Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-892/2020 30.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin (bundan sonra Dövlət X5 Bərdə rayon şöbəsi) xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubu ilə İddiaçı 1970-1974, 1976-1998-ci illərə dair əmək kitabçasında qeyd olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət X5 Bərdə rayon şöbəsinə qarşı onun 1970-1998-ci illərdə işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 1970-1974-cü, 1976-1998-ci illərdə Bərdə rayonu «S.Vurğun» adına koxlozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1970-ci ildən Bərdə rayonu, sabiq «S.Vurğun» adına kolxozda əmək fəaliyyətinə başlamış və 1998-ci ilədək həmin kolxozda çalışmışdır. Bu barədə məlumatlar Bərdə rayon Dövlət Arxivinin arxiv arayışında qeyd olunsa da, əmək kitabçasında qeyd olunmamışdır. Yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar Dövlət X5 Bərdə rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubla müraciətindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X5 Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının yaşa görə pensiyaya çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli müraciətinə baxılmış və təqdim etdiyi sənədlərdə kolxozdakı 1970-1974, 1976-1998-ci illərə aid əmək kitabçasında olmadığı üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması qaydalarının 3-cü fəsli, 3.1.1 bəndinə əsasən pensiya təyin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı 2 il 21 gün hərbi xidmətdə olmuş, 1 il 3 ay 21 gün isə zavodda işləmişdir və həmin illər nümayəndəsi olduğu inzibati orqan tərəfindən mübahisələndirilmir. Bərdə rayonu, sabiq «S.Vurğun» adına kolxoza aid iş stajı məhkəmə qaydasında təsdiq olunduğu halda iddiaçının cəmi 25 il 1 ay sosial sığorta stajı olacaqdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli, 54 nömrəli “yaşayış yeri barədə” arayış, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 526 nömrəli arxiv arayışı, xx.xx.1976-cı il tarixli, İT ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, iddiaçının pensiya işinin surəti və cavabdeh Dövlət X5 Bərdə rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli imtina məktubu və xx xxxx 2020ci il tarixli arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmətərəflərinizahatlarınıdinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmişdir. Məhkəmə iddia tələbinin 1970-1974-cü, 1976-1998-ci illərdə Bərdə rayonu «S.Vurğun» adına koxlozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış 1970-1974-cü və 1976-1998-ci illərdə Bərdə rayonu “S.Vurğun” koxlozunda işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının kolxozda işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənmir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1970-1974-cü və 1976-1998-ci illərdə Bərdə rayonu «S.Vurğun» koxlozunda işlədiyi dövr Bərdə rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 526 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Bərdə rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 526 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1970-1974-cü və 1976-1998-ci illərdə Bərdə rayonu «S.Vurğun» adına koxlozda işləmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1970-1972-ci illər üzrə minimum əmək günü norması 120 gün, 1973, 1974, 1976-1980-ci illər üzrə 200 gün, 1981, 1982-ci illər üzrə 240 gün, 1983- 1998-ci illər üzrə isə 260 gün müəyyən olunmuşdur. İddiaçı 1973, 1979, 1980, 1984-1998ci illərdə minimum əmək günü normasından artıq işləmiş, 1970-1972, 1974, 1976-1978, 1981-1983-cü illərdə (10 ildə) isə cəmi 895 əmək günü işləmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə almır. xx xxxxxxxx 1992-ci ildə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Bu halda iddiaçının “S.Vurğun” kolxozunda 1970-1972, 1974, 1976-1978, 1981- 1983-cü illərdə (10 ildə) işlədiyi cəmi 895 əmək günü kolxozda müəyyən olunmuş minimum əmək günü normasına əsasən cəmi 3 il 8 ay 20 gün staja bərabər tutula bilər. Bu halda iddiaçının “S.Vurğun” adına kolxozda olan əmək stajı 21 il 8 ay 20 gün müəyyən oluna bilər. Məhkəmə iddiaçının “S.Vurğun” adına kolxozdakı əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında əks olunmuş məlumatların və arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının “S.Vurğun” kolxozunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 78 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək zavodda işləmişdir. Qeyd olunanlara əsasən iddiaçının sosial sığorta stajı 25 il 1 ay (2 il 21 gün hərbi xidmət müddəti, 1 il 3 ay 21 gün əmək kitabçasında əks olunmuş iş illəri və 21 il 8 ay 20 gün kolxozda işlədiyi müddət) təşkil edir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı tələb olunduğu halda, onun 25 il 1 ay əmək stajı vardır. Ona görə də məhkəmə iddiaçının Bərdə rayon «S.Vurğun» adına kolxozda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2. maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və xx.xx.2019-cu ildə 64 yaşı, xx xxxxxx 2020-ci ildə isə 64 yaş 6 ayı tamam olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsində nəzərdə tutulan yaş həddinə çatmışdır. Belə ki, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş 6 ay müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bərdə rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 526 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1970-1974-cü, 1976-1998-ci illərə dair müddətlərin minimum əmək günü normasına uyğun olaraq 21 il 8 ay 20 gününün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bərdə rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 526 nömrəli arxiv arayışında qeyd edilən İddiaçı əmək fəaliyyətini əks etdirən 1970-1974 və 1976-1998-ci illərə dair müddətlərin minimum əmək günü normasına uyğun olaraq 21 il 8 ay 20 gününün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-892/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-892/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver