Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-888/2024 12.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci il tarixdən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.N3-cü il tarixli 13735 nömrəli hərbi bilet əvəzi arayışda İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Kəlbəcər rayonunda döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd edilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarışdan görünür ki, Murovdağ istiqamətində gedən döyüşlərlə əlaqədar olaraq MAHHXQHQ çavuş İddiaçı döyüş tapşırığını yerinə yetirmək məqsədilə hərbi hissənin 3cü taborunun qazan təminatından çıxarılmış və 1-ci və 2-ci taborların qazan təminatına qoyulmuşdur (Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə).
3. İ-1593 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
4. N iyun N2-ci il tarixli vəsiqədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N2-ci il tarixli 0108t nömrəli əmri ilə çavuş İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur.
5. İddiaçı müharibə veteranı statusunun bərpa olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.N3-cü il tarixli 2/2- 8604 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının onuncu (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərdə) və on birinci abzasında bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən onun “Müharibə veteranı” statusi ləğv olunmuşdur.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-V-189xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3- 25-2/2-106xx-xx/N4 nömrəli cavab məktublarında bildirilmişdir ki, N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X2 və X4 “Müharibə veteranı” adı verilmişldir. Məlumat üçün bildirilir ki, vətəndaşlar Naməddin Abbasova və Habil Əlbəndova “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-Ə-106xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3- 25-2/2-V-121xx-xx/N4 nömrəli cavab məktublarında bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE-61m nömrəli məktubuna əsasən veteran statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE-785m nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edibetməməsi haqqında sənədlər istənilmişdir. Daxil olmuş məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlərin əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilmiş və xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubuna əsasən veteran statusu ləğv edilmişdir. Yuxarıda qeyd olunan məktublar məxfi olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilməsi mümkün deyil.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.N4-cü il tarixli 3-17/2-8699/N4 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin N1-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamı ilə N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında N2ci il yanvarın 1-dən etibarən "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin siyahısı N2-ci il yanvarın 1-dən etibarən müəyyən edilib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla, onlara "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi təmin edildikdən sonra sözügedən şəxslərə 1 yanvar N2-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü proaktiv qaydada təyin edilərək ödənilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsisteminin məlumat bazasına əsasən X4 (FİN: 578R0ET) və X2 (FİN: 1W2U90U) 1 yanvar N2-ci il (qərar tarixləri: 23 fevral və 24 fevral N2-ci il) tarixindən proaktiv (elektron) qaydada müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişləri davam etdirilir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE-61m nömrəli məktubuna əsasən veteran statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE- 785m nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi haqqında sənədlər istənilmişdir. Daxil olmuş məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlərin əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilmiş və xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubuna əsasən veteran statusu ləğv edilmişdir. Yuxarıda qeyd olunan məktublar məxfi olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilməsi mümkün deyil.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.N4-cü il tarixli 3-17-1/2-292803/N4 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.N2-ci il tarixdən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.N2-ci il tarixədək ödənilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının dayandırıldığı tarixdən, N2-ci ilin noyabr ayından bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 15 il 6 ay Azərbaycan Ordusunda nümunəvi, qüsursuz xidmət göstərmişdir. Hərbi xidməti dövründə qadın olaraq bütün çətinlikləri dəf edərək Azərbaycan Ordusuna vicdanla, ləyaqətlə xidmət etmişdir. N0-ci ilin sentyabr ayının 27-də "Vətən Müharibəsi"nin başlanmasından sonunadək N nömrəli hərbi hissənin motoatıcı taborunda Kəlbəcər rayonunun işğaldan azad olunması uğurunda döyüşlərdə iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən 28 aprel N3-cü il tarixdə verilən 13735 saylı hərbi bilet əvəzi arayışda bildirilir ki, İddiaçı xx.xx.N0-ci ildən xx.xx.N0-ci ilədək Kəlbəcər uğurunda döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə N2-ci ilin yanvar ayında ona "Azərbaycan Respublikasının veteranı" adı verilib. N2-ci ilin noyabr ayından məlum olmayan səbəbdən "Müharibə veteranı" təqaüdü dayandırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən bildiriblər ki, müharibə veteranlarının siyahısı yenidən işlənilir, siyahı dəqiqləşdirildikdən sonra "Müharibə veteranı" statusunun və təqaüdün verilməsi bərpa ediləcək. "Müharibə veteranı" təqaüdü dayandırılan bir çox müharibə iştirakçılarının təqaüdlərinin verilməsi bərpa edilsə də onun təqaüdünün verilməsi bərpa edilməyib. O, qanunsuz və əsassız olaraq dayandırılmış "Müharibə veteranı" statusunun bərpa edilməsi üçün ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirinə müraciət etmişdir. Müdafiə Nazirliyindən verilən xx.xx.N3-cü il tarixli 2/2-8604 saylı cavab məktubunda bildirilir ki, "Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarının onuncu (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində) və on birinci abzasında bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən onun "Müharibə veteranı" statusu ləğv olunmuşdur". Bildirir ki, cavab məktubunda onun təminat növləri üzrə tapşırıqları guya yerinə yetirməməyi ilə bağlı məlumat tamamilə əsassızdır. Cavab məktubunda həmin məlumatın doğruluğunu təsdiq edəcək heç bir əsaslı sübut, dəlil göstərilməyib. Müharibə veteranlarının, o cümlədən onun fəaliyyətinin qanunauyğunluğu məsələsi Nazirlər Kabinetidə araşdırılmır və bu heç mümkün də deyil. İstinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubu ümumi xarakter daşıyır və ayrıca onun təminat növləri üzrə tapşırıqları yerinə yetirib-yetirməməyini müəyyən etmir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarışda bildirilir ki, Murovdağ istiqamətində gedən döyüşlərlə əlaqədar olaraq Mahhxqhq çavuşu İddiaçı 3-cü taborda döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə hərbi hissənin qazan təminatından çıxarılsın və 1-ci və 2-ci taborların qazan təminatına qoyulsun: Kəlbəcər rayonu uğurunda gedən döyüşlərdə. Hərbi hissə komandirinin əmrindən göründüyü kimi onun üzərinə qoyulan vəzifə döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə taborun qazan təminatını yerinə yetirmək olub. O, N nömrəli hərbi hissənin motoatıcı 2-ci taborunun şərti adı "Zirvə" olan postunda və "Zirvə altı" deyilən yerdə döyüşlərdə iştirak etmişdir. O, düşmən mərmiləri altında şəxsi heyətə səhər, günorta və axşam yemək bişirmişdir. QAZ- 3308 markalı avtomobillə "Zirvə" postunu içməli su ilə təmin etmişdir. Düşmən seçə bilməsin deyə ərzağı gecələr işıqları söndürüb maşınla gedib gətirmişdir. Şəxsi heyət qazılmış yeraltı örtülmüş sığınacaqlarda yatırdı, gecələr yatmırdı tez-tez patrulları yoxlayırdı ki, hamı ayıq-sayıq olsun. Səhər tezdən saat 5-də onlar 3 aşpaz, 2 kişi və o, yeməyi bişirməyə başlayırdılar. Bu əziyyətinə görə 3-cu Ordu Korpusunun tərbiyəvi işlər üzrə xidmət rəisi polkovnik Manafov ona bahalı saat bağışlayıb. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli 2372 nömrəli sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N2-ci il tarixli 0108t nömrəli əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyun N1-ci il tarixli əmri ilə "N iyun silahlı qüvvələrin yaranmasının 103 illiyi" münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində və hərbi intizamda fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin mart N1-ci il tarixli əmri ilə Novruz bayramı münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, yüksək hərbi intizamı ilə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. O, döyüş əməliyyatı zamanı təminat növləri üzrə tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyimə görə müvafiq medallarla, fəxri fərmanlarla təltif olunmuş, "Müharibə veteranı" adını torpaqlarımızın işğaldan azad olunması uğurunda döyüşlərdə iştirak edərək qazanmışdır. Təqdim etdiyi əsaslı sübutlara baxmayaraq Müdafiyə Nazirliyinin hüquqlarını pozaraq haqqını danması çox böyük qanun pozuntusu, haqsızlıq və qəbahətdir. Odur ki, onun "Müharibə veteranı" statusu ən qısa zamanda dayandırıldığı tarixdən bərpa edilməli və "Müharibə veteranı" vəsiqəsi verilməlidir. Müdafiə Nazirliyindən verilən xx.xx.N3-cü il tarixli 2/2-8604 saylı məktubunu 07 oktyabr N3-cü il tarixdə poçt vasitəsilə almışdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.N4-cü il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N4-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən müharibəsi zamanı bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminatı) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən “Müharibə veteranı” statusu ləğv olunmuşdur. İşin faktikihallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı”, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
25. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.N3-cü il tarixli 13735 nömrəli hərbi bilet əvəzi arayış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarış; - İ-1593 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi; - N iyun N2-ci il tarixli vəsiqə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli 2/2-8604 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-V-189xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3-25-2/2- 106xx-xx/N4 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-Ə-106xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3-25-2/2-V- 121xx-xx/N4 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.N4-cü il tarixli 3-17/2-8699/N4 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.N4-cü il tarixli 3-17-1/2-292803/N4 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
28. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla (NK-nin xx.xx.N2-ci il tarixli TE-61m nömrəli məktubuna əsasən) veteran statusu verilmiş və bu barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi təmin edilmişdir. Bunun nəticəsində İddiaçı xx.xx.N2-ci il tarixdən proaktiv qaydada Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.N2-ci il tarixədək ödənilmişdir.
29. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Müdafi Nazirliyinə xx.xx.N2-ci il tarixli TE-785m nömrəli məktub ünvanlanaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edibetməməsi haqqında sənədlər istənilmişdir. Həmin məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlər razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş və daxil olmuş xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubuna əsasən iddiaçının veteran statusu ləğv edilmiş və bununla da təqaüd ödənişi dayandırılmışdır.
30. İddiaçı müharibə veteranı statusunun bərpa olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.N3-cü il tarixli 2/2- 8604 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının onuncu (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərdə) və on birinci abzasında bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən onun “Müharibə veteranı” statusu ləğv olunmuşdur.
31. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
32. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
34. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Maddə 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
35. Sadalanan qanunvericilik normalarına əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. Həmin normaların tələbinə görə, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
37. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
38. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral N0-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr N1-ci il tarixli qərarı).
39. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olaraq inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
40. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
41. İşin müəyyən edilmiş hallarından məlum olduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı statusu verilmiş və həmin statusdan irəli gələn təminatlarla təmin edilmişdir.
42. Bu baxımdan qeyd olunmalıdır ki, şəxsə müharibə veteranı statusu cavabdehin özü tərəfindən verildiyi halda, cavabdeh özünün bu barədə qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki həmin qərar diqqətsizlik və ya səhlənkarlıq nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqan öz səhvlərini düzəltmək imkanına malik olmalıdır.
43. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir.
44. Ona görə də, cavabdeh özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.
45. Bu zaman isə inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olması aydınlaşdırılmalıdır, Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir.
46. Yekun olaraq, inzibati orqan şəxsə müharibə statusunun verilməsi barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
47. Cavabdeh orqan iddiaçıya təyin edilmiş statusun ləğvinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE-785m nömrəli və xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubları əsasında aparıldığını bildirmiş, eyni zamanda həmin məktublar məxfi olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilməsinin mümkün olmadığı bildirilmişdir.
48. İkinci Qarabağ (Vətən) Müharibəsi iştirakçılarına müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verildiyi üçün, prinsipcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli TE-785m nömrəli məktubu inzibati icraatın başlanılması üçün əsas qismində çıxış edə bilərdi.
49. Lakin iş materialları ilə cavabdeh orqanın həmin məktub daxil olduqdan sonra inzibati icraat aparması, iddiaçıya inzibati icraat barədə məlumat verilməsi, onun iştirakının təmin edilməsi, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması müəyyən edilmir. Halbuki, bu, cavabdeh inzibati orqanın ən başlıca vəzifəsi olmuşdur.
50. Həmin məktublar məxfi olduğundan məhkəməyə təqdim edilməməsi məsələsinə gəlincə isə, məhkəmə qeyd edir ki, bu hal da qəbulediləndir, lakin ən azından cavabdeh inzibati orqan məktubun iddiaçıya aid olan hissədə məzmununa istinad edərək, iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməyə cəhd etməli idi, ona görə ki, qanun sübutetmə yükünü onun üzərinə qoymuşdur.
51. Lakin cavabdeh orqan həmin faktiki xarakterli hərəkətləri (veteran statusunu ləğv etməsini) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
52. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
53. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.N3-cü il tarixli 13735 nömrəli hərbi bilet əvəzi arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Kəlbəcər rayonunda döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd edilmişdir. Habelə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarışdan görünür ki, Murovdağ istiqamətində gedən döyüşlərlə əlaqədar olaraq MAHHXQHQ çavuş İddiaçı döyüş tapşırığını yerinə yetirmək məqsədilə hərbi hissənin 3-cü taborunun qazan təminatından çıxarılmış və 1-ci və 2-ci taborların qazan təminatına qoyulmuşdur (Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə).
54. Ən əsası isə, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
55. Göründüyü kimi, iddiaçı məhz N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmri ilə 3-cü taborunun qazan təminatından çıxarılmış və 1-ci və 2-ci taborların qazan təminatına qoyulmuş, döyüş əməliyyatları aparılan dövrdə döyüşlərdə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
56. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya xx.xx.N2-ci il tarixdən müharibə veteranı statusu verilərək, Prezident təqaüdünün ödənilməsinə başlanılmasına baxmayaraq, statusun ləğvinədək olan müddətdə bu barədə vəsiqə ilə təmin olunmamışdır. Ona görə də, iddiaçının müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.
57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva