Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-911/2025 13.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 27 nömrəli əmr ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən RİH başçısının Arıqdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İddiaçı "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.1ci və 18.0.4-cü bəndlərində nəzərdə tutulmuş vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə dövlət qulluğundan azad edilmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2024-cü il tarixli, 27 saylı əmrin ləğv edilməsi və onun Cavabdeh başçısının Arıqdam kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh başçısının 07 mart 2024-cü il tarixli 27 saylı əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddəti üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Arıqdam sakini X2 ərizə ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, onun ondan evin tikilməsi və həmin evdə onun yaşaması barədə arayışın verilməsi müqabilində 500 manat məbləğində rüşvət aldığımı bildirmişdir. Gədəbəy Rayon Prokurorluğunda barəsində olan müraciət əsasında araşdırma gedən zaman əsassız olaraq, Cavabdeh başçısının 07 mart 2024-cü il tarixli 27 saylı əmrinə əsasən, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyim əsaslandırılmaqla, onun dövlət qulluğuna xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. 24-3-2-2-416-7921 (30 C-24) toplanmış material üzrə Gədəbəy Rayon Prokurorluğunun 06 may 2024-cü il tarixli Qərarı ilə hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən barəsində material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Gədəbəy Rayon Prokurorluğunda barəsində olan müraciət əsasında araşdırma gedən müddət ərzində işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, onun Cavabdeh başçısının Arıqdam kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməsi barədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddəti üzürlü səbəblərdən ötürmüşdür. Belə ki, barəsində olan müraciət əsasında 09 fevral 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparıldığından işdən azad edilməyi barədə əmrin ləğv edilməsi, onun Cavabdeh başçısının Arıqdam kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, işdən azad olunmağı ilə bağlı Cavabdeh başçısının 07 mart 2024-cü il tarixli 27 saylı əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsəydi belə ehtimal var idi ki, məhkəmə barəsində Gədəbəy Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşana qədər işin dayandırılması barədə qərar qəbul edəcəkdi. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdən biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin 07 mart 2024-cü il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi məqsədini güdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, 07 mart 2024-cü il tarixli 27 nömrəli əmr iddiaçı tərəfindən 1aydan artıq müddət keçdikdən sonra, mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Eyni zamanda iddiaçının həmin əmrlə xx.xx.2024-cü il tarixindən də tanış olması iş materialı ilə öz təsdiqini tapır. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılması səbəbini isə Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparıldığından araşdırma yekunlaşana qədər işin dayandırılması barədə qərar qəbul edəcəyini düşünməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzrlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “07 mart 2024-cü il tarixli, 27 saylı əmrin ləğv edilməsi və onun Cavabdeh başçısının Arıqdam kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-911/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-911/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver