Məhkəmə qərarları › İş №2-1(114)-90/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-90/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-90/2022 13.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 01.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 14.01.1993-cü il tarixdə Qazax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılmış, xidmətə N nömrəli hərbi hissədə başlamışdır. Təlim keçdikdən sonra döyüş bölgəsinə Poylu kəndində yerləşən 988 saylı Hərbi hava hücumundan müdafiə bölüyünə göndərilmişdir. 06.12.1993-cü il tarixdən 244 nömrəli əmri ilə N saylı hərbi hissədə xidmət etmiş, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Müdafiə Nazirinin 07.01.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata təxris olunmuş, 05.02.1997-ci il tarixli 30 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Qazax Rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 30.08.2021-ci il tarixli, 11/4128 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 12.06.2020-ci il tarixli, 9/2-6559 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyasında olmadığına və döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunması barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.08.2020ci il tarixli, 1/N-11287 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivinin 12.06.2020-ci il tarixli, 9/2-6559 nömrəli arayışına əsasən İddiaçı xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 12.06.2020-ci il tarixli, 9/2-6559 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 18.01.1993-cü il tarixli, 10 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminata salınaraq müvafiq vəzifəyə təyin olunmuş, daha sonra xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin 01.12.1993-cü il tarixli, 158 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, N nömrəli hərbi hissə komandirinin 06.12.1993-cü il tarixli, 244 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminata salınmış, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Müdafiə Nazirinin 07.01.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata təxris olunmuş, N nömrəli hərbi hissə komandirinin 05.02.1997-ci il tarixli 30 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Qazax Rayon Hərbi Komissarlığına göndərilmişdir. -Gəncə Hərbi Prokurorluğunun 09.07.2020-ci il tarixli, HP17/2438 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. -surəti işə əlavə edilmiş İddiaçı məxsus 14.01.1993-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, sonuncu 18.01.1993-cü ildən 01.12.1993-cü ilədək N nömrəli hərbi hissədə və 06.12.1993-cü ildən 05.02.1997-ci ilədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.01.2020-ci il tarixli, 1/B-12682 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin 5-ci və 9-cu X2 01.02.1994-12.05.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21.01.2020-ci il tarixli, 1/Q-11439 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci ZR Divizionları 27.12.1993-12.05.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. -N nömrəli hərbi hissənin 06.12.1993-ci il tarixli 244 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 6-cı divizionun şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. -N nömrəli hərbi hissənin 12.01.1994-cü il tarixli 9 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01.01.1994-cü il tarixli 14/2-1009 nömrəli əmrinə uyğun olaraq İddiaçı 3 qat pul ödənilmişdir. -N nömrəli hərbi hissənin 01.02.1994-cü il tarixli 23 nömrəli əmrindən çıxarışdan görünür ki, Ağstafa rayonunun N nömrəli hərbi hissəsinin döyüş bölgəsinin müdafiəsi ilə əlaqədar İddiaçı 3 qat pul ödənilmişdir. -N nömrəli hərbi hissənin 05.02.1997-ci il tarixli 30 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Müdafiə Nazirinin 07.01.1997-ci il tarixli 03 saylı əmrinə əsasən İddiaçı 06.02.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyət və bütün növ təminat siyahısından çıxarılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Araşdırılmış sübutlarla təsdiq olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 18.01.1993-cü il tarixli, 10 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminata salınaraq müvafiq vəzifəyə təyin olunmuş, daha sonra xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin 06.12.1993-cü il tarixli, 244 nömrəli əmri ilə şəxsi heyətin siyahısına bütün növ təminata salınmış, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Müdafiə Nazirinin 07.01.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata təxris olunmuş, N nömrəli hərbi hissə komandirinin 05.02.1997-ci il tarixli 30 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Qazax Rayon Hərbi Komissarlığına göndərilmişdir. Cavabdeh orqan iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığını əsas gətirərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.08.2021-ci il tarixli 11/4125 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışlarından görünür ki, N nömrəli hərbi hissənin 6-cı divizyası 27.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçı isə həmin hərbi hissənin 6-cı divizyasında xidmət etmişdir. X1 07.01.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata təxris olunmuş, N nömrəli hərbi hissə komandirinin 05.02.1997-ci il tarixli 30 nömrəli əmri ilə şəxsi heyyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Qazax Rayon Hərbi Komissarlığına göndərilmişdir. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan müddətlərdə hərbi xidmətdə olmaqla və döyüşlərdə iştirak etməklə yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar