Məhkəmə qərarları › İş №2-1(114)-893/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-893/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-893/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi xx.xx.2020ci il tarixli məktubda idddiaçı İddiaçı xx.xx.2020-ci il tarixdə öldüyünü bildirərək, iddiaçının “ölüm haqqında” şəhadətnaməsinin surətini məktuba əlavə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı vəfat etdiyindən və hazırki hüquq münasibətlərində hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İşdəki xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 073514 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydiyyatı kitablarında xx.xx.2020-ci il tarixdə 392 nömrə ilə qeyd aparılmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü və Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı təhsil aldığı illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar