Məhkəmə qərarları › İş №2-1(114)-89/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-89/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-89/2022 06.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına (üçüncü şəxs Cavabdeh) qarşı evin qəzalı vəziyyətdə olması barədə aktın tərtib edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində xx.xx.2020-ci il tarixdə onun Tərtər şəhəri, Babək küçəsində yerləşən həyət evinə düşmüş qrad mərmilərinin partlaması nəticəsində dəymiş 23172,00 (iyirmi üç min bir yüz yetmiş iki) manat zərərin Cavabdehnə ayrılmış vəsaitdən ayrılıb ona ödənilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5809/2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasını cəlb edilməsi və evinin qəzalı olması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1427/2021 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinə olan raket hücumu zamanı xüsusi mülkiyyətində olan Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə də ciddi ziyan dəymişdir. Nəticədə ev yararsız hala düşmüşdür. Dəfələrlə müraciət olunmasına baxmayaraq, Cavabdeh və digər orqanlar tərəfindən müraciətlərinə baxılmamış, komissiya tərəfindən baxış keçirilən zaman aktda “yüngül zərər dəymişdir” təmirə yararlıdır qeyd edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə etdiyi dağıntılarla bağlı olan fotoşəkillərdən də aydın görünür ki, evi qəzalı vəziyyətə düşmüşdür. Üçüncü şəxs Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Belə ki, Azərbaycan Respublikası Prezidentinin « 2020-ci il sentyabrın 27-dən başlayaraq ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında » 06 noyabr 2020-ci il tarixli, 2292№-li Sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmış, 2.3-cü bəndinə əsasən aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılması, habelə həmin məlumatların daim yenilənməsinin təmin edilməsi, 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində, 1.2-ci bəndinə əsasən isə digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində ödənilməsi, 2-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etmək tapşırılmışdır. Qanunvericiliyin göstərilən müddəalarından aydın olur ki, hazırki iddia tələbi Cavabdehnə yönəlməli olmadığı və iddia tələbi həddən artıq şişirdilməsi səbəbindən əsassız olduğundan təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı iclası 06 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli X2 zamanı erməni silahlı qüvvələti tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi, çoxmənzilli binada mənzil, qeyri-yaşayış sahəsi üzrə texniki baxış aktının surətindən görünür ki, İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və nəticədə müəyyən edilmişdir ki, 96 kv.m dam örtüyü tamamilə yararsızdır. 1 ədəd 0,8 m x 1,90 ölçüdə dəmir torlu qapı, 0,8 x 2,0 ölçüdə 2 ədəd dəmir giriş qapısı, 24 kv.m karton tavan, 1,3 kv.m pəncərə şüşəsi tamamilə yararsız vəziyyətdədir. Hasarın 22 kv.m mişardaşından olan hissəsi bərpa olunmalıdır. Evin ön fasad divarının 30 kv.m hissəsi bərpa olunmalıdır. - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 03/212316009/3609 nömrəli məktubundan görünür ki, erməni hərbi qulluqçuları tərəfindən ağır artilleriyadan atılan top mərmisinin düşərək partlaması nəticəsində bir çox Tərtər rayon sakinlərinin, o cümlədən Tərtər şəhəri, M.Hüseynzadə küçəsi, 10/5-də yaşayan İddiaçı evinə ziyan vurulmuş, mülki əhaliyə vurulmuş ziyanın aradan qaldırılması ilə əlaqədar yaradılmış Xüsusi Dövlət Komissiyası tərəfindən sonuncunun evinə texniki baxış keçirilərək ev “bərpa olunan evlər” kateqoriyasına daxil edilmiş, sonuncuya dövlət büdcəsinə vəsaiti hesabına 1000 manat pul müavinəti verilmişdir. İddiaçı Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 01 dekabr 2020-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş, istintaq qrupunun üzvləri tərəfindən xx.xx.2020-ci il tarixdə evinə baxış keçirilməlidir. İddiaçı evinə ekspertiza baxışı keçirilməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 24/xxxx/03808 nömrəli məktubundan görünür ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli, 612s nömrəli sərəncamlarının icrası ilə bağlı yaradılmış işçi qruplar tərəfindən İddiaçı Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Tərtib edilmiş baxış aktına əsasən qeyd olunan fərdi yaşayış evi bərpa kateqoriyasına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılmışdır. Komissiyanın tərkibinə isə Azərbaycan Respublikasının Baş naziri, onun müavini, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin köməkçiləri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəAzərbaycan Respublikasının Baş prokuroru daxil edilmişdir. Sözügedən komissiyaya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmış və 4-cü bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2020-ci il sentyabrın 27-dən başlayaraq “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etməsi, 3-cü bəndində isə aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli “2020-ci il sentyabrın 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli “2020-ci il sentyabrın 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamının 2ci bəndində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3204 nömrəli ekspert rəyindən görünür ki, hazırda İddiaçı məxsus yaşayış evinin (mərmi partlaması nəticəsində) divarları üzərində müxtəlif ölçülərdə çatların yaranmasının, yaşayış evinin damının yararsız vəziyyətə düşməsinin faktiki olaraq yaşayış üçün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, həmin evin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində ziyan dəymişdir və həmin evin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən evin qəzalı vəziyyətdə olması barədə aktın tərtib edilməsi Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən evin qəzalı vəziyyətdə olması barədə aktın tərtib edilməsi Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar