Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-885/2025 22.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X18) “torpağın mülkiyyətə verilməsinə dair JN – 052A kod 50603038 şəhadətnamədən X6 adı çıxarılmaqla 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və hüququn mərhum anası X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 adının şəhadətnamədən çıxarılmaqla anası X2 adına yeni arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Daşkəsən rayonu, Mollahəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsi Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 aprel 1998-ci il tarixli qərarı ilə anası mərhum X2 adına JN-052A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Qeyd olunan şəhadətnamədə adı səhvən qeyd olunan X3 sakini olsa da, nə ailə üzvü, nə də hər-hansı bir formada qohumluq əlaqələri vardır. Göründüyü kimi şəhadətnamədə onun və X6 adları qeyd olunmuşdur. Bu da torpağa dair çıxarışın alınmasında X6 adının qeyd olunması üçün əsas olacaqdır. Bununla da, iddiaçı torpaq sahəsi ilə bağlı hər-hansı sərəncam vermək istədiyi halda onun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Təqdim olunmuş Forma 1 arayışında X6 adı qeyd olunsa da, Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda X6 adı qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini əsas tutmuş və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməsi barədə imtina xarakterli bildiriş verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunsuz və əsassız hesab edir. Qeyd olunan sənədlərdə olan nöqsanın aradan qaldırılması vəzifəsinin müvafiq orqanın üzərinə qoymaq məhkəmə qaydasında mümkün olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3014/2024 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3014/2024 nömrəli qərardadı ilə iddia tələbi “torpağın mülkiyyətə verilməsinə dair JN – 052A kod 50603038 şəhadətnamədən X6 adı çıxarılmaqla 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və hüququn mərhum anası X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaş İddiaçı Daşkəsən rayonu, Mollahəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052A saylı şəhadətnamədə mülkiyyətçilərdən birinin X6 hüquqlarının ləğv edilməsi və əmlak üzərində X2 hüquqlarının qeydiyyata xx.xx.2024-cü il tarixli, 3-21-3-33/1-0-0077-8/2024 (**********) nömrəli müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Müraciətə əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdəndə müraciətin icrası olmamış və vətəndaşa 3-21-3-33/2- 0-0077-8/2024 nömrəli bildiriş göndərilmişdir. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarına əsasən, Daşkəsən rayon, Mollahəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair X2, İddiaçı və X6 adlarına JN-052 A saylı (KOD ********) "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib edilmişdir. İddiaçı X6 adının şəhadətnamədən çıxarılmaqla anası İddiaçı Zeynal qızının adına yeni arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçının elektron arayışın verilməsi ilə bağlı Ərazi İdarəsinə müraciəti olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, "X29 Komissiyasının yaradılması" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və Aqrar İslahat Komissiyasının həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Aqrar İslahat Komissiyasının qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçı X6 adının şəhadətnamədən çıxarılmasını və anası X2 adına yeni arayışın (çıxarışın) verilməsini qeyd etsələr də, mübahisələndirilən şəhadətnaməninverilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilərdi. Həm də xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Yəni, xx.xx.2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi (ləğvi və ya etibarsızlığı) üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Ərazi İdarəsi hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid olan 87 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı - X19, oğlu - X10r. Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid olan 87 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı – X7, qızı – İddiaçı, gəlini – X5, nəvəsi – X27, nəvəsi – X20, nəvəsi – X14r. Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2001- 2005-ci illərə aid olan 92 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı - X18, arvadı - X15, qızı - X16, qızı – X8r. 30 iyul 2002-ci il tarixli Daşkəsən rayonu Mollahəsənli kəndində vətəşdaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X7, İddiaçı və X11 0.05 ha torpaq sahəsi verilmişdir. 30 iyul 2002-ci il tarixli Daşkəsən rayonu Mollahəsənli kəndində vətəşdaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 0.12 ha torpaq sahəsi verilmişdir. JN-052A KOD 50603038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Daşkəsən rayonu, Mollahəsənli kəndindən X7, İddiaçı və X6 mülkiyyətinə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 aprel 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İİ 345731 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. 1 saylı Gəncə “Asan Xidmət” mərkəzində Ədiliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X7
1. Əri (arvadı): X28 (xx.xx.1927) (vəfat edib xx.xx.1969)
2. Qızı: X22 (xx.xx.1955)
3. Qızı: İddiaçı (xx.xx.1957)
4. Oğlu: X23 (xx.xx.1959)
5. Oğlu: X24 (xx.xx.1962)
6. Oğlu: X25 (xx.xx.1965) (vəfat edib xx.xx.1994) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətlərə əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətlərin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarına əsasən, Daşkəsən rayon, Mollahəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair X2, İddiaçı və X6 adlarına JN-052 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 A saylı şəhadətnamə əsasında X2, İddiaçı və X6 Daşkəsən rayon, Mollahəsənli kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, Daşkəsən rayonu, Mollahəsənli kəndində vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına dair subyektlər siyahısının X7 və onun ailə üzvləri olan hissəsindən çıxarış məhkəməyə göndərilmişdir. Torpaq sahəsi ayrılmış subyektlər siyahısında X7, İddiaçı və X18 qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mərkəzin arxivində saxlanılan Daşkəsən rayonu, Mollahəsənli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X6 adı X2 ailəsinin üzvü kimi, pay torpaq sahəsinə dair subyektlərin siyahısında isə X9 ailəsinin üzvü kimi qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. JN-052A KOD 50603038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Daşkəsən rayonu, Mollahəsənli kəndindən X7, İddiaçı və X6 mülkiyyətinə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 aprel 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə iddiaçı onların ailə üzvü və aralarında hər hansı qohumluğunun olmamasına əsaslanaraq torpağın mülkiyyətə verilməsinə dair JN – 052A kod 50603038 şəhadətnamədən X6 adı çıxarılmaqla 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və hüququn mərhum anası X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşdə olan 30 iyul 2002-ci il tarixli Daşkəsən rayonu Mollahəsənli kəndində vətəşdaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X7, İddiaçı və X11 0.05 ha torpaq sahəsi verilmişdir. 30 iyul 2002-ci il tarixli Daşkəsən rayonu Mollahəsənli kəndində vətəşdaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 0.12 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mərkəzin arxivində saxlanılan Daşkəsən rayonu, Mollahəsənli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X6 adı X2 ailəsinin üzvü kimi, pay torpaq sahəsinə dair subyektlərin siyahısında isə X9 ailəsinin üzvü kimi qeydiyyata alınmışdır. Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid olan 87 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı - X19, oğlu - X10r. Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid olan 87 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı – X7, qızı – İddiaçı, gəlini – X5, nəvəsi – X27, nəvəsi – X20, nəvəsi – X14r. Daşkəsən rayon Əhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2001- 2005-ci illərə aid olan 92 №-li təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, ailə başçısı - X18, arvadı - X15, qızı - X16, qızı – X8r. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X18 iddiaçı və qeyd olunan şəhadətnamədə göstərilən digər mülkiyyətçi X2 ailə üzvü deyil və aralarında hər hansı qohumluq münasibətləri olmamışdır. Lakin Daşkəsən rayon Əhmədli kəndi üzrə müvafiq Aqrar İslahat Komissiyasının qərarına əsasən kənd sakinlərinə torpaq sahəsi ayrılarkən X6 adı X2 ailə üzvü kimi qeyd olunmuşdur. Üçüncü şəxs həmin kənd sakini X9 ailə üzvü olmuş, sonuncuya həyətyanı torpaq sahəsi ayrılan zaman X18 nəzərə alınmamışdır. Həmçinin üçüncü şəxsə həmin kənd üzrə ayrılıqda da həyətyanı torpaq sahəsinin verilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin adının JN – 052A kod 50603038 şəhadətnamədən çıxarılması X6 mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva