Məhkəmə qərarları › İş №2-1(114)-901/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-901/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-901/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı vəkili Vəkil2, iddiaçı X3 digər iddaçı X2 etibarnamə nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, iddiaçılar İddiaçı, X8, X9, X4, X5 cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti) qarşı birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X8, X9, X4, X12 cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş “24" iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin, həmçinin “20” fevral 2024-cü il tarixli 3-21 -3-40/2-KƏL-001/24 saylı cavab məktubunun ləğvi ilə yanaşı **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, habelə ölmüş şəxslər X17 və X6 mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən uyğun torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə təsərrüfat başçısı İddiaçı müraciətlər etmişdir. Həmin müraciətlər **********, **********, **********, ********** nömrələri ilə qeydiyyata alınmışdır. Bunun üzrə əsas olaraq təqdim edilmiş JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluq olması səbəbindən ünvanladığı sözügedən ərizənin icrasından imtina edilmişdir. İmtinada isə hüquqi əsas təsvir olunmamışdır. Eyni zamanda Bildirişdə konkret olaraq hüquqların qeydiyyatından imtinanın qanunvericilik əsasları təsbit olunmamışdır. Belə ki, nə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlarda, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda torpaq sahəsinin qızıl mədəni ərazisində yerləşməsi əsası ilə ona dair hüquqların qeydiyyatından imtina halı nəzərdə tutulmuşdur. Beləliklə, imtinanın əsaslandırılmaması onun qeyri-obyektivliyinə, qərəzli olmasına dəlalət edir. Üstəlik, ona məxsus sahə qızıl yataqlarının istismarı üçün 'Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə faktiki paylı mülkiyyətimə təqdim olunduqdan sonrakı illərdə “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti”nə təqdim olunub. Cavabdeh tərəfindən İddiaçı “daşınmaz əmlakın dövlət reyestrindən Arayış” da təqdim edilib (ilkin sənəd kimi). Onlara məxsus torpaq sahələri üzərində qızıl yataqlarının istismarı ilə bağlı işlərə görə adıçəkilən şirkət tərəfindən kompensasiya ödənilməsi istiqamətində hüquqlarımızı reallaşdırmaq istəyirlər. Üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Digər iddiaçı X9 məhkəmə iclasında iddia tələbini təmin olunmasını xahiş etmişdir. Digər iddiaçı X2 etibarnamə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Gədəbəy Rayon Məhkəməsinin 2-179/2007 saylı qətnaməsi ilə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə X13 118 saylı ”Torpağın mülkiyyət hüququna dair Dövlət akı”nın ləğv edilməsi, həmin Dövlət aktı əsasında vətəndaşların şəxsi mülkiyyətinə verilmiş əkin və biçənək torpaq sahəsi dövlət mülkiiyətinə qaytarılıb, bağlanılan sazişə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilməsi, adları göstərilən 150 nəfər vətəndaşlara verilmiş əvvəlki ”Torpağın mülkiyyət hüququna dair Dövlət akında” olan ölçülərə uyğun olaraq həmin vətəndaşlara başqa sahədən torpaq sahəsi ayrılması qərara alınmışdır. Məhkəmənin sorğusuna Gədəbəy rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(041 )-179/2007 nömrəli icra sənədinə əsasən X22 Komissiyasının, X15 Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2001 -ci il tarixli 02 saylı qərarı ilə X1 və qeyrilərinin (150 nəfər cavabdeh) adına olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ləğv edilməlidir.Həmin dövlət Aktları əsasında vətəndaşların şəxsi mülkiyyətinə verilmiş 8.53 ha əkin və 44,98 ha biçənək torpaq sahəsi Dövlət mülkiyyətinə qaytarılıb, başlanılan sazişə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilməlidir. Adları göstərilən 150 nəfər vətəndaşa verilmiş əvvəlki “ Torpaq mülkiyyət hüququna dair Dövlət aktlarında” olan ölçülərə uyqun olaraq həmin vətəndaşlara başqa sahələrdən torpaq sahəsi ayrılmalıdır. İcra sənədi xx.xx.2016-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borcluya bu barədə qanuna müvafiq qaydada qərar, bildiriş göndərilmişdir, (əvvəllər icra məmuru Arif Zeynalovun icraatında olmuşdur). İcra sənədi üzrə 150 nəfər vətəndaşa məxsusu dövlət akları ləğv edilmiş, ləğv edilmiş dövlət akları üzrə olan torpaq sahələri Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilmiş və 150 nəfər vətəndaşlara torpaq sahəsi ayrılaraq təhvil verilmişdir. Belə olan halda icra sənədinin icraatına xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin 11,09.2023-cü il tarixli 8(042)-29/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərar ləğv edilərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci i! tarixli, 2(041 )-179/2007 nömrəli icra vərəqəsi yenidən icraya yönəldilmişdir. Belə ki, iş materiallarrına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli. 2(041)-832/12 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X14 verilmiş A seriyalı 135897, 135898 və 135899 saylı " Torpaq sahəsinin planı və ölçüsü” nün ləğv olunması və X10 hüquqi varisi İddiaçı adına olan torpaq sahələrindən çıxaırlaraq, bu sahələr “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin istifadəsinə verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1251/2012 saylı, 30 noyabr 2012-ci il tarixli Qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2-832 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ləğv edildiyindən, iddiaçıların mülkiyyət hüququ qeydə alına bilməz. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı artıq mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X8, X9, X4, X5 cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti) qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş “24" iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin, həmçinin “20” fevral 2024-cü il tarixli 3-21 -3- 40/2-KƏL-001/24 saylı cavab məktubunun ləğvi ilə yanaşı **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, habelə ölmüş şəxslər X17 və X6 mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayış verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar