Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-884/2023 14.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Goranboy rayon Alpout kəndi ərazisində yerləşən və qanuni əsaslarla icarəsində olan 15.0 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-884/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmiş və mütəxəssis rəyi alınanadək sözügedən işin icraatı təxirə salınmışdır. Bundan sonra qərardad Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən icra edirlərək tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsidən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 2452/2023 nömrəli məktubla bildirilmişdir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smetadakı xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd onlara təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Həmin məktub əsasında İddiaçı xx.xx.2023-cü il tarixdə məktubla mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə smeta və hesab məlumatları da əlavə edilərək göndərilmiş və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin ödənilməsi və xərcin ödənildiyini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsinin zəruri olduğu bildirilmiş, xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, əks təqdirdə İnzibati Prosessual Məcəllənin 55.3cü maddəsinə əsasən iddia ərizəsinin geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin xəbərdarlığına riayət edilməmiş, belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, qeyd olunan sənədlər xx.xx.2023cü il tarixdə şəxsən İddiaçı təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına (mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin ödənilməsi və xərcin ödənildiyini təsdiq edən sənədin məhkəməyə təqdim etmədiyinə) görə onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-884/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-884/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver