Məhkəmə qərarları › İş №2-1(114)-9/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-9/2020

04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-9/2020 04.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X19, X22, X20, X16, X23 və X27) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8, X19, X22, X20, X16, X23 və X27) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli qərarının ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2011-ci il tarixli, **********87 reyestr nömrəli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsinin X3, X9, X12, X10, X6, X13 və X21 qanunsuz sahibliyindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(83)-126/2018 nömrəli qərardadı ilə qərarın ləğv edilməsi və torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq ona verilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixli, JN-1469 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 2,8437 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Həmin Dövlət aktında mülkiyyətində olan torpaq sahəsinin ölçüsü və sxemi tam dəqiq olaraq göstərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması ilə bağlı xx.xx.2011-ci il tarixli, **********87 reyestr nömrəli çıxarış verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Şəmkir rayon Sabirkənd kənd Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 nömrəli qanunsuz qərarı ilə onun xüsusi mülkiyyətində olan torpaq sahəsi X8, X19, X22, X20, X16, X23 və X24 verilmişdir. Hazırda həmin şəxslər mülkiyyətində olan torpaq sahəsini istifadə etməkdədirlər. Buna görə də xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2011-ci il tarixli, **********87 reyestr nömrəli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsinin X3, X9, X12, X10, X6, X13 və X21 qanunsuz sahibliyindən alınıb ona verilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X17 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mütəxəssis rəyinə etiraz edir. Belə ki, hazırda qüvvədə olan xəritədə torpaq sahələri üst-üstə düşsə də, yeni elektron xəritədə həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən Sabirkənd Bələdiyyəsinə ünvanlanmış sorğuda tələb edilmiş, üçüncü şəxslər ilə Sabirkənd Bələdiyyəsi arasında bağlanmış dörd alğı-satqı aktı mövcuddur. Belə ki, üçüncü şəxs X23 ilə Sabirkənd Bələdiyyəsi arasında alğı-satqı aktı bağlanmamış, A.Rüstəmov tərəfindən hazırda istifadəsində olan torpaq sahəsi zəbt edilmişdir. Onun adı Sabirkənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli qərarına əsasən həyətyanı torpaq sahəsi almış vətəndaşların siyahısında yoxdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Üçüncü şəxs X8 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mütəxəssis rəyinə etiraz edir. Sabirkənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli qərarına əsasən aldığı və hazırda istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində tərəfindən heç bir tikinti işləri aparılmamış, əkin üçün istifadə edilmişdir. Odur ki, .iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs X16 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mütəxəssis rəyinə etiraz edir. istifadəsində olan torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamış, torpaq sahəsindən əkin üçün istifadə etmişdir. İddiaçı ilə qohumluq münasibətləri var və iddiaçı torpaq sahəsindən istifadə etmələrinə icazə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı dəmiryol xətti boyunca torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsinin əkin üçün istifadə olunduğu qəbul edir. İddiaçının sahəsi yoil kimi istifadə edilməsi üçün düzəldilib. İ kvartal sahəsindən başlanan torpaq sahəsi 21-ci kvartal üzrə dayaq nöqtəsində durur. Torpaq sahəsinin sol tərəfi əkin-biçin işləri aparılır. 21-16 kvartal ərazidə 2 mərtəbəli yarımtikili müşahidə olunur, tikinti işləri başa çatmamış, tikilinin dam örtüyü vurulmamışdır. 21-16 kvartal arası sahədə tam inşa olunmuş kürsülü ev müşahidə olunur. İki tikili arasında istixana quraşdırılmışdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” xx xxxx 2003-cü il tarixli, JN-14xx xxx 50400098 nömrəli Dövlət aktının surətindən görünür ki, Şəmkir rayon 1 nömrəli DNK-nin xx xxxxxx 2003-cü il tarixli, 4Ə/06-4ə/11 və xx xxxxxx 2001-ci il tarixli, 4ə/14-4ə/17 reyestr nömrəli alğı-satqı müqavilələri ilə satılmış 8.44 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı verilmişdir. - “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən 14 may 2011-ci il qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışın və xx xxx 2011-ci il tarixli, AA 006739 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətlərindən görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 2.8437 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli iclas protokolunun təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh perspektiv torpaq sahəsindən alğı-satqı qaydaları ilə Sabirkənd kənd sakinlərinə hər biri 0,10 ha olmaqla həyətyanı torpaq sahəsi satılması barədə Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması, Sabirkənd kənd sakinlərindən 45 nəfərinə bələdiyyənin perspektiv torpaq sahəsindən 0,10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. - “Torpaq sahəsinin alğı-satqısına dair” xx xxxxxx 2003-cü il tarixli, 395, 401, 403 və 417 nömrəli aktların təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli qərarı ilə X21, X4, X6 və X3 hər birinə 0,10 ha torpaq sahəsi satılmışdır. - Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi almış vətəndaşların siyahısının surətindən görünür ki, həmin siyahıda üçüncü şəxslər X3, X9, X4, X10, X6 və X21 adları qeyd edilmişdir. - Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli, 45 nömrəli məktubundan görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixli, JN-1469 nömrəli Dövlət aktına əsasən verilmiş 2.8437 ha torpaq sahəsi Sabirkənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixdə bir qrup kənd sakinlərinə verilmiş həyətyanı torpaq sahələri ilə üst-üstə düşdüyündən, məsələ həm iddiaçının, həm də kənd sakinlərinin xüsusi mülkiyyəti ilə bağlı olduğundan məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx xxxxxx 2018-ci il tarixli, k-1-1018 nömrəli arxiv arayışının surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2003cü il tarixli, 13 nömrəli iclas protokolu ilə X14 0,10 ha torpaq sahəsi satılmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” xx xxxx 2003-cü il tarixli, JN-14xx xxx 50400098 nömrəli Dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı 8.44 hektar torpaq sahəsi verilmiş və “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən 14 may 2011-ci il qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 2.8437 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən İddiaçı xüsüsi mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsi üçüncü şəxslər X5, X7, X11 və X2. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X32 İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 11/M-164 nömrəli mütəxəssis rəyindən də görünür ki, İddiaçı mülkiyyətində olan 2.8437 ha torpaq sahəsinin ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışda göstərilən koordinatları naturada yerə köçürülərkən torpaq sahəsinin 0,3069 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu, həmin torpaq sahəsinin 0,1110 ha hissəsinin X3, 0,0345 ha hissəsinin X6, 0,1085 ha hissəsinin X21, 0,0027 ha hissəsinin X4 və 0,0502 ha hissəsinin X13 istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 6.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Göründüyü kimi bələdiyyələr yalnız öz mülkiyyətinə olan torpaq sahələrinə dair qərar qəbul etmək səlahiyyətində olduqları halda, hazırkı iş üzrə Sabirkənd bələdiyyəsi tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin üçüncü şəxslərə verilməsinə dair xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli protokol-qərarı qəbul edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Hazırkı iş üzrə Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli iclas protokolqərarını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq üçüncü şəxslər X3, X6, X21, X1 barədə qərar qəbul edərək, iddiaçının xüsusi mülkiyyətin toxunulmazlılıq hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati akt- Sabirkənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli protokol-qərarı üçüncü şəxslər X5 0,1110 ha, X11 0,0345 ha, X24 0,1085 ha və X7 0,0027 ha torpaq sahəsinin satılması hissədə ləğv edilməlidir. Məhkəmə, iddia tələbinin Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli protokolqərarının üçüncü şəxslər X14, X15 və X18 münasibətdə ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X32 İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 11/M-164 nömrəli mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üçüncü şəxslər X9 və X10 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi, üçüncü şəxs X23 tərəfindən isə 0,0345 ha hissəsinin zəbt olunması müəyyən edilmişdir. Həmçinin Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi almış vətəndaşların siyahısının surətindən görünür ki, həmin siyahıda üçüncü şəxs X13 adı qeyd edilməmiş, onunla cavabdeh inzibati orqan arasında alğı-satqı aktı bağlanmamış, tərəfindən zəbt olunan 0,0345 ha torpaq sahəsi hazırda mübahisələndirilən inzibati aktla satılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üçüncü şəxslər X14, X15 və X18 münasibətdə təmin edilməməli, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 193,84 (bir yüz doxsan üç manat, səksən dörd qəpik) manat, 138,98 (bir yüz otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat və 200,38 (iki yüz manat, otuz səkkiz qəpik) manat xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2003-cü il tarixli, 13 nömrəli protokol-qərarı üçüncü şəxslər X5 0,1110 ha, X11 0,0345 ha, X24 0,1085 ha və X7 0,0027 ha torpaq sahəsinin satılması hissəsində ləğv edilsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 193,84 (bir yüz doxsan üç manat, səksən dörd qəpik) manat, 138,98 (bir yüz otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat və 200,38 (iki yüz manat, otuz səkkiz qəpik) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar