Məhkəmə qərarları › İş №2-1(114)-909/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-909/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-909/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunmağı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdeh xx.xx.2018-ci il tarixli 173-13132N-3 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən X1 xx.xx.1990-cı il tarixdən, xx.xx.1994-cü il tarixə kimi Cavabdehndə PPXBnün polis nəfəri vəzifəsində işləmiş, işlədiyi müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Qazax rayonunun sərhəd kəndləri olan Yuxarı Əskipara, Quşçu Ayrım, Xeyrimli, Qızılhacılı, Bala Cəfərli kəndlərinin azadlığı uğrunda döyüş əməliyyatlarında cəsarət və rəşadət göstərmiş, düşmənə qarşı yenilməz mübarizə aparmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 024-27596/8N-3219 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq qanunvericiliyə əsasən Azərbaycan Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə arxiv sənədlərində məlumatlar olmadığına, həmçinin xidmət etdiyi orqan tərəfindən Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunmağı barədə Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldırılmadığından müraciətində qaldırdığı məsələnin müsbət həlli imkan xaricindədir. Əlavə olaraq bildirilir ki, qeyd olunan məsələ ilə bağlı ona verilmiş cavablardan narazı qaldığı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.

3. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı Cavabdehnə müraciət etmiş, həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-13-88/2-N-190xx/xx/2023 nömrli cavab məktubunda bildirilmişdir ki, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməsi hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə Cavabdehndə hər hansı bir məlumat olmadığından, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir.

4. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyinin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-23/2-246/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı DİN-in rəhbərliyinə ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə fərqləndiyinə görə ona “Azərbaycan Milli Qəhrəmanı” adının verilməsi barədə müraciətləri üzrə aparılmış araşdırmalar nəticəsində onun ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair məlumat müəyyən etmək mümkün olmamış, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli 024-71761N-3221 nömrəli və xx.xx.2022-ci il tarixli 024- 203N-3222 nömrəli məktublarla məlumat verilmişdir. “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-ci bəndinin tələblərinə və xx.xx.1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Milli Qəhrəmanı” adı haqqında Əsasnamə”yə uyğun olaraq respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə ölkə Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.

5. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyinin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-23/2-1912/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-ci bəndinin tələblərinə və xx.xx.1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə"yə uyğun olaraq respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə ölkə Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Sözügedən iddia tələbi ilə bağlı onu da bildirilir ki, DİN-in müvafiq arxiv məlumatlarında vətəndaş İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı müstəsna xidmətlərinə və rəşadət göstərməsinə dair məlumat aşkar edilməmişdir. Bununla belə, xidmət etdiyi dövrdə təltif edilməsi üçün vəsatət qaldırılması müəyyən edilməsə də, döyüş əməliyyatları aparan polis orqanının Respublikasi tərkibində xidmət keçdiyi nəzərə alınaraq ona müharibə veteranı adı verilmişdir.

6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-88/2-11390/2024 nömrəli “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşısında vəsatət qaldırmaq və yaxud irəli sürmək Cavabdeh səlahiyyəti xaricindədir.

7. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-23/2-280/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-ci bəndinin tələblərinə və xx.xx.1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə"yə uyğun olaraq respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə ölkə Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Sözügedən iddia tələbi ilə bağlı bildirilir ki, DİN-in müvafiq arxiv məlumatlarında vətəndaş İddiaçı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı müstəsna xidmətlərinə və rəşadət göstərməsinə dair məlumat aşkar edilməmişdir. Bununla belə, xidmət etdiyi dövrdə təltif edilməsi üçün vəsatət qaldırılması müəyyən edilməsə də, döyüş əməliyyatları aparan polis orqanının Respublikasi tərkibində xidmət keçdiyi nəzərə alınaraq ona müharibə veteranı adı verilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 1990-cı ildə Cavabdeh PPX rotasında xidmətdə olarkən, düşmən Ermənistan silahlı qüvvələri tərəfindən bu ölkənin Qazaxla həmsərhəd olan Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı, Sofulu, Bərxudarlı kəndlərinə işğalçı hücumları başladı. Məhz bu hücumların dəf edilməsi üçün o da bu ərazilərin müdafiəsi üçün xidmətdə olmuşdur. Xidməti dövründə 1991-1993-cü illər ərzində aktiv döyüşlərdə iştirak etmiş, bu döyüşlər zamanı düşmənin 180 nəfərdən artıq canlı qüvvəsini, 3 BRDM tipli, 4 PDM tipli zirehli döyüş texnikasını, 1 zirehli döyüş tankını məhv etmişdir. Bunlardan əlavə, 16 sentyabr 1991-ci il tarixdə təxminən saat 15:00-16:00 radələrində Qazax rayonunun Bala Cəfərli kəndində qəflətən havaya qalxan və kəndlərdə olan mülki obyektlərə və mülki əhaliyə atəş açan döyüş helikopterini məhv etmişdir. Lakin Dövlət qarşısında bu xidmətlərinə görə hal-hazıra kimi heç bir yüksək təltifi olmamışdır. Qeyd etdiyi bu xidmətlərinin canlı şahidi həmin vaxt onunla çiyin-çiyinə döyüş mövqelərində döyüşən döyüş yoldaşları olmuşdur. Göstərdiyi xidmətləri "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə"nin tələbləri ilə üstüstə düşdüyündən o, qeyd edilən fəxri adın verilməsi üçün 2018-cil tarixdə işlərə başlamış və ilk əvvəl müvafiq arayışın verilməsi üçün göstərdiyi xidmətlərin qeydiyyatı olan cavabdeh Qazax RPŞ-nə müraciət etmişdir. Hazırki iddia ərizəsinə surəti əlavə edilən xx.xx.2018-ci il tarixli 173-13132N-3 saylı arayışdan da görünür ki, həqiqətən də o, xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixə kimi Qazax RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işlədiyi müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütovlüyü uğrunda gedən döyüş əməliyyatlarında Qazax rayonunun sərhəd kəndləri olan Yuxarı Əskipara, Quşçu Ayrım, Xeyrimli, Qızılhacılı, Bala Cəfərli kəndlərinin azadlığı uğrunda döyüş əməliyyatlarında cəsarət və rəşadət göstərmiş, düşmənə qarşı yenilməz mübarizə aparmışdır. Bundan sonra zəruri olan digər sənədləri də toplayaraq müvafiq vəsatətin verilməsi üçün cavabdeh Qazax RPŞ-nə müraciət etmişdir. Lakin onun müraciəti üzrə uzun müddət aparılan araşdırmanın nəticəsində cavabdeh tərəfindən ona ünvanlanan xx.xx.2023-cü il tarixli 3-13-88 /2-N-190xx/xx/2023 saylı məktubu ilə vəsatətin verilməsindən imtina edilmişdir. Qeyd edilən məktubda imtinanın əsası kimi qeyd edilmişdir ki, "…Onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə Qazax RPŞ-də hər hansı bir məlumat olmadığından, Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir”. Yuxarıda qeyd edilən və eyni inzibati orqan tərəfindən verilən iki sənədə nəzər salınsa görünər ki, birinci arayış həqiqətən də onun vətən qarşısında xidmətlərini tam və hər tərəfli qeyd etsə də, ikinci sənəd olan imtina məktubunda guya bu xidmətlər barədə məlumatın olmadığı qeyd edilir. Bu isə onu deməyə əsas verir ki, əslində onun xidmətləri barədə cavabdeh inzibati orqanda məlumat olsa da, cavabdeh bilərəkdən vəsatət verməkdən yayınmaq üçün belə bir imtina vermiş və bu yolla özünü əlavə məsuliyyətdən kənarda saxlamağa çalışmışdır. Nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuş və o haqqı olan fəxri addan məhrum olunmuşdur. Cavabdeh inzibati orqanın qeyd edilən imtinası “Azərbaycan Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin (bundan sonra Əsasnamənin) tələblərinə ziddir və bu Əsasnamə ilə ona verilməli olan fəxri ad cavabdehin vəsatət qaldırmaması səbəbindən ona verilmişdir.

10. Gəncə İnbzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1403/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-462/2025 nömrəli qərardadı ilə Gəncə İnbzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1403/2024 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. II. Prosessual məsələlər

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

14. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

16. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

19. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Milli Qəhrəmanı fəxri adına təqdim olunmağı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı Cavabdehnə müraciət etmiş, həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-13-88/2-N-190xx/xx/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməsi hər hansı bir müstəsna xidmətləri və rəşadəti barədə Cavabdehndə hər hansı bir məlumat olmadığından, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir.

20. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-1388/2-N190xx/xx/2023 saylı məktubu ilə bildirilmişdir ki, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı müstəsna xidmətləri və rəşadəti barədə Cavabdehndə hər hansı bir məlumat olmadığından, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılması imkan xaricindədir.

21. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 024-27596/8 N-3219 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərməyi, hər hansı müstəsna xidmətləri və rəşadəti barədə arxiv sənədlərində məlumatlar olmadığına, həmçinin xidmət etdiyi orqan tərəfindən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına təqdim olunması barədə Daxili İşlər Nazirliyinin qarşısında vəsatət qaldırılmadığından qaldırılan məsələnin müsbət həlli imkan xarincindədir.

22. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsinə dair vəsatətin verilməsi cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanının üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar.

23. Belə ki, “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun 2-inci bəndinə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

24. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında xx.xx.1992-ci il tarixli Əsasnaməyə uyğun olaraq respublikanın ən yüksək fərqlənmə dərəcəsi olan bu ad ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.

25. Ona görə də, iddia mümkün sayılmamalıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar