sahələrindən, habelə xüsusilə vurğulanmalıdır ki, orta ot örtüyünə malik örüş-otlaq sahəsindən ibarətdir. Bu hal məhz iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Firuz Rüstəmovun icarəsinə verilməsini istisna edir. Başqa sözlə, mübahisələndirilən sərəncam məzmun və mahiyyət etibarı ilə iddiaçıların qanunla qorunan hüquqlarını pozmur və məhdudlaşdırmır. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən sərəncam əsasında icarəyə verilməli olan torpaq sahəsinin müvafiq yerquruluşu planı işlənərkən üçüncü şəxslərə məxsus torpaq sahələri ilə koordinatlarının üst-üstə işlənməsi ehtimalı da həmin sərəncamın öz-özlüyündə qanunsuz olmasını deməyə əsas vermir. Beləliklə işin fatiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 36, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-884/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-884/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver