Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-890/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X14) işıq sayğacının sökülməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X14 tərəfindən quraşdırılmış 21433196M1784447 nömrəli işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-890/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Toğanalı kəndində onun mərhum anası X5 məxsus yaşayış evi olmuş və anasının sağlığında həmin yaşayış evi ona vəsiyyət edilmişdir. Anası dünyasını dəyişdikdən sonra faktiki miras əmlak üzərində idarəçiliyi və istifadə hüququnu o həyata keçirmiş, mənzillə bağlı bütün kommunal ödənişlərio həyata keçirmişdir. Həmin yaşayış evində "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir sənəd təqdim etmədən işıq sayğacı quraşdırmışdır. Üçüncü şəxs X14 həmin yaşayış evinə özbaşına daxil olaraq həmin evdə onun adına işıq sayğacı olduğu halda, qeyri qanuni olaraq 21433196M1784447 nömrəli işıq sayğacı quraşdırmışdır. Həmin evdəki qaz sayğacı da onun adınadır. Buna görə də, iddiaçı həmin sayğacın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-890/2024 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X15 və üçüncü şəxs X14 məhkəmə iclasında iddianı qəbul etməmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər . Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsi ilə mərhum X10 və mərhum X9 miras qalmış JN-106A KOD 50810018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Göygöl rayonu, Toğana kəndində yeləşən 0.15 ha torpaq sahəsinə ½ hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı, anasının və qardaşının vəfatından sonra ondan qalmış mirası qəbul etdiyini iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə məhkəmə iclasında şahidləri dindirərək, iddiaçının mirası faktiki qəbul etməsi qənaətinə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi əsaslı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən görünmüşdür ki, onlar iddiaçının anası sağ ikən arada bir gəlib-getdiyini, anasının və qardaşının yas mərasimində iştirak etdiyini bildirmişlər. Şəxsin valideynlərinin, qardaş-bacısının və ya digər qohumunun yas mərasimində iştirak etməsi, yas mərasimini təşkil etməsi və yas mərasimin xərclərini çəkməsi milli və mənəvi dəyərlərdən irəli gəlməklə, həmin dəyərlərin yerinə yetirilməsi vəfat etmiş şəxsin miras qalmış əmlakının faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bu mənada apellyasiya instansiyası məhkəməsi iddiaçının anasının və qardaşının yas mərasimində iştirak edib-etməməsinə, anasının xəstə olduğu zaman müalicəsi və apellyasiya şikayətinə qarşı etirazında qeyd etdiyi kimi dəfn mərasimini, 3, 7, 40 mərasimlərini, adnalarını, həmçinin 52 mərasimi xərclərinin onun tərəfindən və ya cavabdeh X11 tərəfindən ödənilməsinin müəyyən edilməsinə zərurət görməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı yas mərasimləri müddəti ərzində anasının vəsiyyət etdiyi evdə yaşadığını iddia etmişdir ki, şəxsin yaxın qohumunun vəfatı ilə əlaqədar mərasimlərin təşkil olunması səbəbindən müvəqqəti olaraq yas olan ünvanda qalması onun mirası faktiki qəbulu kimi də qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektrik eneriisindən istifadəyə dair abunə haqqında cədvələ əsasən mübahisəli ünvanda yerləşən işıq sayğacının onun adına olması və abonent kimi onun qeydə alınmasına dair sənədə münasibətdə qeyd etmişdir ki, qeyd edilən hal mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla inandırıcı hesab edilməsə də, iddiaçı apellyasiya şikayətinə qarşı etirazında həmin sayğacın onun adına və abonent kimi qeydiyyatının 2002-ci ildən aparıldığını iddia etmişdir ki, miras qoyanlar həmin tarixdən sonra vəfat etmişlər. Bundan başqa məhkəmənin suallarına cavabında iddiaçı vəsiyyətnaməni elektrik eneriisi müəssisəsinə təqdim etməklə, abonent kimi qeydiyyata alındığını, lakin abonent kimi qeydiyyata alınma ilə bağlı elektrik eneriisi müəssisənə nə vaxt müraciət etməsini xatırlamadığını bildirmişdir ki, qeyd edilən hərəkət mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdən keçdikdən sonra da edilə bilər. Digər tərəfdən isə qeyd edilən hərəkətin özlüyündə miras qalmış əmlaka faktiki sahiblənməni və ya əmlakın saxlanmasını özündə ehtiva etməməkdədir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddiaçının miras qalmış əmlaka 2017- 2020-ci illər üçün əmlak vergisi, torpaq vergisi üzrə borcların iddiaçının müharibə əlili olması səbəbi ilə hesablanmamasına dair Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 05 dekabr 2017-ci il tarixli tədiyyə bildirişinə münasibətdə qeyd etmişdir ki, mıras qalmış mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçmədiyi halda Göygöl rayonu Toğanalı Bələdiyyəsinin hansı əsasla iddiaçıya görə hesabat aparması anlaşılan olmamışdır. Digər tərəfdən isə qeyd olunan sənəd 2017-2020-ci illər üzrə olmaqla, mirasın açılmasından xeyli müddət sonrakı dövrü əhatə etməkdədir. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan, ləğv edilmiş Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı 2018-ci il tarixdə mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir ki, bu da dolayısı ilə iddiaçının özünün də mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməməsini təsdiqi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5525/2021 nömrəli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı subyektiv hüququnun mövcudluğu ilə bağlı mümkünlük şərtlərinin yoxlanılması zamanı həmçinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi də nəzərə alınmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər X6, X7, X13 və üçüncü şəxs Göygöl rayon Notariat kontoruna qarşı “anası X3 və qardaşı X9 miras qalmış Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,15 hə torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda həmin qətnaməyə əsasən İddiaçı mərhum anası X4 əmlakına manasibətdə mirası qəbul etmədiyi də müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlir ki, Göygöl rayonu, Toğana kəndində yerləşən və 21433196M1784447 nömrəli işıq sayğacının quraşdırıldığı yaşayış evi İddiaçı mülkiyyətində deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X14) işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-890/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-890/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver