Məhkəmə qərarları › İş №2-1(114)-891/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-891/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-891/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi olan vəkili Vəkil və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) şəhid ailəsi kimi yaşayış sahəsinin genişləndirilməsi ehtiyacı olan qismində uçota alınması növbəsini onun adına dəyişdirilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Nikahın bağlanması haqqında İV-ЖГ 374445 nömrəli şəhadətnaməyə əsasən X7 və X15 xx.xx.1988-ci ildə nikaha daxil olmuşlar. Doğum haqqında XİV-ЖГ 440354 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.1989cu ildə anadan olmuşdur, ata qrafasında X7, ana qrafasında X9 qeyd edilmişdir. Ölüm haqqında İV- ЖГ 407274 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.1993-cü ildə vəfat etmişdir. 008325 nömrəli, xx.xx.2007-ci il tarixdə verilmiş vəsiqəyə əsasən X8 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “ Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə hüququ verilmişdir. Ölüm haqqında AZ-İİ 100466 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı 008940 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyət başçısının xx.xx.2016-cı il tarixli 57 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yaşayan şəhid ailəsi X2 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli, 5-1/1-Ə-314-068/2023 saylı cavab məktubu ilə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinənin üzvləri hesab edilirlər, bu baxlmdan onun anasının mənzil uçotunun onun adına dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmaması bildirilərək imtina cavabı verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4nın şəhid ailəsi kimi yaşayış sahəsinin genişləndirilməsi ehtiyacı olan qismində uçota alınması növbəsini onun adına dəyişdirilməsi və bu barədə sərəncam verilməsini cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 31 mart 2016-cı il tarixli, 57 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanına dair şəhid ailəsi X4nın Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan qismində uçota alınmasına dair mənzil növbəsinin İddiaçı adına keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X1 Qarabağ müharibəsində şəhid olmuşdur. X4 şəhid ailəsi statusu alaraq Gəncə şəhər İH-nin 57 nömrəli 31 mart 2016-ci il tarixli sərəncamı ilə ünvan 2 ünvanında yaşayan şəhid ailəsi anası E.Məhərrəmovaya yaşayış sahəsinin genişləndirilməsi ehtiyacı olan qismində uçota alınmışdır. Lakin xx.xx.2020-ci il tarixdə anası vəfat etmiş, anasının vəfatından sonra şəhid ailəsi statusu ona verilmişdir. Odur ki, şəhid ailəsi kimi onun yaşadığı ünvan 2 ünvanında yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etmiş, lakin cavabdeh 5-1/1-2-314-068/2023 saylı 26 sentyabr 2023-cü il tarixli məktubu ilə mənzil uçotunun dəyişdirilməsinə imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1.arvadı (əri); 2.1.2.valideynləri; 2.1.3.18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6.2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Bildiririk ki, İddiaçı 1989-cu ildə anadan olmuş və mərhum anası xx.xx.2016-cı ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 37 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o artıq şəhid ailəsi statusuna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması nəzərdə tutulması, güzəştli mənzil uçotu onun ailə üzvlərinin adına keçirilməsi yalnız Mənzil Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulduğu halda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır və qanunvericilikdə digər kateqoriyadan olan şəxslərin mənzil növbələrinin addan-ada keçməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalarına” əsasən mənzil uçotunun saxlanılması yalnız uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılır. İddiaçının nümayəndəsi olan vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında inzibati iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin halları ondan ibarətdir ki, İddiaçı 1989-cu ildə anadan olmuşdur, atası X7 xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü- Qarabağ döyüşlərində şəhid olmuşdur, bu zaman iddiaçının 4 yaşı olmuşdur. Cavabdehin xx.xx.2016-cı il tarixli 57 saylı sərəncamina əsasən iddiaçının anası X15 şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və İddiaçı xx.xx.2023-cü il tarixdə Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının anasının mənzil uçotunun onun adına dəyişdirilməsinə imtinanı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci madəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinənin üzvləri hesab edilməsi ilə əsaslandırmışdır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın edilən magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar (4-cü maddə). Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respüblikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məsul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər (5-ci maddə). İddiaçının atası 1993-cü ildə şəhid olan vaxt iddiaçı 18 yaşına çatmadığından, o, şəhid ailəsi statusuna malik olmuşdur. İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər (5-ci maddə). İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, sağlığında bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçının anası vəfat edən zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçı şəhid ailəsi sayılan X12 ailə üzvüdür və atasının şəhid olması, həmçinin iddiaçının Şəhid ailəsi üzvünün vəsiqəsi ilə təmin olunması mübahisə doğurmur. Beləliklə, iddiaçının atasının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması və Şəhid ailəsi üzvünün vəsiqəsi olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir. İddiaçının anası güzəştli əsaslarla mənzil növbəsinə cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamı ilə götürülmüşdür. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü maddəsinin ikinci bəndində qeyd edilmişdir ki, uçotda olan vətəndaş öldükdə…mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür… Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaş vəfat etdikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Qanunverici birmənalı olaraq hər bir halda vətəndaşın vəfat etməsi ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını nəzərdə tutmamışdır. Məsələn Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Göründüyü kimi, qanunverici mənzil növbəsində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, mənzil uçotunun onun ailə üzvləri üçün saxlanılmasını nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı da şəhid ailəsinin üzvüdür, müharibə əlillərinə münasibətdə, qanunvericilik şəhid ailələrinə nisbətən üstün güzəştlər nəzərdə tutmuşdur. Bu səbəbdən iddiaçının anasının vəfatı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, , Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşlarımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışlar. Onların əziz xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilmişdir, edilir və ediləcəkdir. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarını ödəmək, şəhid olanların ailə üzvlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin ərazi bütövlüyünün müdafiəsinə qalxan şəxs Vətən uğrunda həlak olacağı halda, Dövlətin və müvafiq qurumlarının onun ailəsinin yaşayış yeri və sair minimum ehtiyaclarını ödəyəcəyinə əmin olduğu üçün bu zirvəyə yüksəlir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 31 mart 2016-cı il tarixli, 57 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanına dair şəhid ailəsi X5 Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan qismində uçota alınmasına dair mənzil növbəsinin İddiaçı adına keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar