Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-906/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 11 mart 2014-cüil tarixdə verilmiş 055352 nömrəli vəsiqənin surətindən görünür ki, o, Qarabağ müharibəsi veteranıdır. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2018-ci il tarixli Rəyindən görünür ki, üzərində aparılmış məhkəmətibbi müayinəsi zamanı başın ön alın nahiyəsində iki ədəd başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sağ-sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1\3-nün arxa səthində isə bir ədəd köhnə çapıq toxumaları aşkar edilmişdir. Aşkar edilmiş çapıq toxumanın saxlanılması bəzi morfolojo xüsusiyyətlərinə görə odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlməsinin inkar edilmədiyi, habelə 1992-ci ilin iyun ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 405 nömrəli qərarından görünür ki, "odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sağ-sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1\3-nün arxa səthində toxumalar” "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ona "Kəllədaxili travma. Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epleptik-tonik-klonik qıcolmalar(ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Postravmatik ensofolopotiya, hiperteniziv sindrom və tez-tez baş verən qıcolma tutmalarla. BQDÇ İİ, nəzərə çarpan astenonervotik sindrom. Esensial (birincili) hiporteniziya xəstəliyi, 11.m, boyun fəqərələrinin ostrexondrozu, davamlı kökçük ağrılar və vetebro-bazityar çatmamazlıqla, sağ tərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyələrində qəlpə yaralanmasından sonrakı çapıqlar" Diqanozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin qərardan göründüyü kimi əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmaqla müddəti xx.xx.2023-ci ilədək təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə növbəti əyani müayinəyə çağırılmışdır. Həmin tarixdə keçirilmiş əyani müayinə zamanı həkimlər heç bir yoxlama aparmadan sənədlərinə səthi baxaraq (cəmi 4-5 dəqiqə) ona demişlər ki, xəstəxana sənədləri mülki xəstəlik kimi yenidən yazıb göndərsin ki, əlillik dərəcəsi təyin edilsin. İddiaçı həmin anda heçnə başa düşməmiş, sonradan bilmişdir ki, komissiya onun hərbi əlilliyini ləğv etmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-ci il tarixli qərarı ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina olunub. İmtinaya səbəb kimi; Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı; Xüsusi səbəbdən -"Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməkilə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür" sözləri qeyd edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsindən təyin edilməsindən imtina edilməsi tamamilə əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında əlillik dərəcəsinin verilməsindən imtina edilməsinin səbəbləri "İnzibati icraat haqqında” qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamışdır. Həmin qanunun tələbinə görə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli,tam və obyektiv araşdırmalı, qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin ərizəyə əlavə edilmiş Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışdan görünür ki, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək X15 Dispanserində "keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi, tez-tez davam edən dekompensasiyalarla. F07.2 F60.8” Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstənin ambulator, stasionar tibbi kartasından Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X15 Dispanserində "keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi" Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi sağlamlıq X5 (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Psixi Sağlamlıq Mərkəzində "F07.0 mənşəli 1-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozğunluğu yaddaşın itməsi " Diaqnozu ilə satasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası X14 Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Respublika Psixatriya Xəstəxanasında "F07.0 mənşəli 1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində pozğunluğu şəxsiyyət epileptiform tutmaları, koqnitkensiyaların enməsi" Diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya xəstəxanası X14 Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (bir ay) Respublika Psixatriya Xəstəxanasında "F07.0 mənşəli İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində şəxsiyyət pozğunluğu epileptiform qıcolma tutmaları, koqnitkensiyaların enməsi" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə əyani müayinə olunmuşdur. Bu faktın özü cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının əsassız olduğunu təsdiq edən dəlillərdən biridir. İcbari tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxs "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X14 xx.xx.2024-cü il tarixli 4942 nömrəli Ambulator xəstənin Tibbi Vərəqindən görünür ki, müayinə zamanı ona "C20, İ69.3, C81.1, F07, F06- 7, Z 7 Poorkenson xəstəliyi. Aminetik riqiol forma sntelik tremotis ilə xroniki beyin işemiyası sağ tərəfli hemiperez. Üzvi mənşəli QKBT nəticəsində yaranan şəxsiyyət pozulması. Koqnetiv simusiyaların enməsi" Diaqnozu qoyulmuş və əstənin kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. İddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi üçün qeyd etdiyi bütün tibbi sənədlər Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin X1 Sisteminə yerləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 xx.xx.2018-ci il tarixli Rəyindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 405 nömrəli qərarından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, ona "Kəllədaxili travma. Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyətə və həmin xəsarətlərin Azərbaycan Respublikasının Müdafiəsi zamanı alındığına görə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Yuxarıda şərh edilmiş rəylər və qərarlar təsdiq edir ki, iddiaçı 1992-ci ildə yaralanmış və həmin xəsarətlərin fəsadları 2018-ci ilədək yəni ona əlillik dərəcəsi verilənədək davam etmişdir. Bundan başqa yuxarıda şərh edilmiş xəstəlik tarixindən Çıxarışlar isə 2018-ci ildən yəni iddiaçıya əlillik dərəcəsi verildiyi vaxtan onun ləğv edildiyi xx.xx.2023-cü il tarixədək davam etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3070/2024 nömrəli qərardadı ilə iddia tələbi “Dövlət-Tibbi Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3545/2024 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3070/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-906/2025 nömrəli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ikinci qrup müddətsiz əlillik təyinatı aparılmışdır, Baş beyin travmasının davamlı qalıq əlamətləri. Asteno-nevrotik sindrom, şəxsiyyətin dəyişməsi. İlə əlaqədar stress pozuntusu. xx.xx.2023-cü il tarixlərində əyani müainədə olmuş və Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. “Diaqnozun mətni: Baş beyin travmasının davamlı qalıq əlamətləri. Asteno-nevrotik sindrom, şəxsiyyətin dəyişməsi. X2: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Kəskin ifadəli labil pozuntu. Astenonevrotik hal. Koqnitiv fünksiyaların enməsi. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Həmçinin, bildirilmişdir ki, məcburetmə və öhdəliklərin icrası qaydasında iddialara 30 gün ərzində məhkəmə müraciət hüququ itirildiyindən xahiş edilmişdir ki, iddia mümkünsüz hesab edilsin. Eyni zamanda müharibə dövründə almış olduğu travmalar şəhadatləndirilməmişdir. Buda xəstəliyin səbəb əlaqəsinin xüsusi səbəbdən olmasını qeyri-mümkün edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 405 nömrəli qərarına əsasən, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 130 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 146 nömrəli arayışı Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 156 nömrəli məhkəmətibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma, Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti, qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epileptik tonik-klonik qıcolmalar (ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin zədələnmələri, damarlarının digər dəqiqləşdirilməmiş Postravmatik ensefalopatiya, hipertenziv sindrom və tez-tez baş verən qıcolma tutmalar ilə, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik sindrom. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi, İİ m, boyun fəqərələrinin osteoxondrozu, davamlı kökcük ağrılar və vertebro-bazilyar çatmamazlıqla, sağtərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı çapıqlar” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Ağdam RƏD Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Stasionar müalicə aldığı müəssisələr: Bakı Psixi Sağlamlıq Mərkəzi - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F07.0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görnüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Hər bir xırda qıcıga sərt reaksiya verir, ünsiyyət zamanı həyacanlanır. Suallara ləng əsəbi cavab verir, hər hansı bir söhbəti başa salmaq istədikdə konfilikt yaradır, öz dediklərini sübut etməyə çalışır, ailə üzviləri ilə yola getmir. Çox əsəbidir. İnsanlara güvənsizlik ünsiyyətdən yayınma ətraf mühitə qarşı laqeyiddir. Əhval-ruhiyyəsi aşağıdır, emosional gərgindir, yuxusu narahatdır. Yaddaşı zəifdir. Yuxusu dərmanladır. Mütəmadi müalicə qəbul edir. (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform qıcolma qıcolma tutmaları, Koqnitiv funksiyaların enməsi ilə. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, epileptiform qıcolma, qıcolma tutmaları, Koqnitiv funksiyaların enməsi ilə” Diaqnoz öz təsdiqini tapmaması (Xüsusi səbəbdən – Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik ilə əlaqədar – Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozuması barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə 5.15.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 24.01.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin V00164188EYİ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X14 xx.xx.2024-cü il tarixli, T 861/2024 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Aparılan müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Əlilliyin təyinin həlli isə məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iş üzrə iş materiallarında olan “İddiaçı barəsində Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozuması barədə qərar qəbul edilməsi haqqında” Dövlət Tibbi- Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı mövcud olmasına baxmayaraq, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırda qüvvədə olan əlilliyi yoxdur. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri ümumi xəstəlikdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İşdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma, Kəllənin qəlpə yaralanmasından sonrakı vəziyyəti, qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epileptik tonik-klonik qıcolmalar (ayda 8-9) və hipertenzion sindromla, beyin kontuziyasının davamlı qalıq əlamətləri. Beyin zədələnmələri, damarlarının digər dəqiqləşdirilməmiş Postravmatik ensefalopatiya, hipertenziv sindrom və tez-tez baş verən qıcolma tutmalar ilə, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik sindrom. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi, İİ m, boyun fəqərələrinin osteoxondrozu, davamlı kökcük ağrılar və vertebro-bazilyar çatmamazlıqla, sağtərəfli lyumboişalgiya, bədənin müxtəlif nahiyyələrinin qəlpə yaralanmasından sonrakı çapıqlar” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Ağdam RƏD tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform qıcolma qıcolma tutmaları, Koqnitiv funksiyaların enməsi ilə əsas diaqnoz qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görnüşü səliqəlidir. Zahirən gərgin narahatdır. Hər bir xırda qıcıga sərt reaksiya verir, ünsiyyət zamanı həyacanlanır. Suallara ləng əsəbi cavab verir, hər hansı bir söhbəti başa salmaq istədikdə konfilikt yaradır, öz dediklərini sübut etməyə çalışır, ailə üzviləri ilə yola getmir. Çox əsəbidir. İnsanlara güvənsizlik ünsiyyətdən yayınma ətraf mühitə qarşı laqeyiddir. Əhval-ruhiyyəsi aşağıdır, emosional gərgindir, yuxusu narahatdır. Yaddaşı zəifdir. Yuxusu dərmanladır. Mütəmadi müalicə qəbul edir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X14 xx.xx.2024-cü il tarixli, T 861/2024 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Aparılan müayinələrin nəticələri əsasında müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən- F07.0 meyar üzrə qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Aslanov X12 Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 405 nömrəli qərarı ilə şəhadətləndirilmiş və ona "Odlu silah qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində iki ədəd, başın alın nahiyəsinin sağ yarısında bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, burunun sağ qanadında bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar" diaqnozu qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı barəsində Ağdam RƏD tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya qoyulmuş əsas diaqnozun səbəb əlaqəsi ümumi xəstəlikdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. İddia tələbinin əlilliyin müddətsiz təyin edilməsi hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Göründüyü kimi müddətsiz əlilliyin təyin edilməsi üçün 61-80 faiz aralığında ardıcıl olaraq 10 il əlillik mövcud olmalıdır. Hazırkı iş üzrə iddiaçının 5 il müddətində İİ qrup əlilliyi olmuşdur. Ona görə də məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, ümumi xəstəlik ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Kamran Həbib oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, ümumi xəstəlik ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva