Məhkəmə qərarları › İş №2-1(114)-91/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-91/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-91/2022 21.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Tanrıverdi oğlunun və onun vəkili Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X10, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Tanrıverdi oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) çıxarışın ləğv edilməsi, torpaq sahəsinin məkan göstəriciləri arasındakı uyğunsuzluğun aradan qaldırılaraq texniki sənədlərin tərtib edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Tanrıverdi oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 01.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X5 məxsus Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi 05.02.2021-ci il tarixli, **********01 reyetsr nömrəli hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, AN-İN ******* nömrəli, 17.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı, həmin əmlakı ona satmış X7 Qazax rayon Aqrar İslahat Komissiyasının tərəfindən verilmiş JN-065A, Kod 50103028 şəhadətnamədəki torpaq sahəsinin məkan göstəriciləri ilə həmin şəhadətnamə əsasında X7 ayrılmış və naturada təhvil verilmiş, hal-hazırda Qazax rayonu Canalı kəndində yerləşən qanuni istifadə və sahibliyindəki 0.084 ha torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında (döngə nöqtələrində və koordinatlarda) mövcud olan uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin, faktiki istifadədə olan həmin torpaq sahəsinin məkan göstəricilərinə uyğun texniki sənədlərin tərtib edilərək verilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildə həmkəndlisi X4 Qazax rayonu Canalı kəndində yerləşən 0.084 ha torpaq sahəsini satın almış və həmin tarixdən indiyədək həmin torpaq sahəsi üzərində sahiblik edərək orada meyvə bağı salmışdır. Həmin torpaq sahəsi Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 09 N-li qərarı ilə X7 və ailə üzvlərinə verilərək bu barədə JN -065A, Kod 50103028 ilə şəhadətnamə verilmişdir. Həmin torpağın mülkiyyətçiləri ilə iddiaçı arasında AN-İ N ******* nömrəli, 18 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bundan sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata amaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehdən qeyd olunan ərizəyə imtina aldıqdan sonra iddiaçı tərəfindən 16.06.2021 -ci il tarixli ərizə ilə yenidən cavabdehə müraciət edilmişdir. Həmin ərizədə iş üzrə 3-cü şəxs Əliqulu Əmirov tərəfindən ona qarşı Qazax Rayon Məhkəməsində iddia qaldırılaraq alqısatqı yolu ilə aldığı torpaq sahəsindən onu çıxarmaq tələbi barədə iddiasının olmasını cavabdehə bildirmişdir. Həmçinin, bu ərizədə Əliqulu Əmirovun belə bir iddia tələb ilə çıxış etməsinə əsas olaraq məhz cavabdeh tərəfindən Əliqulu Əmirova torpağa dair plan və ölçü sənədlərinin və mülkiyyət hüququqlarının dövlət qeydiyyatı haqqında çıxarışın verilməsini qeyd etmişdir. Bu səbəbdən iddiaçıya aid torpaq sahəsi ilə 3-cü şəxsə aid torpağın plan və ölçü sənədlərində mövcud texniki uyğunsuzluğun aradan qaldırılması və onun faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinin faktiki koordinatları daxilində torpağa dair müvafiq texiki sənədlərin və mülkiyyət hüququ haqqında çıxarışın verilməsini xahiş etmişdir. 16.06.20121-ci il tarixli həmin ərizəyə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya 17.06.2021 -ci il tarixli məktubla cavab verilərək mövcud uyğunsuzluğun gələcəkdə aradan qaldırıla biləcəyi və mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışın verilə biləcəyinin mümkünlüyü qeyd olunsa da, bunun konkret nə vaxt baş verəcəyə bəlli deyildir. Lakin, pozulmuş hüquqların dərhal bərpa edilməsi və torpağa dair texniki sənədlərdə uyğunsuzluğun dərhal aradan qaldırılması zəruridir. Çünki, iş üzrə 3-cü şəxs tərəfindən ona qarşı mülkiyyət tələbi üzrə Qazax Rayon Məhkəməsində iddia möcuddur. Torpaq sənədlərində olan uyğunsuzluğun aradan qaldırılması mübahisənin obyektiv həllinə və beləliklə də həmin işin nəticəsinə birbaşa təsir edən amildir. İddiaçı Tanrıverdi oğlu məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxs X3 texniki sənədləri faktiki aldığı sahəyə deyil, iddiaçının sahəsinə işlənmişdir, ona görə də iddiaçının sahəsinə iddia edərək oradan çıxarılmasını tələb edir. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin üzərində digər şəxsə məxsus fərdi yaşayış evi vardır. İddiaçının göstərdiyi torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi digər başqa bir şəxsin mülkiyyətindədir. Göstərilən uyğunsuzluqlara əsasən torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi mümkün olmamışdır. Bu səbəbdən də Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Üçüncü şəxs X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, həmin sahəni 2020ci ildə almışdır, hazırda iddiaçı həmin sahənin ona məxsus olduğunu iddia edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-064A KOD 50103028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarı ilə X7 və qeyrilərinə 0.084 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş AN-İ ******* nömrəli 18.02.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 və qeyriləri JN-065A KOD 50103028 saylı şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan 0.084 ha torpaq sahəsini İddiaçı satmışlar. -surəti işə əlavə edilmiş JN-065A KOD 50103028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarı ilə X9 0.08 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş AN-İ ******* nömrəli 13.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 JN-064A KOD 50103028 saylı şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.08437 ha torpaq sahəsini X1. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 05.02.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş AA 570693 nömrəli 05.02.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, plan və ölçünün tərtib edilməsinə əsas JN-64A 05.05.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və 4Ə-7 13.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. -surəti işə əlavə edilmiş "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 15/M-023 nömrəli 09.02.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, 05.02.21 -ci il tarixli, **********01 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş 0.0844 ha torpaq sahəsinin plan və ölçü sənədindəki mövcud koordinatlar ilə Canalı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-065A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X6 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya) vardır və sxem 1-də uyğunsuzluq göstərilmişdir. İddiaçı Tanrıverdi oğlunun JN-065A nömrəli şəhadətnaməyə əsasən faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi və X3 **********01 reyestr nömrəli çıxarışa əsasən faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi əkindir, Canalı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-064A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə **********01 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin 803 kv.m-ə qədər hissəsi eynilik təşkil edir. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 17.03.2021-ci il tarixli, **********08 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının Qazax rayon Aqrar İslahat Komissiyasının 07.05.1997-ci il tarixli 06 nömrəli qərarına əsasən X7 və qeyrilərinə JN-064A KOD 50103028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.084 ha torpaq sahəsi, X9 JN-065A KOD 50103028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.08 ha torpaq sahəsi verilmişdir. X11 və qeyriləri mülkiyyətlərində olan 0.084 ha torpaq sahəsini AN-İ ******* nömrəli 18.02.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Eyni zamanda, X12 mülkiyyətində olan 0.08437 ha torpaq sahəsini AN-İ ******* nömrəli 13.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2, ********** qeydiyyat nömrəli, 05.02.2021-ci il qeydiyyat tarixli çıxarışla Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin qeyd olunan şəhadətnamələrdə olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar olunmuş, bununla bağlı cavabdeh orqana müraciət edilsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən JN-064A nömrəli və JN-065A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır. Eyni zamanda Canalı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-064A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə **********01 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin 803 kv.m-ə qədər hissəsi eynilik təşkil edir. Deməli, X3 mülkiyyəti kimi qeydə alınmış 0.0844 ha torpaq sahəsi JN-064A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə tam üst-üstə düşmür. Bu səbəbdən də məhkəmə hesab edir ki, X5 məxsus Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha həyatyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair 05.02.2021-ci il tarixli, **********01 reyetsr nömrəli hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, həmin çıxarışla X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları JN-064A, Kod 50103028 şəhadətnamədə olan koordinatlara uyğunlaşdırılmalı, iddiaçının AN-İN ******* nömrəli, 17.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı, həmin əmlakı ona satmış X7 Qazax rayon Aqrar İslahat Komissiyasının tərəfindən verilmiş JN-065A, Kod 50103028 şəhadətnamədəki torpaq sahəsinin məkan göstəriciləri ilə həmin şəhadətnamə əsasında X7 ayrılmış və naturada təhvil verilmiş, hal-hazırda Qazax rayonu Canalı kəndində yerləşən qanuni istifadə və sahibliyindəki 0.084 ha torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında (döngə nöqtələrində və koordinatlarda) mövcud olan uyğunsuzluğun aradan qaldırılmalı, faktiki istifadədə olan həmin torpaq sahəsinin məkan göstəricilərinə uyğun texniki sənədlərin tərtib edilərək verilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Qazax rayonu Canalı kəndində yerləşən 0.0844 ha həyatyanı torpaq sahəsinə dair X3 adına aparılmış 05.02.2021-ci il tarixli, **********01 reyetsr nömrəli qeydiyyat ləğv edilsin. 05.02.2021-ci il tarixli, **********01 reyetsr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatların JN-064A, Kod 50103028 şəhadətnamədə olan koordinatlara uyğunlaşdırılması, eyni zamanda X7 Qazax rayon Aqrar İslahat Komissiyasının tərəfindən verilmiş JN-065A, Kod 50103028 şəhadətnamədəki torpaq sahəsinin məkan göstəriciləri ilə həmin şəhadətnamə əsasında X7 ayrılmış və naturada təhvil verilmiş, hal-hazırda Qazax rayonu Canalı kəndində yerləşən 0.084 ha torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında (döngə nöqtələrində və koordinatlarda) mövcud olan uyğunsuzluq aradan qaldırılmaqla faktiki istifadədə olan həmin torpaq sahəsinin məkan göstəricilərinə uyğun texniki sənədlərin tərtib edilərək verilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar