Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-907/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar X13 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və X15) “torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Qərarın təsviri hissəsi: İddiaçılar X13 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 0.3994 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 60.5 kv.m fərdi yaşayış evinə dair X14 və Məmmədova (Hüseynova) Vəfa Ədil qızının adına verilmiş qeydin (xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ataları Hüseyn Məmmədov xx.xx.1993-cü il tarixdə, anası Qızbəs Məmmədova xx.xx.2000-ci ildə vəfat etmişlər. X1 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Onlar mərhum ataları Hüseyn Məmmədova məxsus evdə anadan olmuş, həmin evdə böyümüş, anaları Qızbəs Hüseynova, qardaşı Nazim baxmış və analarının yas mərasimini o təşkil etmişdir. Bundan başqa istər valideyinlərinin sağlığında istərsə də, onların ölümündən sonra daima mərhum atalarına məxsus evə gedib-gəlmiş və həmin evdə bir müddət qalıb qayıtmışlar. Lakin buna baxmayaraq hazırki iş üzrə üçüncü şəxslər olan qardaşları X14 və onun həyat yoldaşı X15 mərhum ataları Hüseyn Məmmədova məxsus olan Gədəbəy rayonu Miskinli kəndində yerləşən evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair qeyri-qanuni yolla öz adlarına çıxarış almışlar. Belə ki, Vəfa və Adil Məmmədovların adına verilmiş xx.xx.2016-cı il tarixli **********qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Miskinli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 472 nömrəli və xx.xx.2016-cı il tarixli 473 nömrəli arayışlar Gədəbəy rayon Prokrorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə saxta olması müəyyən edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə etdikləri arxiv arayışlarına nəzər yetirəndə müəyyən olunur ki, 1969-1971ci illərə dair təsərrüfatbaşına kitabda mərhum ataları Hüseyn Məmmədovun adına torpaq qrafasında 0.25 ha torpaq sahəsi, tikili qrafasında isə 1958-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. Adil və Vəfa Məmmədovlar tərəfindən edilmiş digər qanunsuzluqlar isə iddia ərizəsinə əlavə etdikləri 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabda ailə üzvləri siyasında onların xx.xx.1998-ci il təvəllüdlü övladları olan X2 adının olmasıdır. Həmçinin onların qanunsuz hərəkələrinə digər səbəb isə, iddia ərizəsinə əlavə etdikləri arxiv arayışlarında ailə üzvləri siyasında onların və hazırki iş üzrə iddiaçı X3 Ramin Azad oğlunun adı qeyd edilməsinə baxmayaraq, onların razılıqları olmadan miras əmlakı öz adlarını sənədləşdirmək olmuşdur. Məhz bu səbəblərdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3074/2024 nörməli qərardadı ilə iş üzrə X14 və Məmmədova (Hüseynova) Vəfa Ədil qızı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdirlər. Cavabdeh tərəfindən iddiaya qarşı xx.xx.2024-cü il tarixində yazılı etiraz daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, X8 adına Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 18.04 2002-ci il tarixli 27 nömrəli qərarına əsasən 0.3994 ha heyatyanı torpaq sahəsinin ayrılmasına dair A 140558 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü verilmişdir və sözügedən sənədə əsasən torpaq sahəsi X9 adına, torpaq sahəsi üzərində yerləşən ev tam olaraq X5 adına olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat (**********24-10301) nömrəli çıxarış sənədi verilmişdir. Hesab edirik ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq apanlmışdır. Odur ki iddiaya qarşı yazılı etiraz bildirərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********24-10301 reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu Miskinli kəndi ərazisində yerləşən 0.3994 ha həyətyanı torpaq sahəsi X10 tam və üzərindəki ümumi sahəsi 60.5 kv.m fərdi yaşayış evi X5 tam mülkiyyətindədir. A 140558 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 18 aprel 2002-ci il tarixli, 27 nömrəli qərarı ilə X12 ayrılmış 3994.51 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Miskinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 472 nömrəli arayışına əsasən, X10 02 saylı təsərrüfatbaşına kitabın 46-cı səhifəsinə görə Gədəbəy rayonunun Miskinli kəndində 0.40 ha həyətyanı torpaq sahəsi vardır. Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Miskinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 473 nömrəli arayışına əsasən, X5 adına keçmiş Rüstəm Əliyev, indiki Miskinli kəndində 1997-ci ildə şəxsi vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi, çardaq, mal damı, hamam vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçılar X13 və İddiaçı1 ünvanladığı çıxarışın ləğv edilməsi ilə bağlı məktubda göstərilmişdir ki, Gədəbəy rayonu, Rüstəm Əliyev (Miskinli) kəndində yerləşən yerləşən fərdi yaşayış evinə və onun torpaq sahəsinə dair X5 və X10 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat və **********24-10301 reyestr nömrəli "Çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirilir ki, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakını dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilir ki, "Daşınmaz emlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Odur ki, sözügedən **********24-10301 reyestr nömrəli "Çıxarışın ləğv edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir və bununla bağlı məhkəmə tərəfindən hər hansı bir xeyrinizə qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim edildikdən sonra, qəbul edilmiş qərarın məzmunu üzrə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxıla bilər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçı X13, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Qərarın əsaslandırıcı hissəsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar Azad Məmmədov və İddiaçı1 iddia etdikləri tələb üzrə sübyektiv hüquqları olmamışdır. İddiaçılar iddia ərizələrində tələb etmişdirlər ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 0.3994 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 60.5 kv.m fərdi yaşayış evinə dair X14 və Məmmədova (Hüseynova) Vəfa Ədil qızının adına verilmiş qeydin (xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilsin. Tələblərində göstərmiş olduqları xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 18 aprel 2002-ci il tarixli 27 nömrəli qərarı, xx.xx.2016-cı il tarixli Gədəbəy rayonu, Miskinli İcra Nümayəndəliyinin 473 saylı arayışı və xx.xx.2016-cı il tarixli Gədəbəy rayonu, Miskinli İcra Nümayəndəliyinin 472 saylı arayışı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gədəbəy rayon Prokororluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə xx.xx.2016-cı il tarixli Gədəbəy rayonu, Miskinli İcra Nümayəndəliyinin 473 saylı arayışı və xx.xx.2016-cı il tarixli Gədəbəy rayonu, Miskinli İcra Nümayəndəliyinin 472 saylı arayışı saxta hesab edilsə də, iddiaçıların həmin qərara istinad edib iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Belə ki, torpaq sahəsinə və evə dair iddiaçılar subyektiv hüquqlarının olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Bundan başqa həmin çıxarışın verilməsinə əsas yalnız arayışlar olmamış, həmçinin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 18 aprel 2002-ci il tarixli 27 nömrəli qərarı olmuşdur. İddiaçılar həmin qərarı mübahisləndirməmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra qeyd olunan qərarın ləğvi barədə məhkəməyə dəqiqləşmə təqdim edilmiş, lakin sonradan həmin dəqiqləşmə barədə ərizə geri götürülmüşdür. Həmin qərar hal-hazırda qüvvədədir. Mübahisələndirilən fərdi yaşayış evi də X6 həmin qərarı əsasında verilmiş torpaq sahəsinin üzərində yerləşir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qərarın nəticə hissəsi: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar X13 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evinə dair aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-907/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-907/2025
14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver