Məhkəmə qərarları › İş №2-1(114)-907/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-907/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-907/2021 30.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “Şamlıq” kiçik müəssisəsinin nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı “Şamlıq” kiçik müəssisəsinin Cavabdehnə qarşı (üçüncü şəxs X4) sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dövlət ehtiyyat fond torpağından 122 ha torpaq sahəsinin X1 icarəsinə verilməsinə dair Cavabdeh 16 oktyabr 2000-ci il tarixli sərəncamının Tovuz rayon X3 23 noyabr 1992-ci il tarixli qərarına əsasən “Şamlıq” kiçik müəssisəsinin istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 12 ha hissəsi ilə üst-üstə düşmüş hissəsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon X3 23 noyabr 1992-ci il tarixli qərarına əsasən “Şamlıq” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün keçmiş “Bakı” sovxozunun istifadəsində olan 50 ha torpaq sahəsinin 10 il müddətinə müvəqqəti istifadəsinə verilmiş, sonradan həmin müəssisə onun tərəfindən özəlləşdirilmişdir. Həmin qərar qüvvədə olduğu halda Cavabdeh 16 oktyabr 2000-ci il tarixli sərəncamına əsasən həmin ərazidə yerləşən 122 hektar torpaq sahəsi Tovuz rayon İbrahimhacılı kənd sakini X2 icarəyə verilmişdir. İddiaçı “Şamlıq” kiçik müəssisəsinin istifadəsində olan torpaq sahəsinin icarə müddətinin növbəti tarixə uzadılması ilə bağlı Cavabdehnə müraciət etmiş, bu zaman məlum olmuşdur ki, Cavabdeh 16 oktyabr 2000-ci il tarixli sərəncamına əsasən X2 icarəyə verilmiş 122 ha torpaq sahəsinin 12 ha hissəsi “Şamlıq” kiçik müəssisəsinin istifadəsinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bu səbəbdən də “Şamlıq” kiçik müəssisəsinin istifadəsinə verilmiş torpaq sahəsinin istifadə müddətinin uzadılmasından imtina edilmişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı əsl iddiaçı “Şamlıq” kiçik müəssisəsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahəni 2000-ci ildən Qarayev Nizami istifadə edir, hazırda da həmin şəxsin istifadəsindədir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna aid” Şəhadətnamədən görünür ki, Tovuz rayon X5 23 noyabr 1992-ci il tarixli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün rayonun dövlət torpaq fondundan 50 ha torpaq sahəsi 10 il müddətinə “Şamlıq” kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verilmişdir. Deməli “Şamlıq” kiçik müəssisəsinin həmin torpaq sahəsindən istifadə müddəti 2002-ci il tarixdə artıq bitmişdir. Buna baxmayaraq iddiaçı hazırki iddia ilə qeyd olunan qərar qüvvədə olduğu halda Cavabdeh 16 oktyabr 2000-ci il tarixli sərəncamına əsasən həmin ərazidə yerləşən 122 hektar torpaq sahəsinin “Şamlıq” kiçik müəssisəsinin istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 12 ha hissəsi ilə üst-üstə düşən hissədə Tovuz rayon İbrahimhacılı kənd sakini X2 icarəyə verilməsini mübahisələndirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Cavabdeh 16 oktyabr 2000-ci il tarixli sərəncamı ilə X2 icarəyə verilmiş 122 ha torpaq sahəsi ona 10 il müddətinə icarəyə verilmişdir. Deməli mübahisələndirilən sərəncam da artıq hüquqi qüvvəsini itirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan sərəncamın hüquqi qüvvəsi olmadığından onun mübahisələndirilməsi də iddianın mümkünlük şərtlərinə cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı “Şamlıq” kiçik müəssisəsinin Cavabdehnə qarşı sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar