Məhkəmə qərarları › İş №2-1(114)-906/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-906/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-906/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı Cavabdehnə qarşı uçmuş evinin inşa edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ucbatından üçmuş evinin inşa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1952-ci il tarixdə Gəncə şəhərində doğulmuş və xx xxx 2011-ci il tarixə qədər Gəncə şəhəri, keçmiş Engels 118, indiki Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 8-ci dalan, ev 2-də, 2-ci qrup əlil oğlu və 10 yaşlı nəvəsi ilə birlikdə yaşamışlar. O, təqaüdçüdür, oğlu X2 isə 2-ci qrup əlildir. Belə ki, xx xxx 2011-ci il tarixində atasından ona qalmış Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 8-ci dalan, ev 2-də yerləşən ona məxsus fərdi yaşayış evi uçmuşdur. Evin uçma səbəbi evin yerləşdiyi F.X.Xoyski küçəsi, dalan 8-də yağış və sel sularının axımı üçün kanalizasiya quyularının olmaması olmuşdur. Ev uçana qədər hər dəfə yağış yağan zaman küçədə yağış nəticəsində yaranmış sel suları axaraq ona məxsus evin arxasında, evin divarına bitişik yerdə göllənib günlərlə qalırmış. Onun bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı rəsmi ərizələrlə müraciətinə baxmayaraq yağış sularının evin arxa divarında göllənməsinin qarşısının alınması üçün heç bir tədbir görülməmişdir. Nəhayət xx xxx 2011-ci il tarixində ona məxsus ev tamamilə uçmuşdur. Evi uçduqdan sonra evin uçma səbəbi, evin yerləşdiyi F.X.Xoyski küçəsi, dalan 8-də Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən yağış və sel sularının axımı, kanalizasiya quyularının təşkili, suların axıb getməsi üçün şəraitin yaradılmadığına görə və eləcə də onların səhlənkarlığı ucbatından ona məxsus uçmuş evin İcra Hakimiyyəti tərəfindən bərpa edilərək tikilməsini 2011-ci il tarixindən 2020-ci il tarixinə qədər dəfələrlə tələb etsə də, nəticə olmamışdır. Hazırda 2-ci qrup əlil oğlu Samir və 10 yaşlı Xədicə nəvəsi ilə Gəncə şəhərində bacısına məxsus evdə müvəqqəti olaraq yaşayırlar. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın tələbinin mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmə qeyd edir ki, qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia tələbində qeyd edilən evinin inşa edilməsi öhdəliyi ilə bağlı cavabdehə müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərdən məlum olur ki, iddiaçı öz tələbinin əsasını təşkil edən evin uçması tarixindən öncə, yəni xx xxx 2011-ci il tarixdən müxtəlif orqanlara – Azərbaycan Respublikasının Ali Məhkəməsinə (2007 və 2009-cu illərdə), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (2007-ci il), Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (2007-ci il), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə (2008ci il), evin uçmasından sonra isə Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyi Tikintidə X1 Agentliyinə (2011-ci il), Cavabdehnə (2011 və 2016-cı illərdə) müxtəlif məzmunlu müraciətlər etmiş, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 22 nömrəli sərəncamı ilə iddiaçının oğlu X2 yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotuna götürülmüşdür. Bundan başqa, ərizədə tələbin konkret olaraq nədən ibarət olması, hüquqlarının inzibati orqan tərəfindən pozulması, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması da qeyd olunmamışdır. İdidaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı uçmuş evinin inşa edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar