Məhkəmə qərarları › İş №2-1(114)-904/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-904/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-904/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X10, cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X15 və X24) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 12.03.2014-cü il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X11 adına verilmiş 30.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək, Gəncə şəhəri 7 saylı DNKda təsdiq olunmuş 15 fevral 2007-ci il tarixli, 4Ə-1-95 saylı evin bir hissəsinin bağışlanma müqaviləsinə əsasən özünün və bacısı X5 adına müvafiq hüquq müəyyənedici sənədlərin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi anası X16 məxsus olmuş, Gəncə şəhəri 7 saylı DNK-da təsdiq olunmuş 15 fevral 2007-ci il tarixli, 4Ə-1-95 saylı bağışlanma müqaviləsinə əsasən anası həmin evin bir hissəsini ona və bacısı X7 bağışlamış, lakin həmin bağışlama müqaviləsini cavabdeh təşkilata təqdim etməmişdir. Belə ki, xəstəliyi ilə əlaqədar çox vaxt respublikadan kənarda olmuş, arxayın olmuşdur ki, notariat kontoru özü müqaviləni cavabdeh təşkilata göndərib. Anası 22 yanvar 2014-cü il tarixdə vəfat etmiş, dəfn mərasimlərində iştirak etdikdən sonra yuxarıda qeyd etdiyi bağışlama müqaviləsini adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh təşkilata təqdim etmiş, lakin 15 fevral 2014-cü il tarixli, **********01 saylı məktubla imtina cavabı vermişlər. İmtinaya səbəb kimi, anasının bağışlama müqaviləsi verdikdən sonra təkrar çıxarış aldığı və sonradan vəfat etdiyi göstərilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, çıxarışı verməzdən əvvəl mülkün bağışlanması üçün eyni təşkilatdan Forma-1 arayışın alınması, sonradan hər hansı bir əməliyyatın olub-olmaması yoxlanmalı idi. Burdan belə nəticəyə gəlmək olur ki, cavabdeh təşkilatın səhlənkarlığı ucbatından həmin bağışlama müqaviləsi qüvvədə olaola havada qalmışdır. Ona görə də hesab edir ki, onlara bağışladığı hissəyə dair anası X11 adına verilmiş 30.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab olunmalı və həmin hissəyə dair müvafiq hüquq müəyyənedici sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinin üzərinə həvalə edilməlidir. Məhkəmənin 26.08.2014-ci il tarixli 2-1(84)-767/2014 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X12 adına verilmiş 30.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, tələb qalan hissədə təmin edilməmişdir. Bundan sonra iş üzrə tərəf olmayan X24 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, vəsatəti onunla əsaslandırmışdır ki, qeyd olunan mülkə dair X20 tərəfindən ona vəsiyyətnamə verilmişdir. Məhkəmənin 03.02.2022-ci il tarixli, 2-1(84)-767/2014 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2014-cü il tarixli, 2-1(84)-767/2014 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X24 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 30.03.2022-ci il tarixli, 2-1(114)-904/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X21 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, X22 evi bağışladıqdan sonra vəsiyyətnamə verə bilməzdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində sözügedən 15 fevral 2007-ci il tarixli bağışlanma müqaviləsi qeydiyyat orqanına təqdim edilmədiyinə, bundan sonra İddiaçı həmin mülkə dair çıxarışın dublikatını alaraq, evin digər hissəsini X8 bağışladığına görə vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, ünvan 3 ünvanında yerləşən mülkə dair X11 müraciəti əsasında 05.02.2013-cü il tarixdə çıxarışın dublikatı verilmişdir. X22 16.02.2013-cü il tarixdə məhdudiyyət və yüklülüklər haqqında (forma 1) arayış almışdır. Həmin arayışa və çıxarışa əsasən 21.02.2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mülkün bir hissəsini X8 bağışlamışdır. X11 etibarlı nümayəndəsi X17 mülkün yerdə qalan hissənin rəsmiləşdirilməsi üçün 30.05.2013-cü il tarixdə idarəyə müraciət etmiş və həmin hissəyə ********** nömrəli qeydiyyat çıxarış hazırlanmışdır. Gəncə şəhər birinci dövlət notariat kontorunun 14 fevral 2014-cü il tarixli, 70 saylı məktubuna əsasən həmin çıxarış vərəsəliyin rəsmiləşdirilməsi üçün X9 verilmişdir. ünvan 3 ünvanında yerləşən mülkə dair X8 13.09.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatı zamanı idarə tərəfindən hər-hansı pozuntuya yol verilməmişdir. Üçüncü şəxs X24 məhkəmə iclasında bildirmişdir ki, mərhum nənəsi X22 mülkiyyət hüququ əsasında ona məxsus olan Gəncə şəhəri, Qızılhacılı küçəsi, 2-ci döngə, ev 3-ün bir hissəsini 13.02.2007-ci il tarixdə 7 saylı notariat kontorunda İddiaçı, bir hissəsini isə X7 bağışlamışdır. Lakin adları qeyd edilən şəxslər bağışlama müqaviləsini Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə təqdim etmədiklərindən onların adına çıxarış verilməmişdir. Sonra isə X1 əmlakı 30.12.2007-ci il taixdə ona vəsiyyət etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.1958ci il təvəllüdlü İddiaçı və 10.10.1962-ci il X6 atası X24, anası isə (Nəcəfova) X18r. -surəti işə əlavə edilmiş 15.02.2007-ci il tarixli, reyestrdə 4Ə-İ-95 nömrə ilə qeydə alınmış evin bir hissəsinin bağışlama müqaviləsindən görünür ki, X3 şəhər TİB-nin ********* saylı, 06.02.07-ci tarixli çıxarışa və 495 saylı, 09.02.07-ci il tarixli arayışa əsasən ona məxsus olan ünvan 4 ünvanda, 800 kvm torpaq sahəsində yerləşən evin Tik “A”-57,5 kvm, iki otaq 82,1 kvm, köməkçi sahə 26,5 kvm, açıq eyvan 60,4 kvm, zirzəmi Tik “V”-14,1 kvm, hamam Tik “Q”-7,7 kvm, əl damından ibarət bir hissəsini qızları- X13 və X7 bağışlamış, qalan hissəsini isə, yəni Tik “B”-55,2kvm, iki otaq 31,7 kvm, köməkçi sahə 15,3 kvm açıq eyvan və 8,0 kvm zirzəmidən, o cümlədən Tik “D” hamamdan ibarət hissəsini öz istifadəsində saxlamışdır. -surəti işə əlavə edilmiş 30.12.2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, X22 mülkiyyət hüququ əsasında ona məxsus olan Gəncə şəhəri, Qızılhacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini bütövlükdə X19 vəsiyyət etmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 30.05.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Qızılhacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş AZ-İ 636878 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 22.01.2014-cü il tarixdə ölmüşdür. -X2 tərəfindən məhkəməyə göndərilmiş 109 nömrəli, 18 avqust 2014-cü il tarixli məktubdan görünür ki, mərhum X11 əmlakı ilə bağlı notariat kontorunda heç bir əməliyyat aparılmamışdır. - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.02.2014-cü il tarixli **********01 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmşdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, X3 şəhər TİB-nin ********* saylı, 06.02.07-ci tarixli çıxarışa və 495 saylı, 09.02.07-ci il tarixli arayışa əsasən ona məxsus olan ünvan 4 ünvanda, 800 kvm torpaq sahəsində yerləşən evin Tik “A”-57,5 kvm, iki otaq 82,1 kvm, köməkçi sahə 26,5 kvm, açıq eyvan 60,4 kvm, zirzəmi Tik “V”-14,1 kvm, hamam Tik “Q”- 7,7 kvm, əl damından ibarət bir hissəsini qızları- X13 və X7 bağışlamış, qalan hissəsini isə, yəni Tik “B”-55,2kvm, iki otaq 31,7 kvm, köməkçi sahə 15,3 kvm açıq eyvan və 8,0 kvm zirzəmidən, o cümlədən Tik “D” hamamdan ibarət hissəsini öz istifadəsində saxlamışdır. Buna baxmayaraq cavabdeh orqan ********** qeydiyyat nömrəli, 30.05.2013cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin fərdi yaşayış evini X11 adına qeydiyyata almışdır. Hazırda iddiaçı qeyd olunan çıxarışı mübahisələndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -5.1-2-ci maddəsinə əsasən Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncam verən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir. Elektron qaydada tərtib olunmuş çıxarış notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir. -5.6-cı maddəsinə əsasən daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Bu zaman qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirirməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1 maddəsinə əsasən notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsi ilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdeh orqan bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmiş əmlaka dair həmin əmlakın bağışlanması barədə elektron informasiya sistemləri vasitəsi ilə məlumatlar toplamadan təkrar olaraq 30.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən sənəd verməklə iddiaçının həmin əmlaka dair bağışlama müqaviləsi əsasında mülkiyyət hüququnun rəsmiləşdirilməsini məhdudlaşdırmışdır. Bu hal isə qeyd olunan əmlkakın müvafiq reyestrdə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Qızılhacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı X11 adına aparılmış ********** nömrəli, 30.05.2013-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Qızılhacılı küçəsi, 2-ci döngə, ev 3 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı X11 adına aparılmış ********** nömrəli, 30.05.2013-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar