Məhkəmə qərarları › İş №2-1(114)-887/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-887/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-887/2024 02.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi, İİ dərəcə əlilliyin bərpa edilməsi və minik avtomobilinə tibbi göstərişin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 saylı qərarının ləğv edilərək İİ dərəcəli əlilliyinin bərpa olunması və minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 13889 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə asteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ aşıq-baldır oynağının fibroz ankilozu, sağ aşağı ətrafın 2 sm qısalığı. Partlayış yaralanması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış tərs axınlı senal fleblə yaranın bağlanması cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Sağ dərinin incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlaməti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, ona “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ baldırın aşağı 1/3-nin geniş həcmli toxuma defektli yarasına görə c/ə son.çapıq” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş və həmin qərarda İddiaçı tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi aşağı ətraf ortezi, qoltuqaltı ağaclar, reabilitasiya müalicəsi, çəlik, ixtisaslaşdırılmış müalicə, əsa təyin edilmişdir.

3. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş və ona xx.xx.2022-ci il tarixdən “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndi üzrə - etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və həmin qərarda İddiaçı tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi minik avtomobili, reabilitasiya müalicəsi, ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sağ aşıq baldır oynağının ön, sol baldırın yuxarı 1/3-nin ön, sol aşıq baldır oynağının tiz səthlərində çapıq toxumaları, sağ baldır ərim-nin sital metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ tiz topuğunun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, İV dərəcəli artrozu-fibroz ankilozu, sağ pəncənin içəri rotasiyası, sol tiz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpəsi, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı” kimi müəyyən edilmişdir.

5. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilərək, “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyridüzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndi üzrə - topuq oynağının ankilozu və ya kəskin kontakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24, Q.72-Q72.7)) müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş və həmin qərarda İddiaçı tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi dirsəkaltı ağaclar, qoltuqaltı ağaclar, ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.

6. İddiaçı həmin qərardan verilmiş şikayətinə əsasən onun əyani müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, o, hər iki aşağı ətrafda olan ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın yuxarı 1/3-də, sol topuqda, sağ topuqda travmatik çapıqlar, sağ baldırda İlizarov aparatının yerlərinə məxsus çapıqlar, sağ baldırın bayır səthində boylama istiqamətdə aşağı 1/3-də təxminən 30 sm ölçüdə əməliyyat çapığı, sağ aşıqbaldır oynağında iç və bayır topuqları birləşdirən pəncənin ön səthində köndələn istiqamətdə geniş əməliyyat çapığı izlənilmişdir. Sağ pəncənin iç tərəfə doğru əyilməsi, ankiloz əlamətləri qeyd olunmuşdur. Sağ topuq sümükləri əməliyyat ilə çıxarıldığından sağ aşağı ətrafda təxminən 2-3 sm qısalıq qeyd edilmişdir. Sol pəncədə hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.

7. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı iynə EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sağda ümumi Peroneal sinirin ağır aksonal degenerasiyalı distal neyropatiyası, solda Peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası lehinə dəyərləndirilir” kimi qeyd edilmişdir.

8. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 6547 nömrəli xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibbi vərəqində İddiaçı vəziyyəti (Statuc localis) yuxarı ətrafda parez yox, reflekslər canlı, aşağı ətrafda proksimal hissə 5 bal, refleks sağda alınır, solda abs, distal hissə sağ tərəfdə plegiya, əzələ gücü 0-1 bal, tonus enib, solda distal parez, əzələ gücü 2 bal, tonus enib, ... , sağ baldır əzələlərinin atrofiyası, sağda ümumi peroneal sinirin ağır ansonal degenerasiyası distal neyropatiyası, solda peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası kimi müəyyən edilmiş və ona “Y36-Partlayış travması (2020-ci il), T93-Hər iki aşağı ətrafların baldır sümüklərinin sınığından sonrakı vəziyyət, G82.0-Posttravmatik iki tərəfli N.Peroneal neyropatiyası, sağ ətrafın distal plegiyası, sol ətrafın distal parezi, hərəki və hissi funksiyanın və yerişin pozulması” diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı elektron məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 31-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. O, 20 iyun 2022-ci il tarixindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında uçota alınmışdır. Göstərilənləri nəzərə alaraq onun avtomobil ilə təmin olunmağına növbəlilik qaydasında baxılacaqdır.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı elektron məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, müraciəti əsasında o, xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən əsas diaqnoz (Sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq baldır oynağının fibrozankilozu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına əsasən minik avtomobilinin təyinatına əsas vermir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı elektron məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 31-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. O, 20 iyun 2022-ci il tarixindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında uçota alınmışdır. Göstərilənləri nəzərə alaraq onun avtomobil ilə təmin olunmağına növbəlilik qaydasında baxılacaqdır. Yuxarıda qeyd edilən Qaydanın 3.17-ci bəndinə əsasən, hüququ yarandığı halda minik avtomobili ilə təmin edilənədək Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxsə ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Pulsuz avtomobil almaq üçün Nazirlikdə növbəyə dayanmış imtiyazlı şəxslərə 2022-ci ilin ikinci yarısı üçün nəqliyyat xərci kimi pul kompensiyası ödənildiyi zaman ona da ödəniləcəkdir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-4934/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının 0278003AAJX2 nömrəli göndərişi və müraciəti əsasında 1 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə edilməklə tibbi sənədləri yoxlanılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə həmin göndəriş və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-X-14520/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun müddətsiz İİ dərəcə əlillik və avtomobil təyinatının bərpa edilməsi haqqında qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2020-ci il Vətən Müharibəsinin veteranı və müharibə əlilidir. Əlilliyi odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sağ aşıq baldır oynağının ön, sol diz oynağının ön, sol baldırın yuxarı üçdə birinin ön, sol aşıq baldır oynağının diz səthlərində çapıq toxumaları, sağ baldır sümüyünün distal metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ diz topuğun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, dördüncü dərəcəli artrozu, fibroz ankilozu, sağ pəncənin içəri koteziyası, sol diz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpənin daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, pəncənin qüsurlu vəziyyətdə ankilozu diaqnozu ilə əlaqədardır. Hücum zamanı düşmənin minaatanla həmləsi nəticəsində ağır yaralanmışdır, yaxınlğına 18 sayda minaatan mərmisi düşmüşdür. Nəticədə sağ ayağı topuqdan qopmuş, sol ayağı geriyə doğru burulmuş, başına, sol qoluna və dizinə qəlpələr girmişdir. Əməliyyat olunmuş və ayağı yerinə tikilmiş, lakin qüsurlu vəziyyətdə qalmışdır. Hazırda əlilliyi çox ağır dərəcədədir. Əvvəlcə ona İİİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən müayinəsi həyata keçirilmiş və ona İİ dərəcəli müddətsiz əlillik və avtomobil təyinatı aparılmışdır. Bir neçə ay öncə, 2023-cü ilin iyul ayında cavabdehə müraciəti etmişdir ki, bir ildir növbədədir, onun reabilitasiya olunmağı üçün avtomobilə ehtiyacı var. Bu tələbinə görə cavabdeh bəhanə ilə onu təkrar komissiyadan keçirmiş və İİ dərəcə əlilliyini və avtomobil təyinatını ləğv edib, İİİ dərəcə əlillik təyin etmişdir. Beləliklə də ona qarşı böyük haqsızlıq edilmişdir. Bu haqsızlıqla barışmayacaqdır və axıradək mübarizə aparmaq əzmindədir. Cavabdeh əvvəlcə ona müddətsiz İİ dərəcə əlillik və avtomobil təyinatı vermiş, daha sonra qərəzli şəkildə bunu ləğv etmişdir. Cavabdehə müraciət etmiş və İİ dərəcə əlillik və avtomobil təyinatını bərpa etməyini tələb etmişdir. Lakin cavabdeh ona məktub ünvanlayaraq guya İİ dərəcə əlillik təyin edilməsini və avtomobil təyinatına əsas olmadığını bildirmişdir. Halbuki, cavabdeh ona İİ deyil, məhz İİİ dərəcə əlillik təyin etmişdir. Beləliklə cavabdeh bu faktı təhrif etməklə tələbini təmin etməkdən yayınmışdır. Hesab edir ki, cavabdeh onun müddətsiz İİ dərəcə əlillik və avtomobil təyinatını bərpa etməlidir. Bu imtiyazdan cavabdehin onu məhrum etməsi qanuni deyil. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edilmişdir və bu qərarın 13.4.32-ci bəndinə əsasən onun diaqnozunda ayağın 4-7 sm qısalması 40 faiz müddətsiz, 13.4.39-3cü bəndinə əsasən isə pəncənin qüsurlu vəziyyətdə ankilozu 40 faiz müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsasdır. Bu isə nəinki İİ dərəcə, hətta İ dərəcə əlillik deməkdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 saylı qərarının ləğv edilərək İİ dərəcəli əlilliyinin bərpa olunması və minik avtomobilinə tibbi göstərişin təyini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərarın ləğv edilməsi hissəsində İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında, İİ dərəcəli əlilliyinin bərpa olunması və minik avtomobilinə tibbi göstərişin təyin edilməsi hissəsində isə İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İPM-ə görə: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Hazırkı işdə iddianın mübahisələndirmə haqqnda iddia növünə aid olan hissəsi ilə bağlı xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya rəsmi qaydada təqdim olunmamasını, həmin qərarda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

22. Məhkəmə iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olan tələblə bağlı isə qeyd edir ki, həmin tələb üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş və onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

23. Məhkəmə iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

29. Etiraz onunla əsaslandırılmışdır ki, Goranboy rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyini barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 13889 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq, çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ aşıq-baldır oynağının fibroz ankilozu, sağ aşağı ətrafın 2 sm qısalığı. Partlayış yaralanması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış tərs axınlı senal fleblə yaranın bağlanması cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Sağ dərin incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlaməti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki aşağı ətrafda olan ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol baldırın yuxarı 1/3-də, sol topuqda, sağ topuqda travmatik çapıqlar, sağ baldırda İlizarov aparatının yerlərinə məxsus çapıqlar, sağ baldırın bayır səthində boylama istiqamətdə aşağı 1/3-də təxminən 30 sm ölçüdə əməliyyat çapığı, sağ aşıqbaldır oynağında iç və bayır topuqları birləşdirən pəncənin ön səthində köndələn istiqamətdə geniş əməliyyat çapığı izlənilmişdir. Sağ pəncənin iç tərəfə doğru əyilməsi, ankiloz əlamətləri qeyd olunmuşdur. Sağ topuq sümükləri əməliyyat ilə çıxarıldığından sağ aşağı ətrafda təxminən 2-3 sm qısalıq qeyd edilmişdir. Sol pəncədə hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının avtomobilə dair tibbi göstərişin verilməsi barədə iddiasından xx.xx.2022-ci il tarixində imtina olmuşdur. İddiaçı bundan 1 il 6 ay sonra məhkəməyə müraciət etdiyindən iddianın bu hissədə mümkünsüz hesab olunmasını xahiş etmişdir.

30. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

31. O, məhkəmə iclasları zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, minik avtomobili üzrə növbəyə alındığı üçün avtomobillə nə vaxt təmin olunacağı barədə Sosial Xidmətlər Agentliyinə müraciətlər etdikdən sonra cavabdeh onu əsassız olaraq əyani müayinəyə cəlb etmiş və məhz ona minik avtomobili verilməməsi üçün onun əlillik dərəcəsini dəyişdirmiş və növbəsini ləğv etmişdir. Onun sağ ayağındakı ankiloz səbəbilə həmin ayağındakı qısalıq 5 sm-ə çatmışdır, ayağında heç bir hissiyyat yoxdur, əsa ilə belə güclə gəzir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 13889 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə; - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 6547 nömrəli Ambulator xəstənin tibbi vərəqi; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** tibbi rəyi; - xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərar; - Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli rəyində müayinənin nəticəsi; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı elektron məktublar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-4934/2024 nömrəli cavab məktubu; - TSEK-də sonuncu müayinəyə dair məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2021-ci il tarixli 13889 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə asteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ aşıq-baldır oynağının fibroz ankilozu, sağ aşağı ətrafın 2 sm qısalığı. Partlayış yaralanması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin geniş həcmli yumşaq toxuma defektli yarasına görə aparılmış tərs axınlı senal fleblə yaranın bağlanması cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları. Sağ dərinin incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlaməti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, ona “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı, sağ baldırın aşağı 1/3-nin geniş həcmli toxuma defektli yarasına görə c/ə son.çapıq” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş və həmin qərarda İddiaçı tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi aşağı ətraf ortezi, qoltuqaltı ağaclar, reabilitasiya müalicəsi, çəlik, ixtisaslaşdırılmış müalicə, əsa təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuş və ona xx.xx.2022-ci il tarixdən eyni diaqnoz üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndi üzrə - etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80-G80.9)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş və həmin qərarda İddiaçı tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi minik avtomobili, reabilitasiya müalicəsi, ixtisaslaşdırılmış müalicə təyin edilmişdir.

35. Bundan sonra cavabdeh orqan tərəfindən əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmış və iddiaçı əyani müayinəyə dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş həmin müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış, bu zaman onun reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin olmadığı müəyyən edilərək, minik avtomobilinə növbəlilik siyahısından çıxarılmışdır.

36. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

38. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

39. Məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir.

40. Cavabdeh orqan sorğuya cavab məktubunda Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlandığını, xx.xx.2023cü il tarixində İddiaçı əyani müayinədə iştirak etdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatının aparıldığını, reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin olmadığının müəyyən edildiyini bildirmişdir.

41. Məhkəmə qeyd edir ki, “əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması” halı yalnız o halda “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər ki, iddiaçınını əlilliyi ilə bağlı hallara aid şübhəli məsələ ortaya çıxmış olsun. Yəni həmin hal iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.

42. Lakin cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən əsasları, sübutları məhkəməyə təqdim etməmişdir.

43. Digər tərəfdən, qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

44. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin olunması barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

45. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə qərar ləğv edilmədən, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə dair qərar qəbul etmişdir.

46. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçını 2023-cü ilin iyun ayında əyani müayinəyə cəlb edərək, onun həmin tarixə olan əlillik vəziyyətini qiymətləndirdiyi halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Hansı ki, həmin dövrdə Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə artıq qüvvədə deyildi. Həmin Əsasnamə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilməklə, “Əlilliyin müəyyən olunması meyarları” qəbul edilmişdir. Cavabdeh orqan iddiaçını qiymətləndirdiyi dövrdə - xx.xx.2023-cü il tarixdə qüvvədə olan normativ-hüquqi akt (Əlilliyin müəyyən olunması meyarları) əsasında onun əlillik vəziyyətini, orqanizmin funksiyalarının pozulması faiz və müddətini müəyyən etməli idi.

47. Digər tərəfdən, iddiaçıya xx.xx.2022-ci il tarixdə “Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli yaralarına, sağ baldır sümüklərinin distal metafizinin oynaqdaxili, sol incik sümüyünün distal metafizinin açıq çoxqəlpəli sınığına görə aparılmış sağ və sol baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezindən sonrakı sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, sol incik sümüyünün kafi bitişmiş sınığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının fibroz ankilozu” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilən zaman “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə - etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9)) istinad edilmişdir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin 6547 nömrəli tibbi vərəqində də bu hal öz təsdiqini tapmışdır.

48. Həmin sənəddə qeyd olunur ki, İddiaçı vəziyyəti (Statuc localis) yuxarı ətrafda parez yox, reflekslər canlı, aşağı ətrafda proksimal hissə 5 bal, refleks sağda alınır, solda abs, distal hissə sağ tərəfdə plegiya, əzələ gücü 0-1 bal, tonus enib, solda distal parez, əzələ gücü 2 bal, tonus enib, ... , sağ baldır əzələlərinin atrofiyası, sağda ümumi peroneal sinirin ağır ansonal degenerasiyası distal neyropatiyası, solda peroneal sinirin səthi şaxəsinin distal neyropatiyası kimi müəyyən edilmiş və ona “Y36-Partlayış travması (2020ci il), T93-Hər iki aşağı ətrafların baldır sümüklərinin sınığından sonrakı vəziyyət, G82.0- Posttravmatik iki tərəfli N.Peroneal neyropatiyası, sağ ətrafın distal plegiyası, sol ətrafın distal parezi, hərəki və hissi funksiyanın və yerişin pozulması” diaqnozu qoyulmuşdur.

49. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** tibbi rəyində iddiaçının diaqnozu “Odlu silahla yaralanmadan sonra sağ baldırın arxa səthində boylama, sağ aşıq baldır oynağının ön, sol baldırın yuxarı 1/3-nin ön, sol aşıq baldır oynağının tiz səthlərində çapıq toxumaları, sağ baldır ərim-nin sital metafizinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, sağ tiz topuğunun qeyri-düzgün bitişmiş sınığı, sağ aşıq sümüyünün bitişmiş sınığı, sağ aşıq baldır oynağının varus deformasiyası, İV dərəcəli artrozu-fibroz ankilozu, sağ pəncənin içəri rotasiyası, sol tiz topuğun bitişmiş sınığı, yumşaq toxumalarda metal qəlpəsi, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması, sağ aşağı ətrafın 5 sm qısalığı” kimi müəyyən edilmişdir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

51. Həmin meyarlara 1 saylı Əlavə:

Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması 6.5 Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik G81-G83 sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.4 təzahür edən hemiparez (əzələ 65-80 müddətsiz gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6- 7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular

52. Yəni, burdan da görünür ki, iddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan Meyarlara əsasən də onun orqanizmin funksiyalarının pozulma faizi 65-80% aralığında, müddəti isə müddətsizdir ki, yenə də cavabdeh orqanın iddiaçını əyani müayinəyə cəlb etdiyi dövrdəki qanunvericilikdə ona müddətsiz ikinci dərəcə əlillik təyinatı aparması üçün əsaslar mövcud olmuşdur.

53. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilən zaman tibbi-sosial yardım və reabilitasiya vasitəsi kimi minik avtomobilinə göstəriş təyin edilmiş və o, avtomobil növbəsi üzrə növbəlilik uçotuna alınmışdır.

54. Cavabdeh orqanın qanunvericiliyə uyğun olmayan qanunsuz davranışları nəticəsində isə ona xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılan zaman iddiaçıya reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstərişin olmadığı müəyyən edilərək, minik avtomobilinə növbəlilik siyahısından çıxarılmışdır ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə həmin faktiki xarakterli hərəkətləri də əsassız və qanunsuz hesab edir.

55. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na görə: Bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bənd 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Bənd 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bənd 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

56. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri əks olunmuşdur.

57. Həmin siyahıda 57-ci sırada göstərilmişdir ki, minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: Bənd 14. Hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda.

58. Göründüyü kimi, iddiaçının qeyd olunan diaqnozu həmin əlavədə 57-ci sırada 14cü bənddə öz təsdiqini tapmışdır.

59. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının minik avtomobilinə olan tibbi göstərişi ləğv etməsi və onun növbəlilik siyahısından çıxarılması qanunsuz və əsassız olmuşdur.

60. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

61. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

62. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

63. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

64. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16658/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi və ona minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar