Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-896/2022 20.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti 88B ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində dəymiş 350000 manat maddi ziyana görə cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti 88B ünvanda yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışlarla həmçinin qeyri-yaşayış binalarının altında olan torpaq sahələrinin də iddiaçının xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. 2016-cı ilin iyun ayında iddiaçının əmlakı Gəncə Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən qanunsuz olaraq uçurdulmuş və bununla da ona maddi ziyan dəymişdir. Orta hesablamalara görə iddiaçıya cavabdeh tərəfindən ən azı 350.000 (üç yüz əlli min) manat ziyan dəymişdir. Bununla bağlı iddiaçı dəfələrlə Gəncə Şəhər Cavabdehnə müraciət etədərək, ona dəymiş ziyanın ödənilməsini xahiş etmiş, sonuncu isə bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus obyekt Gəncə şəhər Kəpəz rayonu İcra Hakimiyyətinin göstərişi ilə sökülməmişdir. Həmin sahədə bazar inşa edilmişdir və bazarın ehtiyacları üçün sökülmüşdür. RİH-nin isə belə bir qərar və göstəriş vermək hüququ yoxdur, həmin vaxt Gəncə şəhərində bütün abadlıq və söküntü işləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə aparılırdı. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və iddiaçıya məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin və iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, 88B ünvanda yerləşən 0.14 ha torpaq sahəsi və 70.8 kv.m qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 03/223 nömrəli məktubdan görünür ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin balans saxlayıcısı və mülkiyyətçisi İddiaçıdur. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh tərəfindən sökülməmişdir. -işə əlavə edilmiş 110/Mİ/19 nömrəli, xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyində bildirilir ki, mübahisə predmeti olan qeyri-yaşayış binası 2016-cı ilin iyun ayında sökülmüş və hal-hazırda avtodayanacaq kimi istifadə olunur. Tikili sökülmədən öncə hüquqi sənədlə (Çıxarışla) 1 otaqdan ibarət otaqdan ibarət olmaqla ümumi sahəsi 70.8 kv.m, faktiki ümumi sahəsi isə (Texniki Pasportla) 166.0 kv.m olub. Tikili hal-hazırda mövcud olmadığından əmlakın bugünki günə orta bazar dəyəri çıxarışa (Hesablama aparılarkən torpağın dəyəri də nəzərə alınmışdır. Həmin ərazidə 1 sot torpağın orta bazar dəyəri 10 000 — 15 000 manat arasında dəyişir. Təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən əmlakın orta bazar qiyməti 250000 (iki yüz əlli min) manat, sökülmə nəticəsində dəymiş ziyanın məbləği isə 150000 (bir yüz əlli min) manat müəyyən edilmişdir. Qeyd olunan mütəxəssis rəyində sökülmüş əmlakla birlikdə torpaq sahəsinin də dəyəri hesablanmışdır. Lakin iddia ərizəsinin məzmunundan və digər sənədlərlə sökülmüş tikilinin torpaq sahəsinin iddiaçının istifadəsində qalıb-qalmamasını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan dəymiş ziyanın həcmini müəyyən etmək üçün iddiaçının məhkəmə iclasında iştirakının zəruriliyi barədə ona müvafiq bildiriş göndərilmiş, daha sonra məsələyə yazılı münasibət bildirilməli olduğu izah edilmiş, buna baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş, eyni zamanda qeyd olunan məsələyə aydınlıq gətirməmişdir. Odur ki, qeyd olunan hal iddiaçının hazırkı iddia ilə bağlı hüquqi marağının olmadığını deməyə əsas verir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-896/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-896/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver