Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-9/2022 01.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi. İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Fərəcov Bilman Vahid oğlu, X4, X17 və X15) qarşı qeydin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fərəcov Bilman Vahid oğlunun adına tərtib edilmiş 3.0619 ha (30619.59 kv.m) **********48 və 2.3117 ha (23117.01 kv.m) **********25 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsi, 2005-ci ildən onun mülkiyyətində olan “torpağa mülkiyyət hüququna dair” JN-0172 KOD50808028 nömrəli dövlət aktı əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-430/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Fərəcov Bilman Vahid oğlu) üçüncü şəxsin adına tərtib edilmiş 3.0619 ha (30619.59 kv.m) **********48 və 2.3117 ha (23117.01 kv.m) **********25 reyestr nömrəli qeydlərin, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, onun adına çıxarışın verilməsi tələbinə dair 2-1(114)-430/2020 nömrəli iş üzrə icraat, iddiaçı Fərəcov Bilman Vahid oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-430/2020 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-571/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-430/2020 nömrəli qərardadı ləğv edilmiş, inzibati prosessual məsələlərə yenidən hüquqi qiymət verilməsi üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-571/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadından üçüncü şəxs Fərəcov Bilman Vahid oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-277/2021 nömrəli 09 fevral 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-571/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəmə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-393/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-430/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-09/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Fərəcov Bilman Vahid oğlu) qarşı üçüncü şəxsin adına tərtib edilmiş 3.0619 ha (30619.59 kv.m) **********48 və 2.3117 ha (23117.01 kv.m) **********25 reyestr nömrəli qeydlərin, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, onun adına çıxarışın verilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim və məhkəmə iclasında ərizəni müdafiə edərək, Göygöl rayon Qarabulaq kənd ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Bilman Fərəcovun adına qeyd olunmuş 14 oktyabr 2019-cu il tarxili ********** nömrəli qeydi və 14 oktyabr 2019-cu il tarixli ********** qeydlərin ləğv edilməsi, 2005-ci ildən onun mülkiyyətində olan “torpağa mülkiyyət hüququna dair” JN-0172 KOD50808028 nömrəli dövlət aktı əsasında ona mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 21 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən Fərəcovlar ailəsinə - Fərəcov Vahid Həşim oğlunun, X5, Fərəcov Bilman Vahid oğlunun və X8 adlarına 5.38 ha əkənək və biçənək torpağa mülkiyyət hüququna dair JN- 0110 kod 50808028 nömrəli 1998-ci ildə dövlət aktı tərtib edilmişdir. Həmin JN-0010 kod 50808028 1998-ci ildə dövlət aktında qeyd olunan 5.38 ha əkənək və biçənək torpaq sahələri Fərəcovlar ailəsinin üzvlərinin atası - Fərəcov Vahid Həşim oğlunun, anası - X5, Fərəcov Bilman Vahid oğlunun və arvadı - X8 razılığı əsasında notarial qaydada alqı-satqı müqaviləsindən sonra onun adına rəsmiləşdirilmişdir və onun torpağa mülkiyyətinə dair JN- 0172 kod 50808028 nömrəli 2005-ci ildə dövlət aktı tərtib edilmişdir. Bununla da qeyd olunan torpaq sahələrinə onun rəsmi 2005-ci ildən mülkiyyət hüququ tanınmışdır. Aktda qeyd olunan 5.38 ha torpaq sahələri iki hissədən ibarətdir. Mülkün nömrəsi 172 olan hissəni - 30619.59 kv.m torpaq sahəsini əkənək və mülkün nömrəsi 172C olan hissəsini - 23117.01 kv.m torpaq sahəsini biçənək kimi istifadə etmişdir və edir. 2005-ci ildən o, mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-0172 nömrəli kod 50808028 2005-ci ildə dövlət aktında qeyd olunan 5.38 ha əkənək və biçənək torpaq sahələrinin torpaq vergisini ödəyir. Lakin, üçüncü şəxs Fərəcov Bilman Vahid oğlu onun valideynlərinin vəfatından istifadə edərək saxta yolla Göygöl rayon polis şöbəsini və AR ƏM DK-nin yanında DƏDRX-nin 3 saylı Əİ-ni aldadaraq öz adına 3.0619 ha (30619.59 kv.m) torpaq sahəsinə dair **********48 və 2.3117 ha (23117.01 kv.m) torpaq sahəsinə dair **********25 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışlar çıxartdırmışdır. Fərəcov Bilman Vahid oğlunun dələduzluğu ondan ibarətdir ki, hüquqi qüvvəsini itirmiş torpağa mülkiyyət hüququna dair JN 0010 kod 50808028 dövlət aktının “itirilməsinə” dair Göygöl qəzetinə verilmiş elan və Göygöl rayon polis şöbəsi tərəfindən verilmiş arayış əsasında Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən 5.38 ha (3.0619 ha və 2.3117 ha torpaq sahəsinə dair **********48 və 2.3117 ha) Fərəcovlar ailəsinə Fərəcov Vahid Həşim oğlunun, X5, Fərəcov Bilman Vahid oğlunun və X13 adlarına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq yenidən, Fərəcov Bilman Vahid oğlu öz adına 3.0619 ha (30619.59 kv.m.) torpaq sahəsinə dair **********48 və 2.3117 ha (23117.01 kv.m.) torpaq sahəsinə dair **********25 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışlar çıxartdırmışdır. Bununla da qeyd olunan torpaq sahələri 14 ildən artıq onun mülkiyyətində olmasına baxmayaraq, B.Fərəcov qeyd olunan torpaq sahələri onların mülkiyyətində olmasının yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları istər polisə müraciətində, istərsə də Qarabulaq kəndinin əhalisinə kütləvi yaymağa davam edir, ona böhtan atır. Polisin B.Fərəcova qarşı tədbir görülməməsi, hərəkət və hərəkətsizliyi sayəsində B.Fərəcov ona qarşı cinayət əməllərini davam etdirir. Onun mülkiyyətində olan 30619.59 kv.m torpaq sahəsində 3 ildir ki buğda əkirdi. 2018-ci ildə o, 13 (on üç ) ton buğda biçdirmiş 6000 (altı min) manat gəlir əldə etmişdir. Ona məxsus olan 5.38 ha əkənək və biçənək torpaq sahələrindən 30619.59 kv.m torpaq sahəsini 2019-cu ilin avqust ayında 120 (yüz iyirmi) manata şumlatdırmışdır. Niyyəti var idi ki, həmin sahədə çuğundur əksin. Onun hesabı ilə təxminən 8000-10000 manat gəlir əldə etməli idi. Fərəcov Bilman Vahid oğlu, onun arvadı Fəridə və baldızı Bahar birləşərək əvvəlcədən əlbir olaraq onun şumlatdırdığı torpaqda buğda əkmişdilər. Qeyd edilənləri əsas gətirərək məhkəmədən Göygöl rayon Qarabulaq kənd ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” Bilman Fərəcovun adına qeyd olunmuş 14 oktyabr 2019-cu il tarxili ********** nömrəli qeydi və 14 oktyabr 2019-cu il tarixli ********** qeydlərin ləğv edilməsi, 2005-ci ildən onun mülkiyyətində olan “torpağa mülkiyyət hüququna dair” JN-0172 KOD50808028 nömrəli dövlət aktı əsasında ona mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair münasibət ünvanlayaraq bildirmişdir ki, İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktında qeyd olunan 5,38 ha əkin və biçənək torpaq sahələrinə dair arayış verilməsi barədə 20 noyabr 2019-cu il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. X21 Vahid oğlu tərəfindən təqdim olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-0010 nömrəli dövlət aktının itməsi barədə Göygöl rayon Polis şöbəsi tərəfindən verilmiş arayış və Göygöl qəzetində verilmiş elan əsasında Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5,38 ha (3,0619 ha və 2,3174 ha) torpaq sahəsi üzərində Fərəcov Bilman Vahid oğlunun, X1, X8, X5 və Fərəcov Vahid Həşim oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. İddiaçı ərazi idarəsinə daxil olmuş müraciəti araşdırılan zaman, “Torpağa mülkiyyət hüququna dair” JN-0010 saylı dövlət aktında qeyd olunan 5,38 ha torpaq sahəsi İddiaçı satdıqdan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib edilmiş və hal-hazırda qüvvədə olan “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktı barədə məlumat ərazi idarəsinə təhvil verilmiş elektron xəritə materiallarında qeyd olunmadığı üçün torpaq sahəsinin satılmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Fərəcov Bilman Vahid oğlu məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, 1988-ci ildə ermənistandan qovulan digər azərbaycanlılar kimi onların da ailəsi qaçqın gələrək Göygöl rayonunda məskunlaşmışlar. Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən ailələrinə əkin-biçin üçün 5.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib və torpağa aid JN-0010, KOD 50808028 saylı dövlət aktı verilib və həmin aktda ümumi birgə mülkiyyətçi kimi Fərəcov Vahid Həşim oğlunun, X5, Fərəcov Bilman Vahid oğlunun, X8, X1 və X2 adları qeyd olunub. 1988-ci ildə qaçqın gəldikdən sonra Göygöl rayonu, Qarabulaq kəndində onlara yaşayış evi verilib və mərhum atası Vahid 2004-ci ildə qeyd olunan evi və həmin evin yerləşdiyi 0.52 ha həyətyanı torpaq sahəsini ******* (beş milyon) manata İddiaçı satıb və xx.xx.2004-cü ildə onlar arasında alğı-satqı müqaviləsi bağlanıb. Bundan istifadə edən İddiaçı Göygöl Rayon Notariat kontorunun sabiq müdiri Rafiq Rzayevlə əlbir olaraq xx.xx.2005-ci il tarixli, 4Ə-l-185 nömrəli saxta alqı-satqı müqaviləsi tərtib ediblər, həmin müqavilə əsasında JN-0010, KOD 50808028 saylı dövlət aktı ilə mülkiyyətlərində olan 5.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı adına keçiriblər və sonuncunun adına JN-172 saylı, KOD 50808028 nömrəli dövlət aktı tərtib edilib. Göygöl Rayon Notariat kontorunda tərtib edilmiş xx.xx.2005-ci il tarixli 4Ə-l-185 nömrəli saxta alqı-satqı müqaviləsi saxtadır və müqavilədəki imzalar onlara məxsus deyil. Onlar iddiaçının ləğv etmək istədiyi çıxarışları qanuni və əsaslı olaraq almışlar. Ona görə də iddianı qəbul etmirlər. Odur ki, iddianın qanunsuz və əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 01 iyul 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Torpağa mülkiyyət hüququna dair” 25 avqust 1998-ci il tarixli, JN-0010 KOD 50808028 nömrəli dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X14, X9, X10, X3 və X11 verilmişdir. - 02 may 2005-ci il tarixli ərizələrin təsdiqlənmiş surətlərindən görünür ki, X15, X16 və Fərəcova (Şadmanova) Fəridə Əli qızı X14 məxsus olan və Xanlar rayonu, Qarabulaq kəndində yerləşən torpaq sahəsinin satılmasına etiraz etməmişlər. - 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı - Xanlar rayonu, Qarabulaq kəndində yaşayan Fərəcov Vahid Həşim oğlu “Torpaq sahəsinə mülkiyyət hüququna dair” JN-0010 nömrəli dövlət aktına əsasən Xanlar rayonu, Qarabulaq kəndi ərazisində yerləşən 5,38 ha torpaq sahəsini alıcıya satmağı, alıcı – ünvan 2 ünvanında yaşayan İddiaçı isə 10,900,000 (on milyon doqquz yüz min) manat ödəməyi öhdəsinə götürmüşdür. - “Torpağa mülkiyyət hüququna dair” 23 iyun 2005-ci il tarixli, JN-0172 KOD 50808028 nömrəli dövlət aktının surətindən görünür ki, Xanlar rayon DNK-nun 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli tarixli müqaviləsinə əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 noyabr 2019-cu il tarixli, **********92 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərazi idarəsinə daxil olmuş müraciəti araşdırılan zaman, “Torpağa mülkiyyət hüququna dair” JN-0010 saylı dövlət aktında qeyd olunan 5,38 ha torpaq sahəsi İddiaçı satdıqdan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib edilmiş və halhazırda qüvvədə olan “Torpağa mülkiyyət hüququna dair” JN-172 saylı dövlət aktı barədə məlumat ərazi idarəsinə təhvil verilmiş elektron xəritə materiallarında qeyd olunmadığı üçün torpaq sahəsinin satılmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. - Göygöl Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(066)-1019/2019 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, ərizə əsaslı olduğundan təmin edilmiş, 21 fevral 2018-ci il tarixli, AZ-İ 909089 saylı ölüm şəhadətnaməsində yazılmış “X18”nun Fərəcov Vahid Həşim oğlu kimi oxunmaqla həmin şəhadətnamənin Fərəcov Vahid Həşim oğluna məxsus olması, JN-0010 KOD 50808028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yazılmış “X18”nun Fərəcov Vahid Həşim oğlu və “X16”nun Fərəcov Bilman Vahid oğlu olması faktı müəyyən edilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 3.0619 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Fərəcov Bilman Vahid oğlunun, X8, X1, X5 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 2.3174 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Fərəcov Bilman Vahid oğlunun, X8, X1, X5 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(102)- 1150/2022 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Fərəcov Bilman Vahid oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(104)-2372/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Fərəcov Vahid Həşim oğluna, X9, Fərəcov Bilman Vahid oğluna, X3 və X11 verilmişdir. Daha sonra Fərəcov Vahid Həşim oğlu 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli müqaviləsinə əsasən həmin torpaq sahəsini İddiaçı satmışdır və torpaq sahəsi satılan zaman yetkinlik yaşına çatmış digər mülkiyyətçilərin razılıqları alınmışdır. Lakin, 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İddiaçı satılmış 5.38 ha torpaq sahəsi üzərində üçüncü şəxslər Fərəcov Bilman Vahid oğlunun, X8, X1, X5 və Fərəcov Vahid Həşim oğlunun ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya satıldıqdan sonra həyata keçirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Fərəcov Bilman Vahid oğlu məhkəmədə cavabdeh İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, Göygöl rayon notariat kontorunda mərhum atası Fərəcov Vahid Həşim oğlu və İddiaçı adından tərtib edilmiş 02 may 2005-ci il tarixli saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və İddiaçı adına tərtib edilmiş JN-172 nömrəli dövlət aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Göygöl Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(102)- 1150/2022 nömrəli qərarı ilə iddiaçı Fərəcov Bilman Vahid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5,38 ha torpaq sahəsinin İddiaçı satılmasına dair 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, 02 may 2005-ci il tarixli, 4ə-1-185 nömrəli alqısatqı müqaviləsi qüvvədə olduğu halda, hüquqi qüvvəsini itirmiş “Torpağa mülkiyyət hüququna dair” 25 avqust 1998-ci il tarixli, JN-0010 KOD 50808028 nömrəli dövlət aktı əsasında Xanlar rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində üçüncü şəxslər X12, X5, X6, X1 və X7 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. - 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Fərəcov Bilman Vahid oğlunun, X1, X8, X5 və Fərəcov Vahid Həşim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli və ********** nömrəli qeydlər ləğv edilməli, Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Fərəcov Bilman Vahid oğlunun, X1, X8, X5 və Fərəcov Vahid Həşim oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli və ********** nömrəli qeydlər ləğv edilsin. Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 5.38 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-9/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-9/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver