Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-888/2020 09.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Daşkəsən rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Daşkəsən rayon şöbəsinə qarşı onun yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci ildə fəaliyyətinə başlamış və həmin tarixdən xx.xx.2003-cü ilədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. xx.xx.1973-cü ildən 01,12.2003-cü il tarixədək müxtəlif yerlərdə və peşələrdə işləməklə 25 ildən artıq əmək stajı vardır. Lakin əmək kitabçasında yalnız xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək olan əmək fəaliyyətinə dair qeydlər vardır. 1993-cü ilin may ayından xx.xx.2003-cü il tarixədək Daşkəsən rayon İstehlak Cəmiyyətində sürücü, avtodükan müdir-satıcı vəzifəsində işləmişdir. Lakin bu illərin qeydlərini işəgötürən əmək kitabçasında qeyd etməmişdir. Azərbaycan Respublikası Milli X6 Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 125 nömrəli arxiv arayışında onun Daşkəsən rayon İstehlak Cəmiyyətində işləməyi barədə əmrlə öz əksini tapmışdır. Sonuncu əmr xx.xx.1995-ci il tarixli, 63 nömrəli əmr olmuşdur ki, həmin əmrlə o 33-24 ATE avtomaşının sürücüsü kimi avtodükan müdir-satıcı fəsinə təyin olunmuşdur. Arxiv arayışının xüsusi qeydində göstərilmişdir ki, Daşkəsən rayon İstehlak Cəmiyyətinin əmr kitabları xx.xx.2000ci il tarixədək arxivdə saxlanılır. Lakin həmin tarixədək əmrlər yoxlanılmış və onun işdən azad olunma əmrinə rast gəlinməyib, eyni zamanda, Azərbaycan Respublikası Milli X6 Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 108 nömrəli arxiv arayışında onun Daşkəsən rayon İstehlak Cəmiyyətində 1993-cü ilin may ayından 1997-ci ilin birinci rübə qədər cədvəl üzrə əmək haqqı aldığı öz əksini tapmışdır. Bundan başqa o, uzun illər Daşkəsən rayon İstehlak Cəmiyyətində 2003-cü ilədək 33-24 ATE markalı Kamaz yük avtomaşının sürücü kimi işlədiyinə dəlil olan faktor həmin avtomaşının onun tərəfindən xx.xx.2003-cü il tarixdə öz adına özəlləşdirilməsidir. Beləliklə o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh ona ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunda göstərmişdir ki, təqdim etdiyi əmək kitabçasında qeyd olunan iş stajı 25 il olmadığı üçün ona əmək pensiyası təyin etmək mümkün olmamışdır. İddiaçıməhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx xxxxxx 2020-ci tarixdə Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Daşkəsən rayon şəbəsinə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyimüraciətinə baxılmışdır. 2017-ci il 01 iyul tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya tgminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçının xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı olmasına baxmayaraq, əmək kitabçasında qeyd olunan stajı 25 il olmadığı üçün, ona əmək pensiyası təyin etmək mümkün olmamışdır. Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda iş stajının neçə il olması müəyyən edilməmişdir. Bu səbəbdən arxiv arayışında göstərilən illərin sosial sığorta stajı kimi nəzərə alınması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. İş materiallarında olan; - Dövlət X7 publik hüquqi şəxsin Daşkəsən rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı əmək kitabçasındakı iş stajı (xx.xx.1972xx.xx.1993-cü il hərbi xidmət nəzərə alınmaqla) cəmi 20 ildir. - Azərbaycan Respublikası Milli X6 Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 108 nömrəli arxiv arayışında İddiaçı Daşkəsən rayon İstehlak Cəmiyyətində may 1993-cü ildən dekabr 1994-cü il tarixə kimi işlədiyi və əmək haqqı aldığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli X6 Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 07 nömrəli arxiv arayışında İddiaçı 33-24-ATE avtomaşının sürücüsü həmin avtodükana müdir-satıcı vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur (Əmr № 60, xx.xx.1195-ci il). - Daşkəsən rayon İstehlak Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, 2000-ci il tarixədək bütün sənədlər Daşkəsən Dövlət arxivinə təhvil verilmiş, İddiaçı Daşkəsən rayon Kooperativ Cəmiyyətinin (2000, 2001,2002 və 2003) əmr kitablarında adına rast gəlinməmişdir. Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 64 il 6 aylıq yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuş, ikinci şərt, yəni 25 il sığorta stajına münasibədə isə xx.xx.1972-xx.xx.1993-cü il hərbi xidmət nəzərə alınmaqla cəmi 20 il, Azərbaycan Respublikası Milli X6 Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin arayışında isə cəmi 2 il 1 ay sosial sığorta stajı qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsing şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-888/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-888/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver