Məhkəmə qərarları › İş №2-1(114)-89/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-89/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-89/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından İddiaçı 0.06 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840,00 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2011-ci il tarixdə 139 nömrə ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2013-cü il tarixli A№445005 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixdə 593 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarına və xx.xx.2011-ci il tarixli 139 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

7. Göygöl bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 282 nömrəli arayışına əsasən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi onun mülkiyyətindədir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2-6361/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, İddiaçı Göygöl şəhəri, Mehdi Hüseynzadə küçəsi, 06 ünvanında yerləşən torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə xx.xx.2022-ci il tarixli **********0 qeydiyyat nömrəli ərizəsinə aidiyyəti üzrə baxılmış və Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, Göygöl şəhəri, Mehdi Hüseynzadə küçəsi, 06 ünvanında yerləşən torpaq sahəsinin 226 kv.m hissəsinin xx.xx.2013-cü il tarixli **********05 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri barədə çıxarışa əsasən X3 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyinə görə müraciətinin icrası mümkün olmamışdır.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Göygöl şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair, İddiaçı adına tərtib olunmuş AN-445005 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi Göygöl (Xanlar) rayonu X11 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətətində olan, ehtiyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafi üçün cəlb olunan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Lakin həmin torpaq sahəsinin 255.0 kv.m hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. 2) İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi 600.0 kv.m təşkil edir. İddiaçı tərəfin naturada təqdim etdiyi faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin koordinatları, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Göygöl şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair, İddiaçı adına tərtib olunmuş AN-445005 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin koordinatlar ilə 570.0 kv.m hissədə üst-üstə düşdüyü müəyyən olundu. Həmin torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır (Bax plan 1). 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədinin, koordinatlar və torpaq sahəsinin konfiqurasiyası əks olunmuş hissəsi daxil olmuş mülki iş materialları və arxiv sənədlərində mövcud olmadığından, araşdırma zamanı, elektron baza materillarına istinad olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 255.0 kv.m hissəsi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış, digər hər hansısa subyektin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən sənədlərdə göstərilən torpaq sashələri ilə, üst-üstə düşmə halı müəyyən olunmadı. Həmin torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır (Bax plan 2). 4) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Göygöl şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair, İddiaçı adına tərtib olunmuş AN-445005 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi və Xanlar rayon İH başçısının xx.xx.1996-cı il tarixli 334 saylı sərəncamı əsasında fərdi yaşayış evi tikmək üçün Göygöl şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair, X5 adına tərtib olunmuş AN-331080 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi, Göygöl (Xanlar) rayonu X11 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, bələdiyyə mülkiyyətətində olan, Ehtiyyat Fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. 2) Göygöl (Xanlar) rayonu X11 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı ayrılmış 600.0 kv.m və Xanlar rayon İH başçısının xx.xx.1996-cı il tarixli 334 saylı sərəncamı əsasında X5 ayrılmış 600.0 kv.m torpaq sahəsi və eləcə də, digər şəxslərə ayrılmış torpaq sahələri, ayrı-ayrılıqda Göygöl (Xanlar) rayonu X11 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində əks olunmamışdır. Belə ki, həmin torpaq sahələrinin yerləşdiyi ərazi, ümumilikdə ehtiyyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahəsi olaraq göstərilmişdir. 3) "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən **********05 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədinin eləcə də, xx.xx.2012-ci il tarixli AA№012251 nömrəli plan və ölçü sənədinin, koordinatlar və torpaq sahəsinin konfiqurasiyası əks olunmuş hissəsi daxil olmuş mülki iş materialları və arxiv sənədlərində mövcud olmadığından, həmin torpaq sahələrinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından 3-cü və 4-cü sualların cavablandırılması mümkün deyildir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-33/2- 14577/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, əraziyə keçirilən baxışda X2 iştirak etməməsi və xx.xx.2012-ci il tarixli AA№012251 nömrəli plan və ölçü sənədinin, kooridnatlar və torpaq sahəsinin konfiqurasiyası əks olunmuş hissəsi daxil olmuş inzibati iş materialları və arxiv sənədlərində mövcud olmadığından, sərəncamda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Qeyd edilir ki, xx.xx.2024-cü il qeydiyyat tarixli **********05 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli plan və ölçü sənədində göstərilən koordinatlarla, əraziyə keçirilın baxış zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi üst-üstə düşmə halı mövcud deyildir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyləri arasındakı ziddiyyətli hallara dair xx.xx.2025-ci il tarixli 3-21-33/2-5374/2023 nömrəli məktubunda bildirilmişdir ki, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12331/2023 nömrəli mütəxəssis rəyinin 1-ci və 3-cü bəndində X3 məxsus **********05 reyestr nömrəli torpaq sahəsinin 255 kv.m hissəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. “Mütəxəssisin iştirakının təmin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2- 14577/2024 nörməli məktubun 2-ci abzasında X2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli plan və ölçü sənədində göstərilən koordinatlarla əraziyə keçirilən baxış zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi üst-üstə düşmə halı mövcud olmadığı qeyd edilmişdir. X6 “plan və ölçü sənədinin koordinatlarında düzəliş edilməsi barədə” ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətin icrası təmin olunmuş yeni çıxarış və plan və ölçü sənədi tərtib edilmişdir. Yuxarıda qeyd olunan hallara münasibətdə bildiririk ki, X2 adına yeni tərtib edilmiş plan və ölçü sənədi ilə qeyd olunan üst-üstə düşmə halı aradan qaldırılmışdır. Ha-hazırda iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl şəhəri, Mehdi Hüseynzadə küçəsi, 06 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin 22 avqust 2011ci il tarixli 05 saylı qərarı ilə bələdiyyənin prespektiv inkişaf fond torpağından 1.74 hektar torpaq sahəsi ayrılaraq 29 nəfər Göygöl şəhər sakininin hər birinə 0.06 ha olmaqla həyətyanı torpaq sahəsi verilib. O cümlədən, həmin siyahı üzrə iddiaçıya da fərdi yaşayış evi tikmək üçün 0.06 ha beyətyanı torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl şəhəri, Mehdi Hüseynzadə küçəsi, 06 ünvanında yerləşir. Torpaq sahəsi 12 ildir ki, fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi bələdiyyə ilə arasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin olmaması, eyni zamanda torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir ki, bu da imtina üçün əsas ola bilməz.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. Məhkəmənin xx.xx.2025-ci il taroxli qərardadı ilə hazırki iddia tələbi “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işəbaxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

28. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. O, sədrlik edənin suallarına cavab olaraq torpaq sahəsinin iddiçıya bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə etdiyini, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələrinin olmadığını, hərənin özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə etdiyini bildirmişdir.

30. Cavabdeh orqanın nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir. - Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 nömrəli qərarı; - xx.xx.2011-ci il tarixli akt; - DT və XK-nin Göygöl rayon şöbəsinin xx.xx.2011-ci i l tarixli rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2011-ci il tarixli 139 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2010-cu il tarixli Ödəniş qəbzi; - Göygöl bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 39 nömrəli arayışı; - xx.xx.2013-cü il tarixli A№445005 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Göygöl bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 282 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2-6361/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-33/2- 14577/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyləri arasındakı ziddiyyətli hallara dair xx.xx.2025-ci il tarixli 3-21-33/2-5374/2023 nömrəli məktubu; - Mütəxəssis rəyləri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından İddiaçı 0.06 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840,00 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2011-ci il tarixdə 139 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2013-cü il tarixli A№445005 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixdə 593 nömrə ilə uçota alınmışdır.

34. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarına və xx.xx.2011-ci il tarixli 139 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

35. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin planı və ölçüsü sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

37. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli 139 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl şəhər bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

38. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, iddianın hazırda tələb etdiyi Göygöl şəhəri, Mehdi Hüseynzadə küçəsi, 06 ünvanında yerləşən torpaq sahəsinin 226 kv.m hissəsinin xx.xx.2013-cü il tarixli **********05 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri barədə çıxarışa əsasən X3 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşür.

39. Məhkəmə cavabdeh orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

40. Belə ki, məhkəmənin əldə etdiyi rəy və sorğulara cavablarla müəyyən edilir ki, X6 “plan və ölçü sənədinin koordinatlarında düzəliş edilməsi barədə” ərizə ilə Ərazi İdarəsinə müraciət etmiş və müraciətin icrası təmin olunaraq, ona yeni çıxarış və plan və ölçü sənədi tərtib edilmişdir. X2 adına yeni tərtib edilmiş plan və ölçü sənədi ilə qeyd olunan üst-üstə düşmə halı aradan qaldırılmışdır. xx.xx.2024-cü il qeydiyyat tarixli **********05 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli plan və ölçü sənədində göstərilən koordinatlarla, əraziyə keçirilın baxış zamanı İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi üst-üstə düşmə halı mövcud deyildir.

41. Yəni, cavabdeh orqanın özünün təqdim etdiyi sənəd və məlumatlarla, hal-hazırda iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin X2 mülkiyyətində olan yaxud digər hər hansı şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir.

42. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən (torpaqayırma zamanı) tərtib edilmiş A№445005 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etmir.

43. İddiaçının vəkil olan nümayəndəsi öz izahatında torpaq sahəsinin iddiçıya bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə etdiyini, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələrinin olmadığını, hərənin özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə etdiyini bildirmişdir.

44. Həmçinin, müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.

45. Əksi olduğu təqdirdə, yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin A№445005 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrə olması və bununla da həmin koordinatlarda yerləşən torpaq sahəsinin qonşu sahələrlə (hazırkı halda **********05 reyestr nömrəli torpaq sahəsi) üst-üstə düşməsi barədə dəlillərin doğruluğu qəbul ediləcəyi halda, bu zaman cavabdeh orqan həmin torpaq sahəsinin sahibi X4 da eyni əsasla (iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üst düşmə əsası ilə) imtina verilməli və hüquqlarının qeydiyyatı aparılmamalı idi.

46. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.

47. İddiaçının hazırki tələbi də ünvan 8 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsindən ibarətdir.

48. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

49. “Azərbaycan Respublikasında X8 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X8 X13nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

50. Azərbaycan Respublikasında X8 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

51. Göründüyü kimi, X8 X13 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

52. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar